Cəmiyyət 

Tağı Əhmədov vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov bu gün 75 yaşında vəfat edib. 

Bu barədə APA-ya yaxınları bildirib.

Tağı Əhmədov son illərdə yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkib.

Qeyd edək ki, Tağı Əhmədov 1998–2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışıb.

Daha çox xəbərlər