Cəmiyyət 

Şuşada Yel çərşənbəsi BELƏ qeyd olundu – FOTO

Şuşada Yel çərşənbəsi bu il xüsusi bir coşqu və təntənə ilə qeyd olunub.

ARANTV.AZ  xəbər verir ki, şuşalılar qədim adət-ənənələrini yaşatmaq və bu əlamətdar günü qeyd etmək üçün bir araya gəliblər. Ənənəvi bayram tonqalı ətrafına toplanan şuşalılar təbiətin oyanışını birlikdə qeyd ediblər.

Yel çərşənbəsi Novruz Bayramının yaxınlaşmasının müjdəçisi olaraq, həm də təbiətin oyanışı, yeni ilin bərəkəti və təzəlik simvolu sayılır. Bu gündə təbiətlə bağlı müxtəlif inanclar və mərasimlərə xüsusi önəm verilir.

Şuşada Yel çərşənbəsinin qeyd olunması həm də bu qədim torpaqlarda milli kimliyin və mədəniyyətin güclənməsinin təcəssümüdür.

 

 

Daha çox xəbərlər