Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiyadakı bir sorğunun ilginc nəticəsi – Azərbaycanla düşmənçiliyə davam?

By Vüsal Rafiqoğlu
07.08.2025 3 Min Read

Üzeyir Şəfiyev: “Putin “Avropanın xəstə adamıdır” və Rusiyanı faşizm bataqlığına sürükləyir”

Bu ayın əvvəlində Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya əsasən, ölkə prezidenti Vladimir Putinə sakinlərin 78,4%-i etimad göstərir. Onun fəaliyyəti respondentlərin 74,7%-i tərəfindən bəyənilib ki, bu da əvvəlki həftənin göstəriciləri ilə müqayisədə 0,3% artım deməkdir. Keçən ay isə Rusiya liderinə etimad səviyyəsi 77,6% olmuşdu. Yəni yalnız artım müşahidə olunur. 

Putinə 78%-lik rəğbəti, yaxud heyranlığı necə qiymətləndirək? Rus xalqı Ukraynaya qarşı təcavüzkar müharibənin davamını istəyirmi? Qonşu suveren ölkələrə qarşı Kremlin şantaj və hədə siyasətinin bitməməsini arzu edirmi? “SSRİ-2″ planını gizlətməyən, “Harada rus var, Rusiyanın sərhədi oradan keçir”, “Bizim bir müttəfiqimiz var, o da ordumuzdur” söyləyən bir şəxsə yüksək ictimai dəstəyin hədəfi nədir?

Bu, əslində həm də Azərbaycanla düşmənçiliyə davam deməkdir? Bəs avtoritar ölkədə belə sorğular nə dərəcədə səhih sayıla bilər?

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır" | Modern.az

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, hər şeydən əvvəl sorğunu keçirən təşkilatın kimə məxsus olması mühüm əhəmiyyət daşıyır: “Yəni bu qurum Rusiyanın təsir dairəsində olan bir sorğu mərkəzidirmi, yoxsa neytral mövqedə dayanır? Əslində Rusiyada neytral və tam müstəqil sorğu təşkilatından danışmaq, demək olar ki, mümkünsüzdür”.

Üzeyir Şəfiyev hesab edir ki, belə mühitdə aparılan sorğuların nəticələrinə inanmaq çətindir: “Əgər sorğu Rusiyada aparılıbsa, onun etibarlılıq dərəcəsi çox aşağıdır. Hazırkı avtoritar, totalitar rejim şəraitində, tənqiddən kənar fəaliyyət göstərən müstəqil sorğu mərkəzlərinin mövcudluğu real deyil. Son illərdə Putinin həm müxalifətə, həm də müstəqil düşüncəyə qarşı “bizimlə olmayan, düşməndir” prizmasından yanaşdığı açıq görünür. Fərqli düşünənlər dövlət səviyyəsində təzyiqə, bəzən də terrora məruz qalır. Bu da cəmiyyətdə böyük qorxu və təşviş yaradır. Belə mühitdə respondentlərin təsirdən kənar, azad rəy bildirməsi qeyri-mümkündür.

Vətəndaş yaxşı bilir ki, Rusiyada Putinin müharibə siyasətinə qarşı çıxmaq hətta ölümlə nəticələnə bilər. Kifayət qədər tanınmış imza sahibləri, sənət adamları var ki, etiraz etdiklərinə görə təzyiqə məruz qalıb, ölkəni tərk etməyə məcbur olublar. Bütün bunları isə Rusiya cəmiyyəti görür. Ona görə də keçirilən həmin sorğunun nəticələrini ciddi şəkildə şübhə altına alıram. İkincisi, əgər bu gün respondentlər “bizim bir müttəfiqimiz var, o da ordumuzdur” deyirlərsə, bu, Rusiyanın beynəlxalq təcrid vəziyyətində olduğunu göstərir. Bu, həm də onu sübut edir ki, Rusiya etibarlı tərəfdaş deyil – nə başqa dövlətlərə qarşı, nə də öz müttəfiqləri üçün. Çünki bir sıra mürəkkəb və gərgin situasiyalarda Moskvanın tərəfdaşlarını yardımsız vəziyyətdə buraxdığı məlumdur. İran və digər dövlətlərə münasibətdə də bunu aydın görmək olar.

Bundan başqa, sorğuda saxtakarlıq ehtimalı da var. Eyni zamanda Putin müharibədən həm daxili sabitliyi qorumaq, həm də hakimiyyətini uzatmaq üçün istifadə edir. İnsanları psixoloji olaraq təsir altına alaraq hamını “böyük Rusiya” ideyasına inandırır. Hətta orta statistik vətəndaş belə bu təbliğata uymuş, “ümumi düşmənə qarşı mübarizə” atmosferinə qoşulmuş vəziyyətdədir. Biz görürük ki, fərqli düşünən insanlar belə Rusiya-Ukrayna müharibəsində eyni soydan olan ukraynalılara qarşı aqressiv, həqarətli ifadələr işlədiblər. Bu, təkcə ukraynalılara deyil, ümumən qeyri-ruslara qarşı da toksik, düşmənçi bir mühitin formalaşdığını göstərir.

Bu, əslində faşizm və nasizmin təzahürüdür. Putin Rusiyada belə bir toksik mühiti yaratmağı bacarıb. Ona görə də bu gün orta statistik rusiyalının bu düşüncədə olması təəccüb doğurmamalıdır. Beləliklə, Rusiya bu gün Avropanın “xəstə adamı”na çevrilib.

Putinin çıxışlarında da görürük ki, o, Rusiyanı 60 illik müharibəyə səsləyir və bu müddətə hazır olmağa çağırır. Bu isə o deməkdir ki, Rusiya Ukrayna bataqlığından salamat çıxarsa, Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri, eləcə də Baltikyanı dövlətlər üçün ciddi təhdidə çevriləcək. Ona görə də ABŞ strateqləri və Avropa siyasətçiləri bunun fərqində olmalı, anlamalıdırlar ki, Rusiya Ukrayna müharibəsindən qələbə ilə çıxsa belə, bu, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün də təhlükədir. Beləliklə, dünya Putinizm, faşizm və nasizmin yeni dalğası ilə üz-üzə qala bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gələcəyin enerji strategiyasında dönüş nöqtəsinə çevrilən bölgələr – Qarabağ və Şərqi Zəngəzur

Next

Bakıda 40 dərəcə isti olub

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv