Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakı və Moskva arasında anlaşma: Böhran çözüldümü? BİZİM ŞƏRH

By Vüsal Rafiqoğlu
04.07.2025 3 Min Read

Bakı ilə Moskva arasında son günlər yaşanan gərginlik hamıya bəllidir. Bu münasibətlər elə bir həddə çatıb ki, artıq siyasi dairələrdə və medianın dilində “soyuq müharibə” termini açıq şəkildə işlədilirdi.

Musavat.com-un əldə etdiyi məlumata görə, indi isə vəziyyətin yumşaldığı, tərəflərin razılığa gəldiyi barədə ehtiyatlı optimizm yaranıb.

Amma görək, həqiqətən böhran bitibmi, yoxsa sadəcə səhnə arxasında qısa fasilədir?

Azərbaycanın “Sputnik Azərbaycan” işi üzrə istintaqa cəlb edilmiş beş əməkdaşı sərbəst buraxması həm hüquqi, həm də siyasi baxımdan çox mühüm siqnal kimi qiymətləndirilir. Bu addım Bakının Moskva ilə münasibətləri qaydaya salmaq, normallaşdırmaq istədiyini göstərir. Həmin şəxslərin polis nəzarəti altında olsa da, azadlığa buraxılması və prosesin getdikcə daha yumşaq rejimə keçməsi, Azərbaycanın dialoqa açıq mövqeyinin göstəricisidir.

ZAXAROVA.jpg (80 KB)

Bu arada Moskvada da ritorika xeyli dəyişib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova artıq əvvəlki sərt tonda danışmır. Əksinə, o, son açıqlamasında bildirib:

“Rusiya və Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Bundan xoşu gəlməyən qüvvələr də var, amma Moskva-Bakı əlaqələri möhkəm təməl üzərində qurulub”.

PESKOV.jpg (69 KB)

Kremlin sözçüsü Dmitri Peskov da Azərbaycana yüksək dəyər verdiklərini, əlaqələrin gələcəyə hesablandığını vurğulayıb.

Maraqlıdır ki, rus rəsmilərinin bu cür yumşaq bəyanatlarında həmişə “üçüncü qüvvələr” mövzusu da xüsusi yer tutur. Ad çəkilməsə də, eyhamlar Qərbə, Ukrayna rəhbərliyinə yönəlir. Yəni, sanki bu gərginliyi yaradan Rusiya hüquq-mühafizə orqanları deyil, hansısa “kənar qüvvələr”dir. Halbuki məsələnin kökü məhz Rusiyanın özündədir — Yekaterinburqda baş verən və Səfərov qardaşlarının faciəli şəkildə öldürülməsi ilə nəticələnən OMON əməliyyatı bu böhranı qızışdıran əsas amil oldu.

Azərbaycan tərəfi isə indiyə qədər rəsmi səviyyədə Moskva haqqında sərt açıqlamalar verməkdən yayınsa da, media və ictimai mühitdə Rusiyaya qarşı sərt mövqe uzun müddət davam etdi. Amma görünür, son proseslərdən sonra artıq Azərbaycanın öz informasiya məkanında da ritorika hiss olunacaq dərəcədə yumşalıb.

Amma bütün bunlara baxmayaraq, Rusiya hüquq-mühafizə orqanları hələ də azərbaycanlı iş adamlarına və kriminal dairələrə təzyiqləri, həbsləri davam etdirir. Dünən də azərbaycanlı iki kriminal avtoritetin saxlanılması xəbərləri yayıldı. Üstəlik, bu saxlanmalar videoya çəkilərək, nümayişkaranə şəkildə sosial mediaya ötürülür ki, bu da müəyyən alçaldıcı mesaj effekti yaradır.

Buna rəğmən, Musavat.com-un etibarlı mənbələrindən əldə etdiyi məlumata görə, Bakı və Moskva arasında müəyyən kanallarla aparılan intensiv danışıqlar nəticəsində hər iki ölkənin media platformalarında nifrət dilini azaltmaq, əvvəlki vəziyyətə qayıtmaq barədə səssiz anlaşma formalaşır. Bu da o deməkdir ki, qarşılıqlı informasiya müharibəsi məhdudlaşdırılacaq.

Musavat.com xatırladır ki, bu böhran ötən ilin dekabrında Azərbaycanın təyyarəsinin vurulması ilə alovlanmış, iyunun 13-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən qanlı əməliyyatla kulminasiya nöqtəsinə çatmışdı. Həm Azərbaycanda rus vətəndaşlarının həbsi, həm də Rusiyada azərbaycanlı tanınmış simaların ard-arda saxlanılması iki ölkənin televiziyalarında, qəzetlərində və sosial şəbəkələrdə kəskin ritorikanı doğurmuşdu.

AZAL SON.jpg (163 KB)

Rusiyada yaşayan milyonlarla azərbaycanlı isə bu böhranın tezliklə bitməsini istəyir. Çünki onlar bu ölkədə yaşayır, bəziləri artıq vətəndaşdır və diskriminasiya ilə üzləşmək, öz evlərini tərk etməyə məcbur qalmaq istəmirlər.

Beləliklə, Bakı “Sputnik” əməkdaşlarını azad etməklə öz xoş niyyətini göstərdi. Moskvanın isə bundan sonra konkret addımlar atıb-atmayacağı diqqətlə izlənilir. Çünki böhranın tam həlli üçün yalnız sözlər və bəyanatlar kifayət etmir — real addımlar, hüquq-mühafizə orqanlarının davranışlarında dəyişiklik və qarşılıqlı etimad tələb olunur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tacikistan Prezidenti Füzuliyə GƏLDİ

Next

Milli Məclisin növbəti iclası başladı

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv