Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İrəvan Zəngəzur taktikasını dəyişir – Naxçıvana gedən yolda…

By Vüsal Rafiqoğlu
01.08.2025 3 Min Read

Ermənistan hakimiyyətinin “Sünik qapısı” icadı nəyə hesablanıb? Politoloq: “Dəhlizin açılması sülh müqaviləsindən tez reallaşa bilər”

Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini “Sünik qapısı” adlandırmağa başlayıb. Bu barədə “Past” qəzeti məlumat yayıb (Teleqraf). Nəşr yazır ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı yeni təbliğat kampaniyasına başlayıb.

Bildirilir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan üç günlük işgüzar səfərlə Sünik vilayətinə (Qərbi Zəngəzur) gedib, burada yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə məsləhətləşmələr aparıb və bölgənin ölkənin gələcək inkişafı üçün qapıya çevriləcəyini bəyan edib. “Əgər biz Sünikin qapılarını aça bilsək, 43 kilometrlik (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yerləşən) yolu nəzərdə tuturam, bu, gələcək inkişaf baxımından böyük imkanlar təqdim edir”, – Xaçaturyan bildirib.

“Ermənistan hökuməti onu “Sünikin qapısı” adlandırmaqla mahiyyət etibarilə Zəngəzur dəhlizi ifadəsinin mənfi təsirini aradan qaldırmağa çalışır”, – qəzet yazıb və əlavə edib ki, İrəvan bununla Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında qapı açmaq istəyir.

Hansı “mənfi təsir”? Doğrudanmı rəsmi İrəvan dəhliz məntiqi ilə artıq razılaşıb?        

Qeyd edək ki, daha əvvəl baş nazir Paşinyan yolun dəhliz statusu daşımayacağını bildirib. O, nəqliyyat kommunikasiyalarının açılmasını Ermənistanın suverenliyi və yuridiksiyasında reallaşacağını açıqlayıb. Eyni zamanda dəhlizə nəzarəti Rusiyaya verməkdən imtina edib.

Son zamanlar isə ABŞ şirkətlərindən birinin koridora yerləşəcəyi mövzusu gündəmə gəlib. Hazırda Zəngəzur dəhlizinin hansı rejimdə açılması və nəzarətin kimdə olması mübahisəli olaraq qalır. İndi isə Ermənistan “Sünik qapısı” ifadəsini seçməklə daxili auditoriyanı və müxalifəti sakitləşdirməyə cəhd edir. Yəni keçid qapısıdır və hakimiyyət guya Ermənistan ərazisindən dəhliz vermir. Halbuki dəhliz heç də bir ölkənin ərazi suverenliyini təhdid etmir, şübhə altına salmır. O “məntiqlə” bir çox ölkələr ərazisindən dəhliz verməklə suverenliyini riskə atıb.

Hər halda, hiss olunur ki, İrəvan ictimai rəyi idarə etmək üçün “Sünik qapısı” ifadəsindən istifadə etməyə başlayıb. Bu da iqtidarın ünvanına ittihamların yumşalmasına səbəb ola bilər. Əslində Ermənistan prezidenti bölgəyə gedərək bu fikri dilə gətirməklə Zəngəzur dəhlizinin açılacağına işarə vurub. Sadəcə, qarşı tərəf bunun üçün texniki işlər görməlidir. Azərbaycan özünə aid hissədə tikinti aparıb, Ermənistan isə “əlini ağdan qaraya vurmayıb”.

“Beynəlxalq aktorlar Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəliblər”.

Politoloq Qriqor Balasanyan belə deyib. Erməni ekspert bildirib ki, dəhlizin açılması Ermənistan-Azərbaycan sülh sazişi çərçivəsindən kənarda razılaşdırılıb. Balasanyan vurğulayıb ki, Zəngəzur dəhlizinə nəzarət Ermənistanda olmayacaq.

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, dəhlizin açılması sülh müqaviləsindən erkən ola bilər. Onun sözlərinə görə, bu razılaşmanın sülh mətnindən çıxarılması da dəhlizin daha tez işə düşməsi üçün fürsətdir: “Ermənistan prezidentinin səfəri təsadüfi deyil. Yerli əhalini bu prosesə hazırlayırlar. Bundan qabaq delimitasiya prosesində eyni addımı Paşinyan atmış və Tavuş bölgəsinin camaatını sakitləşdirmişdi ki, ölkənin əleyhinə heç bir hadisə baş vermir. İndi Xaçaturyan ictimai rəyi öyrənməyə çalışıb. Çünki dəhlizin açılması öhdəlikdir. Ermənistan rəhbərliyi bu anlaşmaya qol çəkib. İkincisi, beynəlxalq logistikadır, yəni Orta dəhlizin bir hissəsidir. Ona görə İrəvan bu məsələni çox uzada bilməz”.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Qabil Hüseynli

Professora görə, “Sünik qapısı” deyilən bir anlayış yoxdur və Ermənistan rəhbərliyi özündən nəsə “kəşf” etmək istəyib: “Sadəcə, dəhliz statusundan imtinaya eyham vurulur. Zəngəzurun adi yol kimi açılmasını istisna etmirəm. Açığı, bu məsələdə Azərbaycanın da israrı yoxdur. Bakının tələbi maneəsiz keçidi təmin etməkdir. Biz öz ərazimizə gedərkən yoxlama olmamalıdır. Ermənistanın borcu isə təhlükəsizliyə təminat verməkdir. Bundan sonra adını nə qoyurlar-qoysunlar, Naxçıvana keçidimiz təşkil edilsin. O baxımdan erməni mediası “mənfi” nəticələr deyəndə dəhliz statusunu nəzərdə tutub. Yəni adi yol kimi istifadə ediləcək. Ermənistan bu məsələdə saxtakarlıq edir. Burada suverenliyə hansı təhdiddən söhbət gedə bilər? Azərbaycan Prezidenti dəfələrlə deyib ki, biz ora tanklarla deyil, avtomobillərlə qayıdacağıq. Odur ki, İrəvan tələsməlidir və onun iqtisadi dirçəlişinə səbəb olacaq logistikaların açılmasını sürətləndirməlidir”.

Politoloq yada salıb ki, Paşinyan 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi ideyasına qarşı “Sülh kəsişməsi” avantürasını da irəli sürüb: “İrəvan hər dəfə bir bəhanə axtarır. İndi də “Sünik qapısı” ifadəsi gündəmə gətirilir. Ermənistan Zəngəzur dəhlizinə adlar tapmaqdansa, real iş görməlidir. Çünki onun inkişafının təminatçısı olacaq. Həmçinin Rusiyaya dəmir yolu əlaqəsi yaranacaq. Bundan əlavə, Türkiyə ilə sərhədləri açıla bilər.

Əgər Avropaya çıxış istəyi varsa, təzə adlar axtarmaq lazım deyil, dəhlizin açılması gerçəkləşməlidir. Fikrimcə, sülh danışıqları ilə paralel şəkildə blokadada olan yolların açılması məsələsi də müzakirə olunur. O baxımdan, bəzi addımlar atılacağına ümid var. Ermənistan hakimiyyəti 2026 seçkilərinə qədər hər hansı radikal addım atmağa qorxur. Zənnimcə, proseslər seçkidən sonra sürətlənə bilər”.

Xatırladaq ki, Zəngəzur dəhlizi Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisindən Azərbaycanın əsas hissəsi ilə birləşdirən mühüm geosiyasi və iqtisadi keçiddir. Dəhliz tarixi, mədəni və strateji əhəmiyyətə malikdir və Cənubi Qafqaz regionunda nəqliyyat, tcarət və regional əlaqə üçün mühüm əlaqə rolunu oynayır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan: Gələcəyə aydın baxışları olan ölkə

Next

Turizm Agentliyində 18,5 milyonluq yeyinti – bu dəfə sədr dəqiq gedir

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv