Hadisə 

Ağdərədəki yanğın zamanı mina partlayıb, xəsarət alan var

Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, partlayış zamanı yanğınsöndürənlərdən biri Babək Zeynalov yaralanıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

Daha çox xəbərlər