Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paraşütlə tullanıb…ölmək neçəyədir?

By Vüsal Rafiqoğlu
09.07.2025 3 Min Read

Bu ölümcül macəranın “bilet qiyməti” cəmi 100 manatdır; bəs təhlükəsizlik təminatı varmı?

Siyəzən rayonu Zarat kəndində yerləşən Beşbarmaq piri adlanan ərazidə gənc qadının faciəli ölümü bir çox suallar doğurub. 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə tullanarkən qayaya çırpılıb və yerindəcə keçinib. Nuranə Məcidova paraşütlə tək uçuş edib. Solo uçuş edən qadının paraşütü özünə məxsus olub. Onun paraşütlə uçuş edərkən havada idarəetməni itirdiyi bildirilir. Uçuşun 500 metr hündürlükdən icra edildiyi qeyd olunur. Qeyd edək ki, Nuranə Məcidova ailəli idi, bir övladı var.

İyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Bəs bu faciəvi ölümün məsuliyyəti kimlərin üzərindədir? Günah öləndədirmi, yoxsa bu macəra biznesində belə ölüm təbii hesab edilir?

Azərbaycanda paraşütlə tullanma son illər dəbdədir. Sosial şəbəkələrdə yüksəkdən çəkilən “uçan” fotolar, 15 saniyəlik videoçarxlar minlərlə baxış toplayır. Gənclər arasında “adrenalin” vazkeçilməz kimi təqdim olunur. Paraşüt təlimlərinin qiyməti isə bu hissləri yaşamaq istəyənlərin cibinə uyğunlaşdırılıb:

Qrup təlimi: 500 manat

Fərdi təlim: 1 000 manat

Təcrübəsizlər üçün pilotla birlikdə uçuş Qubanın Qırızdəhnə kəndində 150 manat, Siyəzəndə, Beşbarmaq dağında 100 manatdır. Yəni bu ölümcül macəranın “bilet qiyməti” cəmi 100 manatdır…

Bəs təhlükəsizlik təminatı varmı? Bu xidmətləri kim təqdim edir və təhlükəsizlik necə təmin olunur? Hava proqnozu necə idi və nəzərə alınmışdımı? Beşbarmaqda uçuş təşkil edən firma hansıdır və rəsmi lisenziyası varmı? Paraşüt klublarının fəaliyyətində sertifikatlaşdırma və sığorta qaydaları tətbiq olunurmu? Suallar çoxdur…

Sorğuladığımız paraşütlə tullanma üzrə təlimçilər deyirlər ki, bu növ idman ekstrim kateqoriyasına aiddir və risklər də az deyil. Paraşütlə tullananlar riskləri də özləri nəzərə almalıdırlar. Yəni paraşütlə tullanan həyatına özü cavabdehdir. Lisenziya məsələsinə gəldikdə isə bu xidmətləri göstərən şirkətlər Dövlət Aviasiya Agentliyinə müraciət edirlər. Lisenziya təsdiqlənirsə, fəaliyyətə icazə verilmiş hesab olunur.  

2019-cu ildə də Qusarda bir gənc paraşütlə uçarkən sərt eniş etmiş, ağır bədən xəsarətləri almışdı. O zaman da suallar cavabsız qalmışdı. Yenə də eyni səhnə, eyni sükut…

General əmlaklarını niyə satışa çıxarıb?

Natiq Ələsgərov 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu hadisə peşəkar təşkil edilməyən, sığortasız və standartlara uyğun olmayan aviasiya-turizm fəaliyyəti nəticəsində baş verən faciəyə daha yaxın görünür: “Paraşütlə tullanma ciddi risk daşıyır. Bu sahədə pilotlar, avadanlıq və təhlükəsizlik təlimləri mütləq peşəkar sertifikatlar əsasında aparılmalı, hər bir uçuş sığortalanmalıdır. Yoxsa adventürist əyləncə adı altında insan həyatı bahasına “qiymət” təyin edilməsi, yəni qəza ehtimalının uçuş bileti qədər olması qəbuledilməzdir. Paraşüt fəaliyyətini həyata keçirən hər bir şəxs və ya klub mütləq Dövlət Aviasiya Agentliyi və ya müvafiq qurumlar tərəfindən tanınmış olmalı, həmçinin pilotların beynəlxalq və ya yerli sertifikatı olmalıdır. Sığorta məsələsi də heç vaxt unudulmamalıdır. Qadının ölüm faktı ciddi sığorta mexanizminin olmadığını göstərir. Bu cür ekstremal idman növlərində həyat və məsuliyyət sığortası mütləqdir. Təhlükəsizlik prosedurlarının formalaşması da ən ciddi şəkildə gerçəkləşdirilməlidir. Təlimlər, avadanlıq yoxlamaları, hava şəraitinə uyğun qərar qəbuletmə prosesi  yazılı, sənədli şəkildə olmalıdır. Qayaya çırpılma faktı bu prosedurların yoxluğu ehtimalını doğurur”.

Natiq Ələsgərov deyib ki, hüquqi məsuliyyət açıq olmalıdır: “Ölüm və ya zədələnmə zamanı məsuliyyət daşıyan hər kəsin siyahısı müəyyən edilməlidir. Pilot, klub, təşkilatçı, sığorta şirkətinin cavabdeh olması açıq olmalı, hər kəsə bu məlumatla tanış olmaq imkanı yaradılmalıdır. Bu ölüm cinayət, inzibati və ya mülki iddia, yəni hansı çərçivə ilə davam edəcək, hamısı qeydə alınmalıdır. Natiq Ələsgərov deyir ki, bu kimi hadisələr yalnız “faciə” səviyyəsində qəbul olunmamalıdır. Belə riskli fəaliyyətlər qanunlara uyğun şəkildə hüquqi tənzimlənməlidir. Yoxsa “adrenalin” biletinin dəyəri insan həyatı olacaq. Əgər ölüm hadisəsi peşəkar məsuliyyətsizlikdən yaranıbsa, bu zaman operator-firma istintaqa cəlb olunmalıdır. Ölkəmizdə aviasiya-turizm sahəsində peşəkar qurumların formalaşması, sığortanın mütləq tətbiqi və bu növ fəaliyyətlərin tənzimlənməsi üçün qanunvericilik səviyyəsində islahatlar zəruridir. Hazırda belə görünür ki, belə “adrenalin” uçuşun arxasında həyat üçün təhlükəsiz və qeyri-sağlam variantları ehtiva edən əlverişsiz bir sistem dayanır. Təhlükəsizlik tədbirləri və sığorta mexanizmləri gücləndirilmədən bu cür uçuşlar böyük risklər doğurur”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağdam-Füzuli yolunda QƏZA- 20 nəfər xəsarət alıb

Next

Bakını anti-ABŞ blokuna qoşmaq riski

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv