Dünya 

Kreml: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın İrana göstərəcəyi yardımın miqyası və forması Tehranın real ehtiyaclarından asılı olacaq.

“Bu, tamamilə İranın nə istədiyindən asılıdır. Biz artıq vasitəçilik təklif etmişik – bu, konkret addımdır. Həmçinin rəsmi mövqeyimizi bəyan etmişik, bu da dəstəyin mühüm formasıdır. Bundan sonrakı addımlar İran tərəfinin tələblərinə bağlı olacaq,” – deyə Peskov vurğulayıb.

Ekspertlərə görə açıqlama Rusiya–İran münasibətlərində həm siyasi, həm də mümkün hərbi və diplomatik əməkdaşlıq perspektivlərinin açıq qaldığını göstərir. Kremlin mövqeyi, eyni zamanda, Qərb qarşısında Tehrana açıq dəstək siqnalı kimi də dəyərləndirilir.

Musavat.com

Daha çox xəbərlər