Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Sərvəti ilə öyünənlər vergi verirmi? – Açıqlamaların izi ilə…

By Vüsal Rafiqoğlu
10.04.2025 4 Min Read

Son həftələrdə ölkə telekanallarında müğənnilər və digər sənətçilər bir-biri ilə bəhsləşirmiş kimi öz varidatlarını nümayiş etdirir, aylıq qazanclarının miqdarını açıqlayırlar. Biri ayda 30, o biri 50, başqa biri 70 min manat qazandığını deyir. 5 mənzili olduğunu, bağ evi tikdirdiyini, 95 min manatlıq lüks avtomobil sürdüyünü deyən də var.

Ola bilər, sənət adamlarının varidatı, həyat tərzi tamaşaçılar üçün çox maraqlıdır və onlar bu “sosial sifarişi” nəzərə alaraq analoji açıqlamalar verirlər. Amma bu xüsusat vergi orqanlarının da marağını cəlb etməlidir. Çünki bu şəxslər bir ayda universitet professorunun 4-5 ildə qazana bilməyəcəyi qədər pul qazanırlarsa, bundan müvafiq şəkildə vergi də ödəməlidirlər. Əvvəlki illərdə də müğənnilərin, eləcə də çox pul qazanan digər sənət adamlarının vergiyə cəlb edilməsi məsələsi aktuallaşmış və dövlət büdcəsi zənginləşmişdi. Vergi borcunu ödəməyən müğənnilərin isə adı mətbuatda açıqlanmış, bu da xeyli müzakirələrə səbəb olmuşdu.

Bu arada qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar. Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur. Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir. Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir. Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir. Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Bəs hazırda vergi orqanları müğənnilərin qazancından qanunvericiliyə əsasən vergi tuturlarmı?

Xalq artisti Gülyanaq Məmmədova Şəki Regional Mədəniyyət İdarəsinin  başladığı layihəyə qoşulub VİDEO - AZƏRTAC

Gülyanaq Məmmədova

Xalq artisti Gülyanaq Məmmədovanın məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasından belə məlum olur ki, artıq son vaxtlar vergi məmurları toylardakı iştirakına görə müğənnilərdən vergi tələb etmir: “Mən əsasən dövlət qulluqçusuyam. Universitetdə müəllim, dosent kimi çalışıram, eyni zamanda Dövlət Mahnı Teatrının solistiyəm. Yəni dövlət müəssisələrində fəaliyyət göstərdiyim üçün aldığım əmək haqqından vergi tutulur.

Toylara gəldikdə isə, yalnız ara-sıra gedirəm. Hər gün toylarda çıxış edən müğənnilərdən deyiləm. Toylara getməyimin əsas səbəbi budur ki, biz səhnə adamıyıq və geyindiyimiz paltarlardan tutmuş, yeni mahnıların yazılmasına qədər bir çox məsrəflərimiz olur. Təsəvvür edin, bir səhnə geyimi nə qədər xərc tələb edir. Eləcə də yeni mahnılar, səsyazmalar üçün xeyli vəsait sərf olunur. Bu xərcləri qarşılamaq üçün toylarda iştirak edirəm. Çünki maaşımla bunların öhdəsindən gəlmək mümkün deyil. Aldığım maaş heç ailəmin xərclərinə yetmir. Yoxsa ki, iki ölkənin xalq artisti olaraq mənim toylarda nə işim var?

Əvvəllər vergi məmurları getdiyimiz toylara görə vergi tələb edirdilər. Amma indi bu məsələ yoxdur. Yəni mən dövlət tədbirlərində iştirak edirəm, ondan vergi tutulur. Ona görə hesab edirəm ki, toylardakı iştirakımız üçün vergi ödəmək bizə aid deyil. Bu, gündə toylardan nə qədər pul qazanan müğənnilər var, onlara aiddir”.

Nigar Camal keçmiş rəis olan atası ilə - İlk dəfə görüntüləndi - Video Yeni  Sabah

Müğənni Nigar Camalın meneceri Pərviz Hüseynov sorğumuza belə cavab verdi: “Vergi ödəmək, ilk növbədə, dövlət qarşısında bizim vətəndaşlıq borcumuzdur. Çünki həmin vergilər hesabına məktəblər açılır, müxtəlif sosial məsələlər həll olunur.

Digər bir məqam isə odur ki, Nigar Camal mütəmadi olaraq toylarda iştirak etmir. Biz əsasən dövlət tədbirlərində və ya korporativ tədbirlərdə iştirak edirik. Bu zaman da məlum olduğu kimi, ödənişlər köçürmə yolu ilə həyata keçirilir və avtomatik olaraq qanunvericilikdə nəzərdə tutulan qədər vergi tutulur. Yəni vergidən yayınma kimi bir hal mümkün deyil”.

Murad Arif: Deputat olmağa iddialıyam – MÜSAHİBƏ + FOTO - Oxu.az

Murad Arif

Hitmeykerer Murad Arif qeyd edib: “Bəli, əlbəttə ki, getdiyimiz toylara görə Dövlət Vergi Xidmətinə vergi ödəyirik. Bu proses necə baş verir? Getdiyimiz toylar barədə öz mühasibatlığımıza və həmin toylardan aldığımız qonorar haqqında məlumat veririk. Həmin qonorarlar əsasında da biz hər 3 rübün tamamında rüblük vergiləri hesablayırıq və dövlət büdcəsinə vergi ödəyirik”.

Məsələni daha yaxından araşdırmaq üçün Dövlət Vergi Xidmətinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı.

eldeniz11.jpg (46 KB)

 Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov isə mövzuya bu cür şərh bildirdi: “Öncə onu qeyd edim ki, səhər saat 8-dən günorta saat 1-2-yə qədər dayanmadan, ayaqüstə lövhə qarşısında dayanıb, sinfi tərk etmədən azyaşlı şagirdlər, eləcə də nadinc yuxarı sinif şagirdləri qarşısında dərs deyən, böyük enerji itirən, zehni və fiziki cəhətdən yorulan müəllim hər saata görə aldığı kiçik məbləğə görə belə vergi ödəyirsə, onda yarım saat ərzində minlərlə manat qazanan şəxslərin – istər müğənni olsun, istərsə də digər sənət sahibləri – vergidən yayınması son dərəcə faciəvi haldır. Bu, həm hüquqi, həm də mənəvi-əxlaqi və sosial baxımdan yolverilməzdir.

Şəffaflaşdırma dedikdə, bu cür fəaliyyətlərin də vergiyə cəlb olunması üçün təkmil bir mexanizmin hazırlanması nəzərdə tutulur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sülh prosesini başa çatdırmaq Ermənistandan asılıdır-xəbərdarlıq

Next

“Turan birliyi”ndə çat? – Dörd türk ölkəsinin bu addımı…

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv