Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Avropa Birliyi Gürcüstana görə toplaşdı – seçki ərəfəsi son zərbə

By Vüsal Rafiqoğlu
19.10.2024 5 Min Read

Deputat: “Bu parlament seçkiləri Gürcüstanın gələcəyi və Qərb ilə Rusiya arasında seçim etməsi  kontekstində kritik bir mərhələdir”

Gürcüstanda kritik parlament seçkilərinə bir həftə qaldı. 26 oktyabr tarixi yaxınlaşdıqca bu Güney Qafqaz ölkəsinə ABŞ başda olmaqla Qərbin təzyiqləri isə daha intensiv, daha kobud xarakter almaqdadır.

Vəziyyət o həddə çatıb ki, Avropa İttifaqı ölkələrinin liderləri oktyabrın 17-18-də keçiriləcək sammitdə Gürcüstanla bağlı tədbirləri müzakirə ediblər. Bu barədə RİA-Novostiyə Avropadakı mənbə bildirib. “Biz vahid mövqe hazırlamalıyıq”, – qaynaq qeyd edib.

Söhbət hansı “vahid mövqe”dən gedir? Qərbin buyruq qulu olmaq istəməyən Gürcüstanı nə gözləyir?

Aİ-nin sammiti Gürcüstanın icmaya qəbul prosesinin faktiki bloklandığını elan edərək, ölkəni Avropa dəyərlərini pozmaqda ittiham edib.

Bu barədə sammitin yekun bəyanatında deyilir.

“Avropa Şurası Gürcüstan hökumətinin Avropa İttifaqının əsas götürdüyü dəyər və prinsiplərə qarşı çıxdığı kursdan ciddi narahatlığını ifadə edir. Bu, Gürcüstanın Avropa yolunu sarsıdır və faktiki olaraq Aİ-yə qəbul prosesini dayandırır”, – bəyanatda deyilir.

Bir şeyə şübhə yoxdur ki, bu, seçkiöncəsi Gürcüstan hakimiyyətinə son təhdid və şantaj cəhdi, müxalifəti isə inqilaba stimullaşdırmaq təşəbbüsüdür. Başqa sözlə, seçkilərə kobud müdaxilə cəhdidir.

Nəticə verəcəkmi? Seçkilərə bir həftə qalmış qüvvələr nisbəti, şanslar necə görünür?

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Gürcüstan ətrafında yaşanan gərginliyi Azərbaycan üçün arzuolunmaz sayır: “26 oktyabr Gürcüstanda keçiriləcək parlament seçkiləri gözləntilərə əsasən beynəlxalq güclərin rəqabəti fonunda baş tutacaq. Hal-hazırda ölkədə siyasi bloklar arasında qütbləşmə pik həddindədir. Çünki bu parlament seçkiləri Gürcüstanın gələcəyi və Qərb ilə Rusiya arasında seçim etməsi  kontekstində kritik bir mərhələdir. Məhz bu səbəbdən biz hər iki qütbün ”Rusiya və Qərb” nəticələri öz xeyirlərinə yönəltmək cəhdlərinin şahidi oluruq. Gürcüstanda yaşanan hadisələr hazırkı ölkə rəhbərliyinin keçmiş prezident Saakaşvili ilə başlayan siyasi xəttin əksinə balanslaşdırılmış xarici siyasət strategiyası izləməsi ilə bağlıdır. Kollektiv Qərb rəsmi Tiflisin seçimini qəbul etmək istəmir və öz təzyiqlərini artırır. Mübarizə əsasən iki siyasi ideoloji qütb arasında gedir. Bunlardan biri, hazırkı hakimiyyət, yəni mühafizəkar siyasi xəttə məxsus Gürcü arzusu-Demokratik Gürcüstan partiyası və Qərb yönümlü, Fransa ilə olduqca dərin siyasi bağları olan Prezident Salome Zurabişvilinin ətrafında cəmləşən müxalif siyasi partiyalar.

Niyə məhz Fransa? Çünki rəsmi Paris ABŞ-la bərabər Cənubi Qafqaz regionunda lokomativlik iddiaları arzusundadır. Ermənistanda Nikol Paşinyanın regional siyasətdə onların maraqlarına uyğun davranması Vaşinqton və Parisi Rusiyaya qarşı Gürcüstan cəbhəsində də mübarizə aparmaq şəraiti yaradır.

Qərb Gürcüstandan anti-Rusiya koalisiyasına qoşulmağı tələb edir. Lakin onların tələbləri və şərtləri Tiflisin milli maraqlarına, suverenliyinə təhdiddir. Yəni həmin tələblər regionda yeni müharibəyə zəmin yarada bilər ki, bu da Gürcüstan üçün praktikasını yaşamış bir vəziyyətdir. Bütün hallarda strateji tərəfdaşımız olan  Gürcüstanda vəziyyətin gərgin xarakter alması bizim üçün arzuolunmaz situasiyadır. Hadisələrin gələcək inkişafı isə  seçkinin nəticələrindən sonra tam şəkildə məlum olacaqdır”.

Deputat Sona Əliyeva SÜKUTU POZDU: “Məni və övladlarımı öldürməklə təhdid  etdilər”-QALMAQAL

Sona Əliyeva

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva seçkiöncəsi hakim düşərgəni daha şanslı görür: “İndi Qərbdə anlayırlar ki, Cənubi Qafqazda yalnız Ermənistana hakim olmaqla Kreml qarşısında heç nə əldə etmək mümkün deyil. Ona görə də, Avropa koalisiyası Gürcüstanda da hər hansı bir yolla hakimiyyəti dəyişib yerinə oyuncaq lider gətirmək istəyir. Amma indiki halda bu mümkün olmayacaq. Çünki hazırda Qərb cəbhəsində ağzıbirlik yoxdur. Macarıstan, Çexiya, Almaniya kimi ölkələr artıq Moskva ilə kəllə-kəlləyə gəlmək istəmirlər. Ona görə də düşünürəm ki, Avropa Birliyinin Gürcüstana görə toplantısı heç nəyi dəyişməyəcək. Amma Qərb Gürcüstanda yenə də aranı qatmağa çalışacaq. Terakt və davamlı xaotik aksiyaların olması mümkündür. Çünki Saakaşvili dövründən Gürcüstanda möhkəmlənmiş Qərb missionerlərinin kökünü indiki hakimiyyət tam şəkildə qazıya bilməyib. Seçki öncəsi hakim partiyanın şansları yenə də yüksəkdir. Tiflis istisna olmaqla əhali Rusiyaya daha meyilli görünür. Çünki əyalətlərdə yaşayan sadə gürcülərin, meqrellərin və svanların çörəkpulu üçün üz tutduğu ölkə Rusiya, aylıq alış-veriş üçün baş çəkdikləri əsas şəhər Vladiqafqazdır. Yəni gürcü xalqını Rusiyadan qoparmaq o qədər də asan deyil. Qərbin araşdırma institutları da bunu yaxşı başa düşürlər. Fəqət, son 15 ildə Qərb institutları Gürcüstan əhalisini ”tərbiyələndirmə” istiqamətində işləyə bilməyiblər. Ona görə ki, gürcülər 2008-ci ilin beşgünlük savaşını, prezident Saakaşvilinin Kremlin həmlələri qarşısında qalstukunu çeynədiyini çox yaxşı hələ unutmayıblar. Yenidən belə bir amansız savaşı yaşamaq istəmirlər. Gürcülər Qərbin Ermənistanı və Ukraynanı hansı duruma saldıqlarını da dərk etməyi bacarırlar”.

Rəşad Bayramov: “Rusiya narahatdır ki, Azərbaycanla Türkiyə arasında  hərbi-siyasi müttəfiqlik sazişi imzalana bilər” » Ovqat.com

Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Gürcüstanın çox çətin bir sınaqla üzləşdiyini qeyd etdi. Onun sözlərinə görə, hakim partiya seçkilərdə favorit görünür: “Dost və qonşu ölkə olaraq Gürcüstandakı mövcud vəziyyət və seçki prossesi təbii olaraq Azərbaycanda da diqqətlə izlənilir. Gözlənilən Parlament seçkilərinin Qərbin aktiv müdaxiləsi fonunda baş verməsi, eləcə də seçkilərin nəticələrinin bu və ya digər şəkildə bizə də təsirsiz ötüşməyəcəyi baxımından ikiqat maraq doğurur.

Ermənistanı böyük ölçüdə özündən asılı vəziyyətə salmağı bacaran Qərbin indi bütün imkanları ilə Azərbaycana və Gürcüstana qarşı təzyiq kampaniyası apardığı danılmaz faktdır. Azərbaycanda keçirilmiş seçkilərə bütün istəklərinə rəğmən müdaxilə edə bilməyən ABŞ və Avropa İttifaqı indi əsas diqqəti məhz Gürcüstana yönəldib. Qərb bütün imkanları ilə Ermənistanda olduğu kimi Gürcüstanda da sözə baxan, özündən asılı, müti bir hakimiyyətin olmasına çalışır. Çünki yalnız bu yolla Gürcüstanı Rusiyanın təsir dairəsindən çıxararaq öz təsir dairəsinə sala biləcəyini düşünür.  Başqa sözlə desək ABŞ başda olmaqla, bu ölkənin çətiri altında fəaliyyət göstərən ayrı-ayrı təşkilat və beynəlxalq qurumlar Gürcüstandakı istər siyasi, istərsə də sosial cəhətdən mövcud vəziyyəti özlərinin maraqları naminə fürsətə çevirməyə çalışırlar.

“Xarici agentlər” haqqında qanunun qəbul olunması bəhanəsi ilə başlayan təzyiq kampaniyası nəticəsində qısa dövr ərzində ayrı-ayrı dövlət və qurumlar tərəfindən Gürcüstanla bağlı doxsandan çox tənqidi bəyanat verilib, müxtəlif səviyyəli Qətnamələr qəbul olunub və hakimiyyət təmsilçilərinə qarşı sanksiyaların sayı da hər keçən gün artmaqdadır. Buraya Qərb dairələrinin Gürcüstana ayrılan maliyyə yardımını dayandırmasını, müxalif qruplara və QHT-yə dəstəyin verildiyini də əlavə etdikdə deyə bilərik ki, seçkilər ərəfəsində Gürcüstanda siyasi durum olduqca qarışıqdır.

Belə bir situasiyada seçkilərin nəticələri ilə bağlı dəqiq proqnozlar vermək də çətindir. Bəli, ölkə əhalisinin çoxluğu hakim “Gürcü Arzusu”nu dəstəkləyir və son sorğulara görə seçkilərdə 59 faiz seçici məhz onlara səs verəcəyini bəyan edib. Amma məsələ burasındadır ki, uzun illər ərzində Gürcüstanda möhkəmlənmiş Qərb institutlarının da ölkəni qarışdırmaq və xaosa sürükləmək üçün kifayət qədər imkanları var.

Məlumdur ki, Azərbaycanla Ermənistan arasında 30 illik münaqişə dövründə Qərb özünün ayrı-ayrı təşkilatlarının Cənubi Qafqaz üzrə baş ofislərini məhz Gürcüstanda yerləşdirmişdi. Bütün regional layihələr, konfranslar, təlim proqramları Gürcüstanda keçirilirdi və dolayısıyla hər il ayrı-ayrı institutlar tərəfindən bu ölkəyə milyonlarla maliyyə vəsaiti daxil olurdu. Bu isə öz növbəsində Gürcüstanda QHT sektorunun inkişafını sürətləndirdi və çoxlu sayda qeyri hökumət təşkilatları formalaşmağa başladı. Bu təşkilatların böyük əksəriyyəti öz fəaliyyətlərini məhz Qərb institutlarının maliyyə dəstəyi ilə həyata keçirirdilər. Nəticədə Gürcüstanda Qərbin maliyyə dəstəyindən asılı və onların sifarişlərini icra etmək məcburiyyətində qalan böyük bir QHT ordusu formalaşıb. Biz onların nəyə qadir olduğunu xarici agentlər haqqında qanunun qəbulu zamanı gördük. Olduqca çox qısa bir zaman ərzində həmin təsisatlar on minlərlə insanı küçələrə çıxarmağa müvəffəq olmuşdu. İndi isə daha hazırlıqlı, daha çox təşkilatlanmış bir qüvvə var. Yəni başqa sözlə Qərb Gürcüstanda keçiriləcək seçkilərdə istədiyini ala bilməyəcəyi halda ölkədə qarşıdurma yaratmaqdan da çəkinməyəcəyi ortadadır.

Odur ki, Gürcüstanı həm bir dövlət olaraq, həm də xalq olaraq çətin sınaq gözləyir. Mövcud hakimiyyətin bu sınaqdan necə çıxacağını isə zaman göstərəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri

Next

Azərbaycanda bələdiyyələrlə bağlı yeniliklər gəlir- Qarşıda bizi bunlar gözləyir

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv