Ərdoğan İstanbulda İraqın Baş nazirini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əs-Sudanini İstanbulda qəbul edib.
“Report” xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.
Məlumata görə, görüş İstanbulda Vahdettin iqamətgahında keçirilir.
Bildirilib ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə edirlər.