SON DƏQİQƏ: Xalq artisti Arif Babayev dünyasını dəyişdi
Xalq artisti Arif Babayev dünyasını dəyişib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Oxu.az-a onun oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib.
Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.