Təyyarə qəzasında həlak olanların əziz xatirəsi Xankəndidə bir dəqiqəlik sükutla anılıb. – FOTO
“Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlarn əziz xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi Xankəndi şəhərində də bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.Dövlət bayraqları yarıyadək endirilib.
Baş vermiş faciə ilə əlaqədar olaraq Xankəndi şəhərində dekabrın 26-da keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən”Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Təyyarə qəzasında həyatını itirmiş insanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.