Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır – NONSENS MƏHKƏMƏ İŞİ

By Vüsal Rafiqoğlu
23.10.2024 3 Min Read

Azərbaycanda məhkəmə saxta sənədlərlə, eks-baş bankir, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun göstərişi ilə verilən kreditə görə vətəndaşa məxsus obyekti satışa çıxarmağa hazırlaşır.

Əslində, bu gün Yasamal Rayon Məhkəməsində Nizami Kərimovun iddiası əsasında aparılan məhkəmə araşdırmasının bütün Azərbaycan vətəndaşlarının, elə işə baxan hakim Ayşən Sultanova-Məmmədovanın özünün, yaxınlarının mülkiyyət hüququna birbaşa aidiyyəti var.

Hakimin verəcəyi yanlış qərar bütün vətəndaşların mülkiyyət hüquqlarını laxladıb alt-üst etmək, kökündən məhv etmək gücündədir. Sadə dillə desək, hər kəsin əmlakını ondan xəbərsiz banka girov qoymağa, götürülən krediti ödəməməklə əmlakını banka ötürməyə imkan verəcək. Bu isə böyük bir cinayətdir, Azərbaycan Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunan mülkiyyət hüququnun zorlanmasıdır. Ən başlıcası isə Azərbaycan məhkəmələrində Elman Rüstəmovun maraqlarına uyğun qətnamə çıxarılarsa, bütünlükdə Azərbaycanda mülkiyyət sahibi olan hər bir vətəndaşın əmlakını eyni şəkildə qəsb etmək mümkün olacaq.

Məsələ burasındadır ki, Azərbaycan vətəndaşı Nizami Kərimovun əmlakı ondan xəbərsiz girov qoyulub, əvəzində 5 milyon manat kredit götürülüb. Vətəndaş bu maxinasiyadan 6 il sonra xəbər tutub. Nəsimi Rayon Məhkəməsinə müraciət edib və bu maxinasiyanın altından oliqarx-bankir Elman Rüstəmovun adı ortaya çıxıb.

Nizami Kərimovun əmlakı satın aldığı “Aqana Servis” Elman Rüstəmovun tikinti şirkətlərindən biridir. Şirkəti də oliqarx bankirin şəriki Azad Nağıyev idarə edib. Nizami Kərimov əmlakla bağlı araşdırmalarını davam etdirdikcə, pulunu verib satın aldığı əmlakı ilə bağlı böyük bir cinayətə yol verilməsi faktını müəyyən edib. Məlum olub ki, Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu günlərdə Azad Nağıyevə tapşırıb ki, tikdikləri binada artıq satılmış, Nizami Kərimovun mülkiyyətində olan əmlakı girov qoysun və 5 milyon manat kredit götürüb ona versin. Azad Nağıyev şəriki Elman Rüstəmovun göstərişini yerinə yetirib və 5 milyon kredit götürüb, pulu oliqarx-bankirə ötürüb.

Halbuki, Nizami Kərimov 2010-cu ildə həmin qeyri-yaşayış sahəsini “Aqana Servis”dən – faktiki olaraq Elman Rüstəmovdan pulunu ödəməklə alıb. Elman Rüstəmovun “Aqana Servis”i də qeyri-yaşayış sahəsinin dəyərinin Nizami Kərimov tərəfindən tam ödənilməsi haqda ona 02/04 saylı maliyyə arayışı da təqdim edib.

Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva 2021-ci ilin 3 sentyabr tarixində Nizami Kərimovun iddiasını təmin edib. Çıxarılan qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi, ev 5 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “Premium Bank”a 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilib.

Faktiki olaraq kreditin cinayət yolu ilə götürülməsi çıxarılan qətnamə ilə sübut olunub. Hətta Elman Rüstəmovun şəriki Azad Nağıyev bu cinayətə görə uzunmüddətli həbsə məhkum olunub. Buna baxmayaraq, Mərkəzi Bank və digər məhkəmə instansiyası vətəndaş Nizami Kərimovun əmlakının satışa çıxarılmasına çalışır. Nəsimi Rayon Məhkəməsi iş üzrə məlum qətnaməni çıxarana qədər Elman Rüstəmov yaxasını baş verənlərdən kənar tutub. Hətta Elman Rüstəmov Nizami Kərimovun əmlakına qəsd faktına görə şəriki Azad Nağıyevin uzunmüddətli həbsə göndərilməsinə də biganə yanaşıb. Buna qədər baş verənlərə seyrçi mövqe sərgiləyən, yaxasını kənarda tutan Elman Rüstəmov Nizami Kərimovun əmlakının girovdan çıxarılması məhkəmə qətnaməsində əks olunandan sonra üzə çıxıb və vətəndaşın mülkiyyətinin girovluqdan çıxarılmasını əngəlləməyə başlayıb.

3 ildir ki, Elman Rüstəmov Nizami Kərimovun halal əmlakının girovdan çıxarılmasına imkan vermir! Belə ki, Nizami Kərimov yenidən məhkəməyə müraciət etməklə əmlakının girovluqdan çıxarılmasını tələb edib. 1 ilə yaxındır ki, Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə Nizami Kərimovun şikayətinə baxılır. Oliqarx-bankir Elman Rüstəmov birbaşa məhkəmədə iştirak etmir. Buna baxmayaraq, hakim Ayşən Sultanova-Məmmədova oliqarx-bankir Elman Rüstəmovun adı keçən işdə obyektivlikdən uzaq mövqe sərgiləyir, vətəndaşın iddiasını təmin etməyə də tələsmir. Ortada böyük bir cinayət var – vətəndaşın mükiyyət hüququ göz görə-görə ayaqlar altına atılıb, tapdanır!

Əmlakı Nizami Kərimovdan xəbərsiz girov qoyulub və külli miqdarda kredit götürülüb! Bu gün krediti götürən Elman Rüstəmovun şəriki Azad Nağıyev həbsdədir, oliqarx bankir isə krediti ödəmək niyyətindən uzaqdır, Nizami Kərimovun əmlakını banka ötürüb 5 milyonu qaytarmaq istəmir.

Azərbaycanın bir məhkəmə instansiyası vətəndaş Nizami Kərimova qarşı cinayətə yol verildiyini hökmü ilə təsdiq edib və cinayətə yol verən Azad Nağıyevi həbsə göndərib, əmlakın girov qoyulmasına yol açan saxta çıxarış da ləğv olunub!

Azərbaycanın digər instansiyası – indiki halda Yasamal Məhkəməsi isə digər məhkəmə isntansiyasının çıxardığı hökmü saya salmır, oliqarx-bankir Elman Rüstəmovun mövqeyinə uyğun mövqe sərgiləyir.

Bu cinayətdə ən ilginc məqəm isə budur ki, Azad Nağıyev cəza yerindən dəfələrlə məhkəməyə müraciət edir, Nizami Kərimovun əmlakının girov qoyulması cinayətinin təfərrüatını açıqlamaq niyyətini ortaya qoyur. Həqiqətin üzə çıxmasının tərəfdarı olmalı məhkəmə isə Azad Nağıyevin az qala ağzını tutub danışmasına, Elman Rüstəmovun cinayətə bərabər əməlinə dair bildiklərini deməsinə şərait yaratmır. Məsələ burasındadır ki, Nizami Kərimovun üzləşdiyi əmlak maxinasiyası, konkret olaraq əmlakının qanunsuz girov qoyulması, bu gün isə qanunsuz girovluqdan azad edilməməsi cinayətinə “dur” deyən də tapılmır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Kişilər niyə müğənni sevgili xəstəliyinə tutulublar?” – VİDEO

Next

Buxarestdə Bakı gündəmi: Rumıniya Diplomatik İnstitutunda Qlobal İqlim Diplomatiyası müzakirə edildi – FOTOLAR

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv