Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tramp Azərbaycanla bağlı bu qərarı verəcək – Bakının yeni missiyası

By Vüsal Rafiqoğlu
19.01.2025 3 Min Read

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın öz vəzifəsinin icrasına başlamasına sayılı saatlar qaldı. 20 yanvar andiçməsindən dərhal sonra dünya təzədən 4 illik Tramp dönəminə girmiş olacaq.

Təbii ki, Azərbaycanın bu dövrlə bağlı öz pozitiv gözləntiləri var. Bakı haqlı olaraq, Trampa müəyyən ümidlər, hətta şanslar bağlayır. Hər necə olmasa, 44 günlük Vətən müharibəsi onun birinci prezidentliyinə təsadüf edib.

Əsas gözləntimiz şübhəsiz, Ermənistanla nəhayət, bizim şərtlərimiz əsasında sülh müqaviləsinin imzalanması və bölgəmizdən müharibə riskinin həmişəlik sovuşmasına Vaşinqtonun dəstəyi sarıdandır. Çünki öz ərazi bütövlüyü və suverenliyini təmin edən dövlət kimi, Azərbaycan daha hər hansı hərbi qarşıdurmada maraqlı deyil.

Demokratlardan fərqli olaraq, respublikaçı prezident-milyarder Trampın Amerikanın erməni lobbisi ilə bağlılığı və asılılığının olmaması bu yöndə inamı artırır. Zatən bu səbəbdən ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi (ANCA) son prezident seçkisi zamanı D.Trampı dəstəkləyən çağırış etməmişdi…

Ağ Evin yeni sahibinin Cənubi Qafqazla bağlı ilk ciddi addımı, yaxud qərarı nə ola bilər?

“Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas təminatçısıdır. Fikrimcə, Tramp administrasiyasında məhz belə bir anlayış hakim olacaq”.

Yəhudi əsilli ekspert, fəlsəfə doktoru, Harvard Universitetinin teologiya üzrə magistratura məzunu, politoloq Dmitri Radışevski bu qənaətdədir (Caliber.az).

WhatsApp Image 2025-01-19 at 16.26.12.jpeg (58 KB)

“Vaxtilə mən ABŞ Konqresinin Beynəlxalq Terrorizmə qarşı Mübarizə üzrə ekspert bölməsi ilə əməkdaşlıq etmişəm. Biz hər zaman deyirdik və hesabatlar hazırlayırdıq ki, Azərbaycan Amerikanın Cənubi Qafqazdakı əsas müttəfiqi olmalıdır. Baxın, belə mürəkkəb regional şəraitdə terrorla ən effektiv mübarizə aparan kimdir? Əlbəttə ki, Azərbaycan”, – analitik bildirib.

Ermənistanın bölgədə davam edən pozucu roluna toxunan ekspert ardınca deyib: “Bəs regionda İranın əsas müttəfiqi kimdir? Ermənistan. Təəssüf ki, bizim tövsiyələrimiz heç də həmişə Ağ Ev tərəfindən qəbul olunmurdu. Xüsusən də demokratlar dönəmində. Çünki əfsus ki, ABŞ-ın Demokrat Partiyası ölkənin erməni lobbisinə çox dərindən bağlıdır. Lobbi demokratların ən böyük donorlarından biridir. İndi isə demokratlar şükürlər olsun gedir. Tramp administrasiyası dövründə ABŞ-ın Bakıya yanaşması xeyli dəyişəcək. Pozituv planda təbii ki”.

Bu yerdə yada salaq ki, Qarabağ məsələsi həll edilmədən və rəsmi Bakının razılığı olmadan Türkiyə-Azərbaycan sərhədlərinin açılmasını nəzərdə tutan bədnam “Sürix protokolları” da (2009) məhz demokratların (Barak Obama) hakimiyyəti zamanı imzalanmışdı…

İsrailli politoloqun gözləntisi həmçinin budur ki, Tramp və onun komandası Azərbaycanı Türkiyə və İsrail arasında vasitəçilik etməkdə dəstəkləyəcək: “Azərbaycan bölgədə etibarlı dayaq, qala, sabitlik və inkişaf deməkdir. Bakı özünün iki dostunu – Türkiyə və İsraili barışdırmağa qadir ölkədir”.

İrəvanla sülh anlaşmasının imzalanmasına gəlincə, politoloq əmindir ki, Tramp Ermənistanın Türkiyə və Azərbaycanla möhkəm sülh bağlamasını istəyir. “ABŞ-ın yeni lideri eyni zamanda, Ermənistanın İrana deyil, Türkiyə və Azərbaycana yönəlməsini istəyir. Və əlbəttə, Trampın komandası istəyir ki, ermənilər öz ideologiyalarında revanşizmdən tamamən imtina etsinlər”, – ekspert əlavə edib…

Xatırladaq ki, iki həftə öncə ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “beyin mərkəz”lərindən biri – “Stratfor”-un 2025-ci il üçün açıqladığı təhlildə də Tramp hökumətinin Güney Qafqazda Ermənistana deyil, Azərbaycana üstünlük verəcəyi vurğulanır.

Bu və digər səbəblərdən qarşıdakı 4 illik dönəm Amerika ilə əlaqələrdə Bakıya bəzi siyasi-diplomatik ziqzaqlar vəd etsə də, bütövlükdə Azərbaycan üçün şansların qat-qat çox olacağı dövr kimi görünür. Qalır onlardan milli maraqlarımız naminə vaxtında və səmərəli istifadə etmək. Azərbaycan dövlətinin sükanı arxasında müdrik və uzaqgörən rəhbərin durduğunu nəzərə alsaq, əminik ki, belə də olacaq. Siyasət isə bəzən mümkün olmayanı da reallaşdırmaq məharətidir…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü – Vəziyyəti necədir?

Next

20 yanvarda HAVA belə olacaq

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv