Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Avropa Parlamentindən Bakıya yeni hücum

By Vüsal Rafiqoğlu
15.08.2025 4 Min Read

Dünyanın Vaşinqton anlaşmasını alqışladığı bir vaxtda, qurumun mövqeyi Rusiya və İranla üst-üstə düşür – sərt reaksiya

Avropa İttifaqının ayrı-ayrı qurumlarının Azərbaycan-Aİ münasibətlərində zaman-zaman yaranan pozitiv fonu pozmaq cəhdləri ardıcıl şəkildə davam edir. Avropa Parlamenti ötən həftə Vaşinqtondakı görüşlə bağlı bəyanatında Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirib. Belə ki, avropalı deputatlar yenidən Azərbaycana qarşı köhnə və əsassız ittihamlar irəli sürüblər. Avropa Parlamentinin fikrincə, Azərbaycan “öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalı” və “erməni əsirləri və köçkün Qarabağ erməniləri ilə bağlı məsələləri həll etməlidir”.

“Yeni Müsavat” yada salır ki, son olaraq bu ilin martında Avropa Parlamenti Bakıda saxlanılan ermənilərlə bağlı növbəti dəfə qərəzli, şər-böhtan dolu qətnamə qəbul etmişdi. Separatçı-quldurların, insanlıq əleyhinə cinayətlər törətmiş ünsürlərin “dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb etmişdi. Sənəd adlanan kağız parçasında hətta müttəhimlərə qadağan edilmiş psixotrop dərmanların yeridilməsi barədə sərsəmləmə yer alıb.

Birincisi, Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. İkincisi, Bakı və İrəvan ikitərəfli formatda sərhədin delimitasiyası və demarkasiyası üzərində işləmək barədə razılığa gəliblər. Bir sözlə, birtərəfli tələblər irəli sürmək, özünü Ermənistan rəhbərliyindən daha böyük erməni kimi qələmə verməyə çalışıblar.

“Erməni əsirləri məsələsinin həlli” tələblərinin absurdluğu daha qabarıq görünür. Yada salaq ki, Azərbaycan hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra “hamı üçün” prinsipi ilə erməni hərbi əsirləri Ermənistana təhvil verib. Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən terrorizm, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ilə ittiham olunan şəxslərin “məhbus” kimi buraxılması ən azı siyasi saxtakarlıqdır. Bu şəxslər, ümumiyyətlə, “məhbus” deyillər və onların “məsələsini” Azərbaycan məhkəməsi həll edəcək.

Nəhayət, “köçkün Qarabağ erməniləri” məsələsini gündəmə gətirmək və onların qaytarılması üçün Azərbaycandan “tədbirlər görməyi” tələb etmək cəhdləri ucuz spekulyasiyanın növbəti nümunəsi olaraq qalır. Bir daha xatırladaq: Azərbaycan lap əvvəldən Qarabağ ermənilərinə vətəndaşlıq, siyasi və mədəni hüquqlar verməyə hazır olduğunu bildirib. Amma bu ermənilər özləri Azərbaycanın suverenliyinin bərqərar olduğu ərazilərdə yaşamaq istəmirdilər və Ermənistana keçməyə üstünlük verirdilər. Sadə dillə desək, heç kim onları “köçürməyib”. Özləri könüllü olaraq “köçüblər”. Bəs indi Avropa Parlamentinin deputatları Azərbaycandan hansı “tədbirləri” tələb edirlər?

Avropa İttifaqından tutmuş, Avropa Parlamentinə qədər Avropa strukturları bu gün Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi prosesindən tamamilə sıxışdırılıb. Birincisi, Avropa Parlamentində həqiqətən yüksək səviyyəli peşəkarlar adlandırıla bilməyən çoxlu deputat var. İkincisi, son vaxtlar səs-küylü qalmaqalların da göstərdiyi kimi, bu struktur ifrat dərəcədə korrupsiyalaşıb. Üçüncüsü, Avropa Parlamentində həmişə kifayət qədər türkofoblar, islamofoblar və statuslarını alver etməyə və səs verməyə hazır olan, sadəcə, lobbiçilər var. Ermənistanla Azərbaycan arasında münaqişə davam edərkən, bu mövzuda korrupsiya pullarını işlətmək və ksenofoblardan tutmuş etnik ermənilərə qədər “hədəf qrupların” səslərini toplamaq mümkün idi.

Amma indi Vaşinqtonda Bakı və İrəvan kifayət qədər uzanan münaqişəyə son qoyurlar. Sülh gündəminin böyük çətinliklə də olsa, irəli getdiyi bir şəraitdə Avropa mandatına malik bu çox təcrid olunmuş insanlar, sadəcə olaraq, öz keçmişlərinin girovuna çevrildilər. Maraqlıdır ki, Avropa Parlamenti rəhbərliyinin bu mövqeyi Rusiya və İranın hakimiyyət orqanlarının sözləri və əhval-ruhiyyəsi ilə üst-üstə düşür.

Bəs AP niyə Vaşinqton razılaşmasına kölgə salır? Avropa İttifaqının Bakı ilə İrəvanın sülh anlaşmasını alqışladığı halda, onun qanunverici orqanı niyə Brüsselin kursuna qarşı gedir, Tehranla Moskvanın “çörəyinə yağ çəkir”?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə 

Bu mövzuda danışan deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa Parlamenti hələ keçmiş münaqişənin olduğu dövrdən Azərbaycana qarşı qərəzli mövqe tutub, böhtan dolu qətnamələr qəbul edib. Parlamentin üzvü sonrakı dönəmdə də AP-nin işğala məruz qalan tərəfə təzyiqlər göstərdiyini, sənədlər qəbul etdiyini xatırlatdı. “Bu sənədlərin nəticəsi olmadı. Sadəcə, Avropa Parlamentinin Azərbaycana düşmən münasibəti təəssüf doğurur. Bu da həmin avropalı deputatların erməni lobbisinin pullarının əsirinə çevrilməsindən irəli gəlir”, – deyə A.Əlizadə vurğuladı.

Deputat qeyd etdi ki, Bakıda mühakimə olunan erməniəsilli hərbi canilərin məhkəməsi açıq və şəffaf keçirilir: “Əslində onların yanında Köçəryan, Sərkisyan və digər cinayətkarlar da olmalı idi. Hazırda məhkəmə proseslərində onların törətdiyi cinayətlər sübutlarla ortaya qoyulur, zərərçəkmişlərin ifadələri dinlənilir. Araik və digər canilərin həbsində hər hansı siyasi element yoxdur. Bu adamlar Azərbaycan ərazilərində qeyri-qanuni rejim yaradıb, silahlanıb, dövlətə qarşı çıxıb, hərbi cinayətlərə yol veriblər. Ona görə də mühakimə olunurlar. Avropalı deputatların ölkələrində də oxşar addımlar atılsaydı, Qərb dövlətlərinin məhkəmələri eyni tribunalı qurardı. Ona görə də Avropa Parlamentinin onları siyasi girov adlandırması absurd çağırışdır və quruma yaraşmayan, onu gözdən salan yanaşmadır. Görünür ki, erməni lobbisinin Avropa Parlamentində təsirləri qalmaqdadır”.

Deputat onu da söylədi ki, Ağ Evdə baş tutan 8 avqust razılaşmasından sonra Avropa Parlamentinin bu ritorikası tamamilə pozuculuq xarakteri daşıyır və regionda sülhə xidmət etmir: “Bu bəyanatlar da tarixin arxivinə gömüləcək. Necə ki, bundan əvvəl qəbul edilən qətnamələrin hüquqi əsası yox idi və təsiri olmadı. Bu gün beynəlxalq ictimaiyyət Bakı və İrəvanın sülh razılaşmasını alqışlayır, Tramp əldə edilən nəticəni özü üçün şərəf bilir, Avropa Birliyinin baş diplomatı Kaya Kallas anlaşmanı dəstəkləyir, amma bir qrup avropalı deputat çirkin addımlar atır.

Onların ittihamları heç bir fakta söykənmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan ərazisinə müdaxilə olunmayıb, sadəcə, Ordumuz strateji yüksəkliklərə nəzarət edir ki, hazırda şərti sərhəddir. 17 bəndlik sülh mətnində də sərhədlərin müəyyən olunması razılaşdırılıb. Paşinyan özü təsdiqlədi ki, elə yerlər var Azərbaycanındır, elə yerlər var Ermənistanın. Bunu da delimitasiya ayırd edəcək, sonra demarkasiya aparılacaq.

Ermənilərin Qarabağa qayıdışına gəlincə, Bakının mövqeyi bəllidir. Ağ Ev görüşündə də Tramp bu haqda danışmadı, Paşinyan da suala münasibət bildirmədi. Ona görə də Avropa Parlamenti əsassız şəkildə məsələni gündəmə gətirir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qızları erkən yaşda nişanlayan valideynlər də cəzalandırılacaq – RƏSMİ

Next

Qeysəriyyə əməliyyatına “son” çağırışı – artan ölümlər

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv