Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

II Qaregin hələ də ABŞ-də veyillənir – MƏKRLİ PLAN

By Vüsal Rafiqoğlu
16.08.2025 4 Min Read

Paşinyan Vaşinqtondan qayıtsa da, revanşist katolikos geri dönməyib; o kimlərlə gizli danışıqlar aparır?

Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gündür kilsə əleyhinə bəyanat verməsə də, bütün ermənilərin katolikosu II Qaregini vəzifəsindən uzaqlaşdırmaq məqsədindən imtina etməyib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Hakimiyyətdəki mənbələrimiz bildirir ki, Paşinyan kilsəyə qarşı fikirlərindən geri çəkilməyib. Sadəcə bəzi suallara cavab tapa bilmir. Məsələ burasındadır ki, katolikosun taxtı könüllü olaraq tərk etməyəcəyi təqdirdə, siyasi hakimiyyətin hansı addımı atacağı məlum deyil.

Əslində, Paşinyan başa düşür ki, yeganə yol katolikosu psixoloji cəhətdən yoraraq, istefaya məcbur etməkdir. Yeri gəlmişkən, II Qaregin artıq bir neçə gündür ABŞ-dədir, səfərin məqsədi rəsmi olaraq açıqlanmır və onun nə üçün okeanın o tayına getməsi ilə bağlı təfərrüat yoxdur. Bəzi mənbələr onun səhhətindəki problemlərə görə müalicəyə getdiyini bildirir”, – erməni nəşri yazıb.

Xatırladaq ki, II Qaregin avqustun 7-dən ABŞ-də səfərdədir. Katolikos Amerikaya Nikol Paşinyanla eyni gündə gedib. Ermənistan baş nazirinin Vaşinqtona səfəri avqustun 9-da başa çatıb. Paşinyan qayıtsa da, katolikos geri dönməyib. Onun erməni lobbisi ilə konfidensial danışıqlar apardığı iddiaları da səslənir.

BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Sultan Zahidov 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçisi Sultan Zahidov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda Ermənistanda siyasi establişmentlə kilsə arasında, eyni zamanda, bəzi radikal müxalif qruplaşmalar arasında gərginlik yaşanır. Ekspert vurğuladı ki, bu gərginliyin əsas səbəbi kilsənin və həmin müxalif qüvvələrin Paşinyan hakimiyyətinə qarşı çıxması və insanları açıq-aşkar şəkildə Paşinyan hakimiyyətini devirməyə çağırış etmələridir: “Bununla bağlı kilsənin bəzi nümayəndələrindən açıqlamalar gəlmişdi. Məlumdur ki, Rusiyadan Ermənistana gələn erməni əsilli rusiyalı milyarder ”Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan Paşinyanın devrilməsi üçün açıq-aşkar bəyanatlar səsləndirib. O, məhz bu səbəbdən həbs edildi. Yeri gəlmişkən, onun həbs müddəti 2 ay da uzadılıb. Qeyd etmək lazımdır ki, Karapetyan həmçinin, Ermənistanın elektrik təchizatını həyata keçirən əsas qurum-“Ermənistan Elektrik Şəbəkələri”nin rəhbəridir. Onun həbsindən sonra Ermənistan parlamentinin qərarı ilə sözügedən şəbəkə milliləşdirildi. Bu, açıq-aşkar Ermənistanda ruspərəst qüvvələrlə hakimiyyət arasında konfrontasiyanın davam etdiyini göstərir. Bu konfrontasiyanın bir tərəfi də kilsəyə çıxır”.

Mütəxəssis xatırlatdı ki, Paşinyan bir neçə ay öncə kilsənin iki nüfuzlu rahibini – Baqrat Qalstanyan və Acapaxyanı həbs etdirib: “Onlar Paşinyana qarşı kampaniyanın başında dayanmışdılar. Aydın məsələdir ki, Paşinyanın əsas hədəfi II Qaregindir. II Qaregin hakimiyyətə 1999-cu ildə gəlib, parlamentdə gülləbaran baş verən ərəfədə kilsənin başına keçib. Bəzi mənbələrin məlumatına görə, həmin hadisənin arxasında da Rusiya xüsusi xidmət orqanları dayanırdı. Daha sonra Köçəryanın və Qareginin Ermənistanda dünyəvi və dini institutlar üzərində hakimiyyəti ələ keçirməsi ilə Ermənistan tam şəkildə Rusiyanın nəzarətinə keçdi. Bu baxımdan, II Qareginin Rusiyaya yaxın olması şübhə doğurmur. Onun qardaşı Nersisyan da erməni dini icmasının rəhbəridir, Rusiyada böyük biznesi var. Burdan yola çıxaraq Qareginin də Rusiyada biznesi olduğunu qeyd etmək olar. Rusiyanın həm kilsə, həm müxalifət, həm də diaspora vasitəsilə Paşinyanı zəiflətməyə çalışması istisna olunmamalıdır”.

S.Zahidovun fikrincə, II Qareginin ABŞ-yə səfərinin əsas məqsədi Ağ Evin Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı mövqeyini dəyişməyə çalışmaqdır:

“II Qaregin artıq bir həftədir ABŞ-dədir. Rəsmi mənbələrə görə o, diaspora və Şərqi Amerika yeparxiyasının nümayəndələri ilə görüşlər keçirir. Lakin ehtimal olunur ki, o konqresmenlər və senatorlarla da görüşəcək. Avqustun 8-də Vaşinqtonda tarixi görüş keçirildi, Azərbaycan və Ermənistan arasında sülhə dair birgə bəyannamə imzalandı. Aydın məsələdir ki, bunu həzm edə bilməyən qüvvələr var. İstər Rusiya, istərsə də İrandan gələn açıqlamalar bunu göstərir. Bu qüvvələr öz məqsədlərinə nail olmaq üçün üçüncü tərəflərdən istifadə edəcəklər ki, bunlardan biri II Qaregin və erməni kilsəsidir. Buna görə də düşünürəm ki, II Qareginin ABŞ-yə səfərinin əsas məqsədi ABŞ rəsmilərinin sülh bəyannaməsi və Vaşinqton görüşü ilə bağlı düşüncələrini dəyişməkdir. Lakin II Qareginin zəfər qazanacağını düşünmürəm. ABŞ-nin Zəngəzur dəhlizinin açılmasında öz geosiyasi maraqları var. ABŞ regionda geosiyasi və geoiqtisadi rıçaqlarını artırmağa çalısı, eyni zamanda Rusiya və İranı ”bypass” edəcək layihələrin reallaşmasına cəhd göstərir. Yəni ABŞ-nin həm geosiyasi, həm də iqtisadi dividentləri var. Kilsənin başında kimin olacağından asılı olmayaraq,  Ağ Evin məsələ ilə bağlı siyasətində hər hansı dəyişiklik olacağı real deyil”.

O ki qaldı Paşinyanın uzaqlaşdırılmasına, ekspertin fikrincə, məhz II Qareginin buna nail olması müşkül məsələdir: “Ermənistanda kilsənin nüfuzu böyükdür. Ermənistanda radikal dinəmeylli şəxslər çoxdur. Paşinyan elə bir strategiya seçib ki, bəyanatları və siyasi açıqlamaları ilə kilsənin və xüsusilə II Qareginin nüfuzunu xalqın gözündə aşağı salmağa çalışır. II Qaregin də öz növbəsində Paşinyan hakimiyyətə gəldiyi gündən onu tənqid edir, onu Ermənistanı satmaqda ittiham edir. Görünən odur ki, qarşılıqlı ittihamlar səslənməkdə davam edəcək. Kilsənin Paşinyanı devirə biləcəyinə inanmıram. Həm kilsənin, həm radikal müxalifətin, həm diasporanın, həm də Rusiyaya bağlı qüvvələrin birgə fəaliyyəti mövcuddur. Hələ ki, söhbət çevrilişdən getmir. Hesab edirəm ki, hazırda məqsəd Paşinyanın 2026-cı il seçkilərində qalib gəlməməsidir. Rəy sorğularına əsasən Paşinyanın partiyası üstün mövqedə deyil. Sözsüz ki, 1 il zaman var, vəziyyət dəyişə bilər. Amma görünən odur ki, kilsəyə qarşı sərt bəyanatlar Paşinyanın nüfuzuna müsbət təsir göstərmir”.

Qeyd edək ki, əsl adı Ktriç Nersisyan olan II Qaregin bütün ermənilərin 132-ci katolikosudur. O, 27 oktyabr 1999-cu ildən Erməni Apostol Kilsəsinə rəhbərlik edir.

Ktriç Nersisyan 21 avqust 1951-ci ildə Ermənistanın Eçmiədzin rayonunun Voskehat kəndində anadan olub. 1965-ci ildə Eçmiədzin İlahiyyat Seminariyasına daxil olub, 1971-ci ildə oranı bitirib, daha sonra həmin seminariyada müəllim işləyib. 1970-ci ildə diakon (kahinliyin ilk, ən aşağı səviyyəsində kilsədə xidmət edən şəxs), 1972-ci ildə isə keşiş təyin edilib. Daha sonra katolikos I Vazgenin əmri ilə teoloji təhsilini davam etdirmək üçün Avstriyanın paytaxtı Vyanaya göndərilib.

Ktriç Nersisyan dini təhsilini 1975-ci ildə Almaniyanın Bonn Universitetində davam etdirib.

1979-cu ildə Eçmiədzinə qayıdıb, daha sonra Zaqorsk şəhərinə gedib və orada Rus Pravoslav Kilsəsinin Moskva İlahiyyat Akademiyasında aspirantura təhsili alıb.

Ktriç Nersisyan 1980-ci ilin martından 1999-cu il iyulun 4-nə kimi bütün ermənilərin katolikosu I Vazgenin baş vikarı (dini vəzifə) olub və arxiyepiskop rütbəsinə yüksəlib. 27 oktyabr 1999-cu ildə katolikos I Qareginin ölümündən sonra Erməni Apostol Kilsəsinin Milli Kilsə Şurası (ali idarəetmə orqanı) arxiyepiskop Qaregin Nersisyanı bütün ermənilərin 132-ci patriarxı və katolikosu seçib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

Next

Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv