Cəmiyyət 

Müştərinin məlumatı olmadan bank kredit limitini artıra bilərmi?-AÇIQLAMA

Bu günlərdə sosial şəbəkələrdə tez-tez kredit kartlarının banklar tərəfindən limitinin artırılmasından şikayət edən vətəndaşlara rast gəlirik. Şikayətçilər bankların kredit limitini xəbər vermədən artıraraq, onları borclandırdığını qeyd edirlər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, hər bir kəsin vəsaitinə, maaşına, ödəmə qabiliyyətinə, əvvəlki kredit tarixçəsinə uyğun olaraq banklarda müştərilərə müəyyən bir pul limit ayrılır. Əgər istifadə edilən kartın kredit müddəti vaxtlı-vaxtında ödənirsə, bank kredit limitini müştərinin razılığı əsasında artıra bilir:

Müştərinin məlumatı olmadan bank kredit limitini artıra bilərmi?-AÇIQLAMA“Azərbaycan qanunvericiliyinə uyğun olaraq heç bir bankın məlumat vermədən müştərini qanunsuz borclandırmaq hüququ yoxdur. Əgər kredit kartlarında hər hansı bir borc öhdəliyi yaranırsa bunun əsası bank və müştəri arasında olan sövdələşmədən aslıdır. Bankla müştəri arasında müqavilə bağlandıqda orada kredit limiti ilə bağlı bütün şərtlər qeyd edilir. Kredit limiti mobil aplikasiyalar vasitəsilə müştərinin öz istəyi ilə artırılır.

Bank tərəfindən limitin artırılması ödəmə qabiliyyəti yüksək olan müştərilərə şamil edilir. Müştərinin özünün məlumatı olmadan hər hansı bir kredit limitinin artırılması halının baş verməsi mümkün deyildir”.

Daha çox xəbərlər