Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan iki savaşın astanasında

By Vüsal Rafiqoğlu
04.04.2025 3 Min Read

Türkiyə kimi güclü ölkənin qolunu İsrailin “üç başı” olsa da bükə bilməz, İran isə nə bizim dostumuz, nə müttəfiqimiz deyil, amma bu savaşlar çıxarsa, parçaları mütləq bizi də yaralayacaq…

ABŞ prezidenti Trampın İran və İsrail siyasəti Azərbaycanı ciddi şəkildə narahat etməkdədir. Rəsmi Bakının bu cür həssas məsələlərdə açıq mövqe diplomatiyasına üstünlük vermədiyi bəllidir, həm də dünya indi elə xaosa sürükləməkədədir ki, hərə öz başının hayındadır. Bizim başımızda isə indi iki təhlükə(neftin qiymətinin kritik həddə düşə biləcəyini hələ düşünməyək) fırlanmaqdadır.

Erməni qələt eləyir, Azərbaycan ordusunun yanından ancaq milçək olub uça bilərlər. İndi əsas təhlükə qonşumuz İrana qarşı mümkün hərbi müdaxilə və İsraillə Türkiyə arasında hər gün savaşa çevrilə biləcək gərginlikdir.

Trampın bundan əvvəlki prezidentlik dönəmində BMT-nin qərarına baxmayaraq, Qüdsü (fələstinlilər Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyırlar) İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyini oraya köçürmək qərarı onun yeni dönəmdə də eyni kursu davam etdirəcəyinə şübhə yeri qoymurdu. Onun 2 milyona yaxın qəzzalının qonşu Misirə və İordaniyaya köçürmək avantürası indilikdə gündəmdən çıxmış kimi görünür, fəqət ABŞ-dan yeni silahlar alan İsrail Ramazanda belə Qəzzanı bombardmanda davam etdi. Macarıstan İsrail kimi bizə simsar dövlətdir, amma Netanyahu haqda Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına baxmayaraq, onu Budapeştə təmtəraqlı qarşılanması beynəlxalq hüquqa tüpürməkdir.

İndi bildinizmi, Azərbaycanda mühakimə olunan erməni terrorbaşılarına niyə azadlıq tələb edənlərin sırası günbəgün artır? Çünki insanlığa qarşı cinayət törətmiş ermənilərin də cəzalandırılmasını istəmirlər. Dünyada güc amilinin önə çıxması ayrı mövzudur, həm də yeni deyil. Amma güc amilindən istifadə edib savaş çıxaranlara, günahsız insanların canına qıyanlara bunca geniş meydan verilməsi, hamının az-çox qəbullandığı beynəlxalq hüququn heçə sayılmasının nəticələri dünya üçün bu gün olmasa da, sabah pis olacaq.

İsrail dünən Suriyada “Türkiyənin bazası” deyib türk hərbçiləri şəhid etməsi xəbəri təsdiqlənməsə də, iki ölkə arasında gərginlik səngimir və bir ehtiyatsızlıq ciddi nəticələrə gətirə bilər. NATO-nun Türkiyə kimi güclü ölkəsinin qolunu İsrailin “üç başı” olsa da bükə bilməz. Amma bu savaş çıxarsa, parçaları mütləq bizə dəyər. Azərbaycan canından qorxmur, Türkiyə bizim əbədi müttəfiqimiz olmaya bilər, amma əbədi qardaşımızdır. İsrail nə bizim qardaşımız, nə müttəfiqimizdir, amma bizə çox lazımlı ölkədir. Ağ Evdə kimin oturmasında asılı olmayaraq, həmişə İsraili dəstəkləyib, dəstəkləyəcək də.

İsrail də savaşa başlayanda, birinci Amerikanı xəbərdar edir. Bayden son dönəmlərdə deyirdi ki, İsrail onun sülh çağırışlarına qulaq asmır və sairə. Bunlar əlbəttə ki, bəhanədir. İsrailin hərbi qüdrəti nə qədər güclü olsa da, ABŞ olmadan heç kimlə təkbaşına savaş üçün dartınmaz. Ona görə Tramp hər şeydən öncə İsrail rəsmilərinin Türkiyəyə uzanan təxribatçı dillərinə ayar verməlidir. İsrail də Türkiyənin əsəbləri ilə oynamaqdan əl çəkməlidir. Bölgədə yeni savaş Trampı təsəvvür edə bilmədiyi sıxıntıya salar. ABŞ-ın “dərin dövləti”ndə yəqin ki, yəhudilər əsas simalardır, onlar Vaşinqtonun bu məsələdə daha ağıllı siyasət yürütməsinə təsir edə biləcəklərinə ümid edək.

O da faktdır ki, Tramp münaqişələrdə ABŞ-ın fəal iştirakına qarşıdır. Məncə, ümumiyyətlə biznes adamı kimi ona qanlı savaşdan deyil, alqı-satqıdan, ən müxtəlif kombinasiyalardan qazanmaq ləzzət edir. Amma ABŞ prezidentinin İrana qarşı xüsusi düşmənçiliyi də sezilir ki, bunun səbəbi bəlkə də mollakratiyanın ABŞ-a “1 nömrəli təhlükə” olması, atom bombası yaratmaq istəyi deyil. Trampın İran siyasətində xüsusi ayrıcalıq var ki, bu da bizə təhlükədir.

427d68ac230ffaa67663fdddc8a920f0.jpg (174 KB)

Birinci prezidentlik dövründə İranla altılıq ölkələrinin nüvə sazişindən imtina etdi, Tehran yeni sanksiyalarla üzləşdi. Onun rəhbərliyi altında ABŞ İran iqtisadiyyatını sarsıtmaq üçün maksimum təzyiq həyata keçirdi. İndi də Xamneiyə məktub yazır ki, İran nüvə silahı ilə bağlı razılaşma imzalamalıdır, yoxsa sentyabrda bu adda dövlət olmayacaq və sairə. Ərəb mənbələrinin məlumatına görə, Trampın martın əvvəlində İran rəhbərliyinə çatdırılan məktubunda yekun cavab üçün iki ay vaxt verilib. Beləliklə, barmaqhesabı ABŞ-ın İrana hava-raket hücumu mayın əvvəlinə düşür. Bunu Hind okeanına yerləşdirilmiş “B-2” strateji bombardmançı təyyarələri də dolayısı ilə təsdiqləyir.

İran nə bizim dostumuz, nə müttəfiqimiz oldu, olmaz da. Amma bu dar macalda İranda nəinki miqyaslı müharibə, “xüsusi hərbi əməliyyatlar” belə, bizim region üçün fəlakətli hadisələrə səbəb ola bilər.

Tramp hakimiyyəti təhvil alanda yazmışdım ki, bir müddət sonra Baydenin atasına bəlkə də rəhmət oxutduq. Kaş, belə olmaya…

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Next

Bulvarda sudan meyit çıxarıldı

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv