Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

12 günlük müharibədən çıxardığımız “dərs” – kəşfiyyatın aşkarladığı “boşluqlar”

By Vüsal Rafiqoğlu
07.08.2025 4 Min Read

Rusiya və İranın apardığı savaşlar sığınacaqlar məsələsini gündəmə gətirib; Azərbaycan ordunun güclənməsi üçün müxtəlif addımlar atır

Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Kəşfiyyat Akademiyası 2025-ci ilin iyun ayında İran və İsrail arasında baş vermiş silahlı qarşıdurmanın nəticələrinə dair analitik hesabat yayıb. Hesabatda gələcək münaqişələrə hazırlıq məqsədilə bir sıra prioritet istiqamətlər müəyyən olunub.

Sənəddə Türkiyənin təhlükəsizlik strategiyasının əsas istiqamətləri kimi aşağıdakılar göstərilib:

* Çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərinin inkişafı

Xüsusilə alçaq hündürlükdə müdafiənin zəif olduğu vurğulanaraq, bu sahəyə xüsusi diqqət ayrılması tövsiyə olunur.

* Erkən xəbərdarlıq və sığınacaq sistemləri

Hesabatda böyük şəhərlərdə və strateji obyektlərdə erkən xəbərdarlıq infrastrukturunun yaradılması və sığınacaqların inşası zəruri hesab olunur.? Milli birliyin möhkəmləndirilməsi

Türkiyənin mümkün xarici təhdidlərə qarşı daha dayanıqlı olması üçün sosial həmrəyliyin və daxili birliyin gücləndirilməsi tövsiyə edilir.

*Radioelektron mübarizə (REM) və pilotsuz uçuş aparatlarına (PUA) üstünlük verilməsi

Sənəddə qeyd olunur ki, İranın ənənəvi silahları İsrailin dronlar və REM texnologiyaları qarşısında kifayət qədər effektli olmayıb. Bu baxımdan, Türkiyəyə bu sahələrə investisiyaların artırılması tövsiyə olunur.

* Hipersəs raketləri təhdidi

İsrailin güclü hava müdafiə sistemləri belə hipersəs silahlarının zərbələrinin tam qarşısını ala bilməyib. Türkiyəyə bu növ təhdidlərə qarşı müdafiə vasitələrinin hazırlanmasını sürətləndirmək tövsiyə olunur.

Eyni tövsiyələr Azərbaycan üçün, bizim milli təhlükəsizliyimiz üçün də keçərlidirmi?

Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola  bilməz” - MÜSAHİBƏ | Modern.az

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”da mövzu ətrafında bir çox vacib məqamlara toxundu: “Azərbaycan dövləti dünyada və regionda baş verən prosesləri yaxından izləyir, təhlillər aparılır. Müxtəlif istiqamətlər üzrə bu işlər görülür. Dövlət maraqlarına uyğun da addımlar atılır. Təbii ki, hansı regionda yerləşdiyimizi, qonşularımızın kim olduğunu, dünyadakı böyük dövlətlərin regionda hansı maraqlarının olduğunu yaxşı bilirik. Hansı təhdidlərin ola biləcəyini və bu təhdidlərin aradan necə qaldırılacağını bilməmiş deyilik. Hazırlanan bu hesabat çıx maraqlıdır. Günün tələblərinə cavab verir. Ümumiyyətlə, hazırda elə bir zəmanədə yaşayırıq ki, hər il, hər ay, hətta demək olar ki, hər gün yeni müasir silahlar meydana çıxır. Hərbə, təhlükəsizliyə baxış artıq dəyişib. II Qarabağ savaşı, Rusiya-Ukrayna müharibəsi, 12 günlük İran-İsrail savaşı, Pakistan-Hindistan qarşıdurması yeni texnologiyanın nə qədər önəmli olduğunu göstərdi. Zamanında elm və təhsil inkişaf etdikcə düşüncə formalaşmışdı ki, sülh və barışıq artacaq, xalqlar mehriban yaşayacaq, dinc yaşayış təmin olunacaq. Amma indi görünən odur ki, elm və texnologiyanın daha çox tətbiq edildiyi sahə hərbi sahədir. Hər bir ölkə istəyir ki, onun silahlı qüvvələrində modern silahlar olsun. Bu silahlardan da digər ölkələrə qarşı istifadə olunur. Onun üçün də günün çağırışlarına uyğun şəkildə kompleks addımlar atılmalıdır. Heç bir məsələni kənara qoymaq olmaz. Azərbaycan tərəfi günün tələblərinə uyğun şəkildə zəruri addımlar atır”.

Səxavət Məmməd: “Əsəd rejiminin devrilməsi daha çox Ermənistanı narahat  edir” | KONKRET

 Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, hazırda dünyada sürətlə silahlanma gedir: “Demək olar ki, bütün ölkələr baş verən toqquşmalardan nəticələr çıxararaq özləri üçün prioritet sahələr müəyyənləşdirir və ordularını gücləndirir. Azərbaycanın apardığı 44 günlük müharibədən sonra demək olar ki, dünyadakı bütün ölkələr, hətta böyük dövlətlər belə dronların fəaliyyətini ciddi araşdırdı və orduları üçün yeni istiqamət müəyyənləşdirdi. Rusiya-Ukrayna müharibəsində dronların effektivliyi, kiçik və ucuz başa gələn dronlarla ağır zərərlər verməsi dünyada dron sənayesinin inkişafına gətirib çıxardı. Artıq ölkələr nəinki dronlar istehsal edir, ordularında yeni bölmələr yaradır, bununla paralel olaraq antidron sistemləri üzərində işləyirlər. Artıq ölkələr dronlarla yanaşı antidron sistemlərinə də ciddi vəsait xərcləyirlər. Bu sahədə xüsusilə Hindistan və Rusiya böyük pullar xərcləyir. Rusiya-Ukrayna müharibəsinin gedişi zamanı bir çoxları düşünürdü ki, artıq tankların erası bitdi. Ancaq dövlətlər tankları da təkmilləşdirməyə, dronlardan qorunmaq üçün işlər görməyə başlayıblar. Bütün dünya dronlara fokuslandığı bir zamanda İran İsrail toqquşması baş verdi. İran öncə ucuz dronlar göndərir, ardınca taktiki raketlərlə zərbə endirməyə çalışırdı. Bir neçə gün İsrail hava hücumundan müdafiə sistemlərini tükədəndən sonra ballistik və hipersəs raketlərindən istifadə etməyə başladı. Beləcə bütün dünyaya məlum oldu ki, adlı sanlı hava hücumundan müdafiə sistemləri belə yetərsiz qalır. İsrailin hücumu zamanı məlum oldu ki, İranın hava hücumundan müdafiə sistemləri effektiv deyil, hava məkanı boş qalır. Hava döyüşləri üçün İran dərhal Çindən “J-10” qırıcıları aldı. Dövlətlər özləri belə müharibələrdən dərhal sonra zəif yerlərini müəyyənləşdirir və o yöndə addımlar atır. Bir də var ki, müharibələrə qoşulmayan, ancaq öz təhlükəsizliyini təmin etmək üçün müharibələri təhlil edib, öz ölkələrinin zəif yerlərini müəyyənləşdirib və gücləndirmək yönündə addımlar atan ölkələr. Bunlardan biri də Türkiyədir. Yerləşdiyi coğrafiyaya görə Türkiyə potensial müharibəyə girə biləcək ölkələrdəndir. Türkiyə dron sahəsində ciddi uğurlar qazansa da, İran-İsrail toqquşması Türkiyənin də zəif yerlərini ortaya çıxardı. Qardaş ölkə də anladı ki, hava hücumundan müdafiə sistemlərinə, ballistik və hipersəs raketlərinə ehtiyacı var. Müharibələr təkcə ordudakı boşluqları ortaya çıxarmır. Həm də müharibə zamanı davranışları, itkilərin sayının az olması üçün atılmalı olan addımları da müəyyənləşdirir. Azərbaycan iki ağır müharibə keçsə də, 30 ilə yaxın müharibə şəraitində yaşasa da, Rusiya-Ukrayna, İran-İsrail toqquşmaları bəzi boşuqları ortaya çıxardı. Düzdür, Azərbaycan ordunun güclənməsi üçün müxtəlif addımlar atır. Bunun üçün döyüş təyyarələri, raketlər, dronlar, haubitsalar alır. Ancaq qonşularımız olan İran və Rusiyanın apardığı müharibələr onu deməyə əsas verir ki, ciddi şəkildə sığınacaqlara ehtiyac var. Köhnə sığınacaqlar bərpa edilməli, yeniləri tikilməlidir. Bundan əlavə, həyəcan siqnallarının qurulmasına ciddi ehtiyac var. Hətta deyərdim ki, bunlar qurulduqdan sonra müəyyən mənada bunun testini də həyata keçirmək lazımdır. Əgər Azərbaycana qarşı hansısa hücum olarsa, insanların necə davranacağı müəyyən deyil. Bəzən panika raketdən daha təhlükəli olur. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi və İran-İsrail toqquşması ciddi şəkildə təhlil edilməli, hətta informasiya müharibəsinin necə aparıldığı da öyrənilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İrandan gecikmiş Zəngəzur təklifi – Bakı o modelə çoxdan razılıq verib

Next

Uşağın cinsiyyəti barədə qədim İNANCLAR – həkimə getmədən özünüz tapacaqsınız

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv