Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Çörəyimizi yeyib millətimizi söyən “həkim” – bu cəsarət onda haradandır?

By Vüsal Rafiqoğlu
13.03.2025 4 Min Read

Son günlər sosial şəbəkələrdə və mediada geniş rezonans doğuran Musa Kılıç məsələsi getdikcə daha qalmaqallı məcraya yönəlir. Türkiyə vətəndaşı olduğu deyilən, özünü “uzman fizioterapevt” kimi təqdim edən bu şəxs barədə ortaya çıxan yeni faktlar cəmiyyətin haqlı qəzəbinə səbəb olub.

Səhiyyə Nazirliyində peşə ixtisasının tanınması üçün keçirilən imtahana qatılan Musa Kılıç tələb olunan keçid balını toplaya bilməyib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, ona yalnız akademik tanınma şəhadətnaməsi təqdim edilib. Bu sənəd isə Kılıça yalnız növbəti təhsil pilləsinə keçmək hüququ verir – yəni həkimlik fəaliyyətinə icazə vermir! Bəs o zaman sual yaranır: Musa Kılıç illərdir necə və hansı əsaslarla klinikalarda çalışıb?

Bakupost.az onunla bağlı sensasiya sayıla biləcək məlumat əldə edib.

Sayt xatırladıb ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Musa Kılıçın saxta sənədlərlə fəaliyyət göstərdiyini, buna baxmayaraq, il ərzində 500 min manat pul qazandığını sübut edən dəlillər paylaşmışdı. “Bundan sonra Musa Kılıçın fəaliyyətinin dondurulması gözlənilirdi. Lakin o, azərbaycanlıları təhqir etdiyi səs yazısı yaydı və hamıya meydan oxudu. Bəs Musa Kılıç bu gücü haradan alır? Ümumiyyətlə, Azərbaycana nə vaxt və necə gəlib? Buradakı karyerasına haradan başlayıb?

Kılıçın Azərbaycana ayaq açması onun gürcü əsilli zaqatalalı bir xanımla evlənməsindən sonra baş verib. Bundan sonra o, çalışmaq üçün müxtəlif klinikalara mürciət edib. Özünü peşəkər həkim kimi təqdim edən Musa Kılıça ilk qapını 2018-ci ilin axırında Bakı Bərpa Mərkəzi açıb. Amma o, burada uzun zaman işləyə bilməyib və bir neçə aydan sonra həmin mərkəzdən qalmaqalla ayrılıb. Daha sonra Musa Kılıç ARS Reabilitasiya Mərkəzində çalışıb, bir müddət sonra isə “İstanbul NS” klinikasına transfer olunub. Onun bu klinikada işləri pis getməyib, aylıq qazancı 40-50 min civarında olub. Sonradan elə bu qazanc üstündə rəhbərliklə arası dəyib və işdən uzaqlaşdırılıb. Bir müddət sonra isə o özünə “Medera Hospital”da yer edib. Bu günə kimi də həmin hospitalda fəaliyyət göstərir.

Maraqlıdır ki, adları çəkilən klinikalar onu işə qəbul edərkən ixtisasça həkim olduğunu təsdiqləyən sənədi niyə yoxlamayıblar? Tutaq ki, klinika rəhbərləri öz qazancları üçün buna göz yumublar. Bəs Səhiyyə Nazirliyi?

Yayılan videolardan, sənədlərdən də görünür ki, bu adam yüksək məbləğdə pul əldə edib. Görəsən, vergi orqanları bunu niyə görməyib? Və ən əsas sual: saxta sənədlərlə və ya sənədsiz ayda 50 min pul qopartdığı bir milləti niyə təhqir edir? Onda bu nifrət haradandır? Bu məqam üzərində düşünməyə dəyər. Məsələ ondadır ki, Musa Kılıç Türkiyənin Artvin bölgəsindədir. Bu bölgədə isə ermənilər çox yaşayır.

Biz indiyə kimi yalnız ermənilərdən bu cür davranış görmüşük: həm çörəyimizi yeyiblər, həm də özümüzü söyüb hər cür düşmənçilik ediblər”, – sayt qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Musa Kılıç açıqlama almaq istəyən jurnalisti təhdid edərək, Azərbaycan millətini təhqir edib. Bununla bağlı yayılmış səsyazısında o, Azərbaycan xalqı barəsində “”gerizakalılar”, necə “arsız millətsiz”, “qanınız pozuk” kimi ifadələr işlədib, azərbaycanlı jurnalist haqqında isə belə deyib: “Bir arsız öz vətənindən qaçıb, Amerika vətəndaşlığı alıb, oradan buradakı adamları ilə işbirliyi edir, siz də oturub ona alət olursunuz, rədd olun, şərəf yoxsulları”.

Bəs “Medera Hospital”ın rəhbərliyi bütün bunlara necə göz yumur? “Həkim”də bu cəsarət haradandır?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı olaraq, adıçəkilən klinika ilə əlaqə saxlayıb, mövqe almağa çalışsaq da, klinika rəhbərliyindən “sizinlə hüquqşünasımız əlaqə saxlayacaq” deyə cavab aldıq.

Eyni cavabı özünü Musa Kılıçın köməkçisi kimi təqdim edən şəxsdən də aldıq: “Vəkillərimiz sizinlə əlaqə saxlayacaq”.

Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC  FAKTLAR-VİDEO » Bakunews.az

Musa Kılıçın özü İnstagram səhifəsində yayılan səs yazısı ilə bağlı açıqlama yayıb. O, təhqiredici ifadələri diplomunun saxta olması ilə bağlı fikir səsləndirənlərə ünvanladığını deyib: “Haqqımda bəzi sənədlər paylaşıldı, amma sonradan gerçəklərin ortaya çıxmasına sevindim. Təəssüf ki, haqqımda doğru-dürüst araşdırılmayan məsələlər var.

Mən Bakıya insanlara daha yaxşı sağlamlıq xidməti göstərmək üçün dəvət edilmişəm. Azərbaycan xalqını öz xalqımdan heç vaxt ayırmamışam. Dövlətlərimi nə qədər sevdiyimi şəxsi səhifəmdən bilirlər. Bakıda qalmağımın səbəbi xalqın mənə olan sevgisi və inamıdır.

Mənə “rədd ol, get öz ölkənə”, “saxtakar”, “diplomsuz” deyənlər oldu. Yayılan səsyazısındakı ifadələrim həmin şəxslərə ünvanlanıb.

Daha bir məsələni qeyd etmək istərdim ki, Azərbaycana gəlməzdən əvvəl bir azərbaycanlı qızla evlənmişəm. Yəni evlilik seçimim azərbaycanlı bir qız olub”.

Göründüyü kimi, o, sanki bu açıqlama ilə özünü təmizə çıxartmağa, Azərbaycan xalqına qarşı səsləndirdiyi alçaldıcı ifadələri ört-basdır etməyə çalışır.

Musa Kılıç bundan sonra bütün paylaşımlarının şərh bölməsini bağlayıb.

O, həmçinin baş verən qalmaqaldan sonra səhifəsində Gürcüstanda təhsil aldığını, Türkiyədə isə uzmanlıq kurslarında iştirak etdiyini bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma aparıldığı bildirilir. Lakin ictimaiyyət bu işin sonunun necə nəticələnəcəyini gözləyir.

Onu da əlavə edək ki, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma hallarına görə əsasən cərimələr tətbiq olunur. Bu halda fiziki şəxslərə 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərə isə 20 min manatdan 30 min manatadək maliyyə sanksiyası tətbiq edilir.

Amma sual açıq qalır: Musa Kılıç sadəcə cərimə ilə canını qurtaracaqmı?

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gənclər niyə daha həvəslə boşanır? – Şok statistika, psixoloji səbəblər

Next

Ay “kişilər”, sosial şəbəkələr yalnız sizin üçün deyil!

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv