Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Müstəqil siyasətin təzahürü

By Vüsal Rafiqoğlu
18.06.2025 3 Min Read

Müşahidə etdiyimiz proseslərin təsadüfi olmadığını artıq hər kəs təsdiqləyir. Şübhəsiz ki, dünyada baş verən münaqişələr məqsədyönlü şəkildə daha da dərinləşdirilir. Kimlərinsə artıq lokal münaqişələr ilə kifayətlənmədiyi görünməkdədir. Öz iradəsindən asılı olmadan istənilən dövlətin hər hansı bir prosesin iştirakçısı olması qaçılmazdırsa, o zaman müstəqil siyasət yürüdən dövlətin vəzifəsi təhdidlərin sayını minimuma endirmək və cərəyan edən prosesləri milli maraqlara cavab verən istiqamətə yönəltməkdir. Məhz burada Prezident İlham Əliyevin növbəti fikrini yada salmalıyıq: “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”. Budur əsl müstəqil dövlətin siyasi iradəsinin məzmun və mahiyyəti. Milli maraqlar heç zaman ucuz və spekulyativ demaqogiyanın aləti olmamalıdır. Milli maraqların qorunulması soyuqqanlılığı, habelə dəqiq hesablamaların və peşəkar proqnozların aparılmasını tələb edir. Sabitlik və müəyyən olunmuş siyasi kursa sadiqlik isə dövləti müxtəlif süni “streslər”dən qoruya bilir.

Bu fikirlər AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil söyləyib.

“Kontekstin inkişafında qeyd edə bilərik ki, Azərbaycan cari ilin 15 iyun tarixində olduqca əlamətdar və mühüm bir tədbirə növbəti dəfə ev sahibliyi etdi. Belə ki, Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin beynəlxalq nüfuzunu təsəvvür etmək üçün nəzərə almalıyıq ki, sözügedən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak etmişdir. Konfrans çərçivəsində müzakirə olunanların dünyada aktuallığını görmək üçün isə təşkil olunmuş panel sessiyalarının əsas mövzularına diqqət yetirməyimiz yetərlidir: “Milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” və “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar”.

Beləliklə, panellərin adlarında dünya üçün mühüm olan mesajlar ehtiva olunur: “regional əməkdaşlıq qlobal təhlükəsizliyin təmin olunması prosesinə töhfə verə bilər”, “siyasi həmrəylik sabitliyin təməlində dayanan fundamental dəyərdir” və “çağdaş çağırışlar ilə mübarizədə qlobal əməkdaşlıq qaçılmazdır”. Beynəlxalq təşkilatların dünyada baş verən prosesləri görməzlikdən gəldiyi və susduğu bir dövrdə Azərbaycanın bu cür mesajlarının əhəmiyyəti danılmazdır, ölkəmizin analoji təşəbbüsləri isə beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunmalıdır. Digər tərəfdən, bu cür mesajların açıq şəkildə səsləndirilməsi faktı bilavasitə müstəqil siyasətin və dönməz siyasi iradənin təzahürüdür”, – deyə politoloq vurğulayıb.

Bildirilib ki, tədbir çərçivəsində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən oxundu. Bir sıra ölkələrin hakim partiyalarının rəhbərlərinin iştirakı ilə keçirilmiş tədbirdə bilavasitə dövlət başçısının müraciətinin oxunması ölkələr arasında siyasi müstəvidə əməkdaşlıq əlaqələrinin qurulmasının strateji əhəmiyyəti və bu məsələdə siyasi partiyalarının aparıcı rolundan xəbər verir. Odur ki, konkret cəmiyyətdə həmrəylik mühitinin formalaşdırılması və bu mühitin qorunması prosesində əvəzolunmaz rola malik olan siyasi partiyalarının kimlərinsə əlində dağıdıcı qüvvəyə çevrilməsi yolverilməzdir. Cəmiyyət, xalq və dövlət naminə bu cür ehtimallar kökündən aradan qaldırılmalıdır.

Vurğulanmalıdır ki, ölkələrarası etibarlı münasibətlərin qurulmasında partiyalar əsas siyasi institut kimi təqdim olunur. Beləliklə, siyasi partiyalar ilə sağlam əməkdaşlıq əlaqələrinin mövcudluğu həm konkret cəmiyyətdə millik birlik və həmrəylik mühitinin yaşanmasına zəmindir, həm də dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaşlığın təminatçısıdır.

Azərbaycanda siyasi münasibətlər müstəvisində təqribən son beş il ərzində cərəyan edən proseslərə diqqət yetirən zaman görə bilərik ki, ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühitinin də təyinatı siyasi partiyalarının yuxarıda qeyd olunan funksional mahiyyətinin inkişafına yönəlib. Qeyd edilənləri nəzərə aldıqda aydın olur ki, niyə radikal təfəkkürlü populist psevdodemokratlar açıq siyasi dialoqdan müxtəlif bəhanələr ilə qaçırlar? Sadəcə, cəmiyyətdə həmrəylik mühitinin yaşanması onların marağında deyil. Budur, siyasi şivənliyin kökündə dayanan əsas səbəb.

“Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sözügedən müraciətində öz əksini tapmış növbəti fikirləri də beynəlxalq ictimaiyyətin diqqətindən qaça bilməz: “Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır… Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir…” Bununla da dövlət başçısı müasir beynəlxalq münasibətlər sistemində bu gün qabarıq çatışmazlıq və ya defisit hesab olunan iki mühüm amili müəyyən etmiş olur: “siyasi məsuliyyət” və “müstəqil siyasəti həyata keçirtmək üçün cəsarət”. Bəli, müşahidə olunan tendensiyalara diqqət yetirən zaman biz açıq şəkildə onu görə bilirik ki, dünyada yaşanan müəyyən proseslərin əsas səbəbi məhz bəzilərin siyasi məsuliyyətsizliyi və müstəqil siyasət yürütmək üçün cəsarətlərinin olmamasıdır”, – deyə o diqqətə çatdırıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sexdə bədbəxt hadisə – Maşın hərəkətə gəldi, ustanı öldürdü

Next

Türkmənistan XİN rəsmisi geosiyasi parçalanma fonunda Türkmənistanın neytrallıq modelindən danışıb

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv