Kreml ABŞ senatorunu rusofobiya ilə ittiham etdi: “Sanksiyaları çoxdan tətbiq edərdi”
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ senatoru Lindsi Qrahamın Rusiyaya qarşı yeni sanksiyalar barədə açıqlamasına sərt reaksiya verib.
Peskov bildirib ki, Qrahamın mövqeyi Kremlə yaxşı tanışdır:
“Onun Rusiyaya qarşı münasibəti hamıya məlumdur. O, belə desək, qatı rusofoblardan biridir,” – deyə Peskov qeyd edib.
Kreml sözçüsü əlavə edib ki, senatorun iradəsi olsaydı, sanksiyalar çoxdan tətbiq edilərdi:
“Bütün bunlar onun xasiyyətinin təzahürüdür,” – deyə Peskov vurğulayıb.
Musavat.com