Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Tikinti şirkəti vətəndaşın evinə girişi bağlayıb – Cavid İsmayılov yalnız vertolyotla gedə bilər – FOTOLAR

By Vüsal Rafiqoğlu
23.06.2025 2 Min Read

Bakı İnzibati Məhkəməsində Azərbaycan vətəndaşı Cavid İsmayılovun timsalında minlərlə şəhər sakininin hüquqlarının necə tapdalanmasının, tikinti sektorunda özbaşınalığın nə dərəcədə təhlükəli həddə çatmasını ortaya qoyan proses keçirilib.

Məhkəmə araşdırmalarında məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti “RR Construction” MMC-yə Yasamal rayonu ərazisindəki 4,32 hektar torpaq sahəsini icarəyə verib. Ayrılan torpaq sahəsi Cavid İsmayılovun mülkiyyətində olan mənzilin yerləşdiyi ərazini də əhatə edib. Nəticədə mənzil əhatəyə alınıb, həyət hasarlanıb, girişə mühafizəçi qoyulub. Vətəndaş evinə yalnız icazə ilə girə bilir. Cavid İsmayılovun evinə giriş demək olar ki, bloklanıb. Yaxşı ki, Bakı səmasında vertolyot uçuşlarına hələ rəsmi qadağa qoyulmayıb. Cavid İsmayılovun əlacı  vertolyot icarəyə götürüb öz evinə damdan enməkdir. Çünki quru yolla evə girmək bir dərd, oradan çıxmaq iki dərddir.

Azərbaycan Konstitusiyası mülkiyyət hüququnu “toxunulmaz” elan edir. Amma Cavid İsmayılov faktiki olaraq öz torpağından istifadə hüququndan məhrum edilib. Mülkiyyətçi həyətinə icazəsiz girə bilmir! Bu nə deməkdir?

Cavid İsmayılov özü məhkəmə iclasında deyib ki, həyətinə keçmək üçün mühafizəçinin razılığı tələb olunur. “Mən öz evimə necə icazə alıb girə bilərəm. Bu hansı məntiqdir?!” – deyə o, şikayətlənib.

O, təəssüflə bildirib ki, məhəlləsində tikinti başlayandan sonra gündəlik həyatı zülm-zillətə dönüb. Tikinti səsləri, toz, nəqliyyat sıxlığı bir yana, adam evindən çıxıb həyətə düşmək üçün belə mühafizəçi ilə razılaşmalıdır. “Bəlkə vertolyot icarəyə götürüm, evimə göydən enim?” – deyə o ironiya edib.

Məhkəmə qərarına əsasən, sərəncam Cavid İsmayılovla bağlı hissədə ləğv olunub. Amma Bakı Şəhər İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti verə bilər. Yəni Cavid İsmayılovun vertolyotla evinə gedib-gəlmə perspektivi hələ də qalmaqdadır.

Məhkəmədə İcra Hakimiyyətinin mövqeyi isə qəribə də olsa belə səslənib ki, “biz hələ tikintiyə icazə verməmişik. Sadəcə torpaq icarəyə verilib”. Maraqlıdır, bəs icarəyə verilmiş ərazi niyə hasarlanıb? Orada tikinti texnikası niyə peyda olub? Niyə Cavid İsmayılovun həyətinə girmək üçün mühafizəçinin razılığı tələb olunur?

Məhkəmə haqlı olaraq İcra Hakimiyyətinin “məntiqi”ni qəbul etməyib. Belə nəticəyə gəlib ki, İcra Hakimiyyətinin sərəncamı Cavid İsmayılovun konstitusion mülkiyyət hüquqlarını pozub. Odur ki, bu sərəncam onunla bağlı hissədə ləğv olunmalıdır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, məmur özbaşınalığı, icra strukturlarının “torpaq kimindir” sualına məhəl qoymadan qərar çıxarması dəfələrlə vətəndaşları çıxılmaz vəziyyətə salıb: “Amma belə qərarlar nadir hallarda məhkəmədə ləğv edilir. Cavid İsmayılovun işi bu baxımdan presedent sayıla bilər. Mülkiyyətçi razılığı olmadan onun torpağına və mənzilinə müdaxilə hüquqi cəhətdən sıfır dəyərindədir. İstənilən tikinti şirkəti belə layihələrdə əvvəlcə mülkiyyətçi ilə razılaşmalı, sonra dövlət orqanlarına üz tutmalıdır”.

Natiq Ələsgərov deyib ki, Bakıda yüzlərlə bina sahibi bu aqibəti yaşayıb: “Evinin qabağı hasarlanıb, pəncərəsinin qarşısına divar çəkilib, həyətinə texnika yığılıb… Məhkəmə bu işdə cəmiyyətə siqnal verdi ki, belə hallarda susmaq lazım deyil. Öz hüququnu müdafiə edənlər qalib gəlir”.

Bu iş göstərdi ki, əgər vətəndaş susmur, məhkəməyə gedir, hüququnu tələb edirsə, dövlət məmuru da, tikinti maqnatı da geri çəkilməyə məcbur qalır. İcra Hakimiyyətinin qərarı ləğv olunur!

Bəlkə bu qərardan sonra Bakı sakinləri öz həyətləri uğrunda daha inadla mübarizə aparacaq? Kim bilir, bəlkə Cavid İsmayılov kimi daha neçə adam “vertolyot variantı”ndan canını qurtaracaq?

Elşən MƏMMƏDƏLİYEV,

Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

6000 dollar verirsən, “qüsursuz” uşağa hamilə qalırsan – Yeni xidmət təqdim edildi

Next

“Əksər hallarda limfadenopatiya müxtəlif patologiyaların simptomu və nəticəsi kimi baş verir”

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv