Rusiyadan Azərbaycana TƏHLÜKƏ gözlənilirmi? Ukrayna adı altında
“Azərbaycana qarşı dolayısı təzyiqlər istisna deyil. Bu, Ukrayna adı altında, informasiya müharibəsi və ya siyasi provokasiyalar şəklində reallaşa bilər”.
Bu barədə Tv Musavat-ın canlı efirində təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl danışıb.
O, bildirib ki, Rusiya regionda nüfuzunu itirdikcə, qeyri-stabil addımlara meyilli olur: “Rusiya Ukraynada məğlub olduqca, təsir imkanlarını başqa bölgələrə yönəltməyə çalışacaq. Azərbaycana qarşı dolayısı təzyiqlər istisna deyil. Bu, Ukrayna adı altında, informasiya müharibəsi və ya siyasi provokasiyalar şəklində reallaşa bilər”.
Ekspert əlavə edib ki, Azərbaycan hərbi və diplomatik baxımdan hazır olmalı, eyni zamanda, informasiya təhlükəsizliyinə ciddi önəm verməlidir.
Musavat.com