Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qardaşlığın daha bir NÜMUNƏSİ

By Vüsal Rafiqoğlu
10.03.2025 4 Min Read

Azərbaycan-Türkiyə münasibətləri hər keçən gün daha da möhkəmlənir və yeni layihələrin birgə icrası ilə zənginləşir. Martın 5-də iki dost və qardaş xalqın liderləri – Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışı tarixə qızıl hərflərlə yazılacaq. Bu hadisə uzun illər blokada şəraitində yaşayan və ağır məhrumiyyətlərlə üzləşən Naxçıvan Muxtar Respublikasının enerji probleminin birdəfəlik həll edildiyi deməkdir.

İGDİR.jpg (230 KB)

Dünyada cərəyan edən proseslər, beynəlxalq enerji və nəqliyyat xəritəsinin dəyişməsi, bir sıra regionlarda davam edən münaqişələr enerji təchizatı sahəsində ciddi problemlər doğurur. Bir çox hallarda qlobal güclər məhz enerji faktorundan siyasi təzyiq aləti kimi istifadə edərək öz ambisiyalarını həyata keçirməyə çalışır. Nəticədə, ənənəvi marşrutlar sıradan çıxır və daha çox Qərb dövlətləri iqtisadi böhranla qarşılaşır. Azərbaycan həm əlverişli coğrafiyada – Şərqlə Qərb, Şimalla Cənubun kəsişmə nöqtəsində yerləşdiyindən, həm də zəngin enerji ehtiyatlarına sahib olduğundan hər kəsin diqqət mərkəzindədir. Ona görə ki, bu gün enerji resurslarına ehtiyac duyan ölkələr üçün həmin enerjinin dünya bazarlarına təhlükəsiz çıxarılması prioritet vəzifə kimi qarşıda dayanır. Üstəlik, təhlükəsiz nəql məsələsini həll etmək əvvəlki dövrlərlə müqayisədə daha çox problemlidir. Odur ki, Mərkəzi Asiya regionu enerji resurslarının “sabitlik adası” da adlandırılan Azərbaycan üzərindən Qərbə daşınmasına üstünlük verir. Bir sözlə, ölkəmiz qlobal enerji dəhlizlərinin həlledici həlqələrindən biri kimi populyarlığını artırmaqdadır.

Azərbaycan indiyə qədər Türkiyənin də iştirakı ilə reallaşdırdığı enerji layihələri ilə faktiki, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını təsdiq edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri Rusiya-Ukrayna müharibəsindən sonra dəyişən dünya nizamında daha ehtiyac duyulan layihələrə çevrilib. Bu da faktiki, qlobal enerji bazarında ölkəmizin çəkisini artırır və yeni perspektivlər açır. Məsələn,

-2024-cü ildə Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatdı;

-onun təxminən yarısını Türkiyəyə olan ixracat təşkil etdi;

-Türkiyədən başqa 10-u Avropa dövləti olmaqla 11 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir;

-2027-ci ilə qədər ölkəmizdən Avropaya daşınan enerjinin həcmi 2 dəfə artırılacaq.

Təbii ki, bu prosesdə Azərbaycanın əsas müəllifi olduğu Cənub Qaz Dəhlizi, xüsusilə də, onun əsas seqmentlərindən olan TANAP-ın xüsusi yeri var. Qərbin enerjiyə artan tələbatını nəzərə alaraq Bakı və Ankara TANAP-ın genişləndirilməsi və onun nəqletmə gücünün artırılması istiqamətində praktik addımlar atdılar. Bu əməkdaşlıq iki qardaş dövlət arasında ticari-iqtisadi əlaqələrin də inkişafına gətirib çıxarıb. Belə ki,

-2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 6,13 milyard dollar təşkil edib;

-o cümlədən ixrac 3,82 milyard dollar,

-idxal 2,31 milyard dollara bərabər olub;

-Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi 20 milyard dolları ötür.

İGDA.jpg (232 KB)

Şübhəsiz, martın 5-də açılışı qeyd olunan İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyənin enerji sektoru ilə bir-birinə daha sıx bağlanmasını şərtləndirəcək. Çünki, yeni xətt 30 il üçün Naxçıvanın enerji tələbatının ödənməsini nəzərdə tutur. Kəmərin təməli 2023-cü il sentyabrın 25-də iki dövlət başçısının iştirakı ilə məhz Naxçıvanda qoyuldu və 2 ildən sonra istifadəyə verilən yeni xətt muxtar respublikanın enerji təhlükəsizliyinin təminində sabitləşdirici rol oynayacaq. Belə ki, Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürüləcək və regionun bir mənbədən asılılığını aradan qaldıracaq. Bu baxımdan kəmər respublikamız üçün həm iqtisadi, həm də geosiyasi baxımdan strateji çəkiyə sahibdir.

-Naxçıvanın illik qaz istehlakı 260-300 milyon kubmetr arasındadır;

-bu tələbatın ödənməsi üçün Azərbaycan İranla 2004-cü ildə svop razılaşması əldə edib;

-İran Naxçıvanın tələbatına uyğun qazı Culfadan muxtar respublikaya ötürür, əvəzində eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır;

-İranla razılaşmanın müddəti isə bu il bitir.

Bu arada qeyd edək ki, İğdır-Naxçıvan xəttinin gündəlik ötürücülük qabiliyyəti 2 milyon kubmetr olsa da, kiçik modifikasiya işləri ilə ötürücülük qabiliyyətini 5 milyon kubmetrə çatdırmaq real görünür. Bütün bunlar Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayır və qardaş ölkələri dünya üçün vazkeçilməz tərəfdaşa çevirir. Çünki, hazırda 3 qaz kəməri – Bakı-Tbilisi-Ərzurum, TANAP və İğdır-Naxçıvan qaz kəmərləri tək iki müttəfiq və dost dövlətin deyil, dünya bazarlarının enerji təhlükəsizliyinin təminində bir nömrəli faktor kimi özünü göstərir.

İğdır-Naxçıvan layihəsinin daha bir mühüm tərəfi onun türk dünyasının birləşməsində müstəsna rol oynaması ilə əlaqəlidir. Ulu Öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1992-ci ildə Araz çayı üzərində “Ümid” körpüsünün açılması türk qardaşlığına istiqamətlənmiş ilk önəmli addım idisə, İğdır-Naxçıvan qaz xətti ikinci strateji addım olacaq. Çünki, Mərkəzi Asiyanın türk respublikalarının da enerji resurslarını Azərbaycan üzərindən daşımağa başlaması regionda faktiki, türk qurşağının yaranmasına gətirib çıxarır. Halbuki, 100 il bundan öncə Zəngəzur bölgəsini ermənilərə “hədiyyə” edən bolşeviklər məhz türk qurşağının qarşısını almaqdan ötrü xəyanətkar addım atmışdılar. Prezident İlham Əliyev də bildirir ki, Sitat. “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki, xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”. Sitatın sonu.

Artıq nə ermənilər, nə də onlara havadarlıq edən beynəlxalq güclər Azərbaycanın yaratdığı yeni reallıqları dəyişə biləcək. Zəngəzur dəhlizinin açılması bu prosesdə son nöqtə olacaq. Zəngəzurdan keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizlərinə uyğun enerji dəhlizləri də reallaşdırılacaq. Bu zaman İğdır-Naxçıvan kəməri həm də Naxçıvan-İğdır istiqamətində enerji daşıyıcısı kimi Azərbaycan və Türkiyəyə daha böyük dividendlər qazandıracaq. Layihə həmçinin Naxçıvanı blokadadan çıxarmaq üçün atılan effektiv addımların təntənəsi kimi də qiymətləndirilir. Yeni nəqliyyat və enerji marşrutlarının reallaşdırılması Ermənistanın irəli sürdüyü absurd “Sülh kəsişməsi” avantürasını gündəlikdən çıxarır və arxivə yollayır. Məğlub ölkə Zəngəzur dəhlizinə “yox” deməklə əslində, Bakı və Ankaranın regional aktorlara çevrilməsinə mane olmağa çalışsa da, görünən odur ki, Fransa və digər antitürk dövlətlərinin təhriki ilə istəyinə çata bilməyəcək. Azərbaycan və Türkiyənin regiondakı tranzit mövqelərini bundan sonra da möhkəmləndirəcəyi isə artıq hər kəsin qəbul etməli olduğu həqiqətdir.

ALİBALA.jpeg (50 KB)

Əlibala Məhərrəmzadə,
deputat

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Son iki ayda Şuşa DOST filialında 343 vətəndaşa xidmət göstərilib

Next

Məktəbdə yayılan həmin səs yazısı araşdırılır – RƏSMİ

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv