Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?

By Vüsal Rafiqoğlu
03.04.2025 4 Min Read

Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 32 il keçdi. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Qarabağ müharibəsi başlayandan sonra iki tərəfdən mühasirədə olub.

1992-ci ilin mayında Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlanıb və rayon 3 tərəfdən düşmən mühasirəsində qalıb. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq Rusiya hərbçilərinin köməyi ilə 1993-cü il aprelin 2-də oranı işğal ediblər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. Ovaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.

Azərbaycanın o dövrdə ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi. Həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi.

İşğal illərində Ermənistan Kəlbəcərin nadir təbii sərvətlərini talan etdilər, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də dağıtdılar. Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. İşğal nəticəsində Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşmağa məcbur qaldı. 1993-cü ildə BMT Kəlbəcər rayonunun qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul etdi. Lakin Ermənistan həmin qətnamələri yerinə yetirmədi. BMT kimi dünyanın ən böyük beynəlxalq qurumu isə verdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq etmədi.  İşğalçı Ermənistan isə bundan istifadə edərək daha bir məkrli niyyətini – Kəlbəcərdə erməni əhalinin məskunlaşdırılmasını həyata keçirməyə başlamışdı. Ermənistan həm öz vətəndaşlarını, həm də Suriyadan köç edən erməniləri Kəlbəcər rayonunda qanunsuz məskunlaşdırmışdı.

Azərbaycan dövləti, xalqı, ordusu erməni işğalına öz gücü ilə son qoydu. 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. 44 günlük müharibədə Ermənistan ordusu diz çökdürüldü. Dünya müharibə tarixində çox nadir hallarda rast gəlinən uğura məhz Azərbaycan Ordusu, onun Ali Baş Komandanı imza atdı. 44 günlük Vətən müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi.

Ermənistan ordusu diz çökdürüldü və Ermənistan Kəlbəcər, Laçın, Ağdam rayonunu döyüşsüz Azərbaycana geri qaytarmağa məcbur oldu. Ermənistan hərbi əməliyyatların dayandırılması üçün yalvardı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin şərtinə razılaşdılar. İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, ərazilərimizi geri qaytarmağa imzaları ilə razılaşdıqlarını bəyan etsinlər, dərhal əməliyyatlar dayanacaq. Ermənistan öz ordusunun tamamilə məhv ediləcəyini görürdü və buna görə Kəlbəcəri, Laçını və Ağdamı kapitulyasiyaya imza atmaqla Azərbaycana geri qaytarmağa məcbur qaldı. Bu, dediyimiz kimi, dünya müharibə tarixində az rast gəlinən qələbə idi və belə bir qələbəni 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun qüdrəti ilə qazandıq. Bu qələbə Kəlbəcərin döyüşsüz azad edilməsini reallaşdırdı. Şübhəsiz, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada ordumuzun apardığı döyüşlər həm də Kəlbəcərin azad edilməsi üçün yol açırdı. Məhz bu yol uğura gətirib çıxardı.

Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin Murov istiqamətində müəyyən strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verirdi. Ermənistan çıxış yolunun olmadığını dərk edərək Kəlbəcəri döyüşsüz geri qaytarmağa razılaşdı.

Artıq Kəlbəcərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə sakinlərin köçürülməsi nəzərdə tutulub.

Bəs Kəlbəcəri 1993-cü ildə erməni işğalından qoruyub saxlamaq olardımı?

Hikmət Babaoğlu: MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Kəlbəcər öz relyefi ilə tarixi təbii səngərdə yerləşir. Rayon hərbi-strateji baxımından bir qala qədər möhtəşəm və qala qədər təhlükədən qoruna biləcək ərazidədir: “Amma təəssüf ki, 1993-cü il aprelin 2-də Kəlbəcər işğal edildi. Əlbəttə ki, Kəlbəcəri dediyimiz amillərə görə qoruyub saxlamaq olardı. O dövrdə daxildə hərc-mərclik, mübarizə getməsəydi, müdafiə qabiliyyətli və vahid komandanlığa malik ordu formalaşdıra bilsəydilər, rayonun işğalının qarşısını almaq mümkün idi. Təəssüf ki, ordu yaratmaq əvəzinə hakimiyyətdə vəzifədə olan hər kəs özünə bir silahlı dəstə düzəldirdi. Daxili işlər nazirinin özünün silahlı dəstəsi var idi, Müdafiə Nazirliyinin içərisində vahid komandanlığa tabe olan hərbi birləşmələr yox idi, hətta siyasi partiya sədrlərinin silahlı dəstəsi var idi, vahid komandanlıq yox idi. Beləliklə, Azərbaycan gücsüz və müdafiəsiz vəziyyətdə qalmışdı. Ermənistanın o zamankı quldur rejimi və onların havadarları bu vəziyyətdən istifadə edərək Kəlbəcəri işğal etdilər. Kəlbəcərin işğal olunması Azərbaycan xalqını Kəlbəcər yüksəkliyindən aşağı salmış oldu. Amma müzəffər Ali Baş Komandanımızın sayəsində Azərbaycan xalqı 2020-ci ildə yenidən Kəlbəcər yüksəkliyinə ucaldı. Düşmən 44 günlük müharibədə diz çökdürüldü və Kəlbəcəri döyüşsüz geri qaytarmağa məcbur qaldı. Bu, tarixin bir ibrətidir. Azərbaycan xalqı bu tarixləri unutmamalıdır”.

Akif Nağı: Əsas meyar din deyil, milliyətçilikdir

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, o dövrkü siyasi, ictimai, hərbi vəziyyəti uzun illər dərindən öyrənib, təhqiqat aparıb və bir nəticəyə gəlib ki, ordumuzun o zamankı vəziyyəti, ictimai-siyasi mühit işğal prosesinin qarşısını almağa imkan vermirdi: “Kifayət qədər hərbi qüvvəmiz yox idi. Ölkənin bütün qüvvələri səfərbər olunsaydı, bəlkə də işğalın qarşısını almaq olardı. Amma həmin dövrdə bu mümkün olmadı. Həmin dövrdə, hərbçilərin dediyinə görə, döyüşə bilən qüvvələri öncədən Kəlbəcərdən kənarlaşdırdılar. Niyə belə edildi? Suallar həddən artıq çoxdur. Kəlbəcərdə yerli əhali işğala qarşı müqavimət göstərirdi, yerli batalyonlar fədakarlıqla döyüşürdü. Lakin dövlət səviyyəsində mütəşəkkillik yox idi, silah-sursatla tam təminat yox idi. Ölkədə bir siyasi hakimiyyət böhranı hökm sürürdü. Bütün bu və digər məqamlar rayonun işğalının qarşısını almağa imkan vermirdi”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Autizmdə qorxulu artım: Hər 44 uşaqdan 1-i risk altındadır

Next

Kremlin ilginc Qafqaz planı – şimal təhlükəsi ən çox bu ölkəni gözləyir

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv