Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Fransa ciddi təlatümlərlə qarşı-qarşıya

By Vüsal Rafiqoğlu
30.08.2025 3 Min Read

Sosial şəbəkələrdə yayılan “ölkəni bloklamaq” çağırışları 2018-ci ildə başlanan ilk “sarı jilet” hərəkatını xatırladır və artıq bir çox tanınmış simalar yenidən səhnəyə qayıdır

Fransada baş nazir Fransua Bayrun 44 milyard avro məbləğində qənaəti nəzərdə tutan 2026-cı il büdcə layihəsini elan etdikdən sonra sosial şəbəkələrdə “10 sentyabr səfərbərliyi” adlı yeni etiraz hərəkatı başlayıb. Onun əsas şüarlarından biri “hər şeyi 10 sentyabrda bloklayacağıq”dır. Qeyd edilir ki, “bu tətil deyil, xalqın dinc üsyanıdır”. Şəhərlər üzrə fəaliyyətləri tənzimləmək üçün Telegram qrupları yaradılıb. Yayılan mesajlar onu göstərir ki, hərəkatın məqsədi sentyabrın 10-dan etibarən Fransada bütün fəaliyyəti tam və müddətsiz dayandırmaq, ölkəni bir növ iflic vəziyyətinə salmaqdır. Sosial şəbəkələrdə fəaliyyət göstərən qruplar müxtəlif cür aksiyalara, o cümlədən mitinqlərə, tətillərə, eləcə də məktəbi, işləməyi, kart ödənişlərini, istehlakı dayandırmağa, bank hesablarından pulları çıxarmağa çağırırlar. Bu təşəbbüsə solçu qruplar, eləcə də sağçı və ifrat sağçılar qoşulub. İyulun 19-dan “Mobilisation10septembre.blog” adlı veb-sayt istifadəyə verilib və bu sayt müxtəlif etiraz aksiyalarının əlaqələndirilməsi üçün mərkəzə çevrilib. Bütün bunlar 2018–2019-cu illərdəki “Sarı jiletlilər” hərəkatının yenidən canlanacağına dair ehtimalları artırır. Təsadüfi deyil ki, təşkilatçılar bunu “Sarı jiletlilər – Akt 2” adlandırır. Etirazların əsas təşkilatçılarından biri, “Enedis” təşkilatının 37 yaşlı əməkdaşı bu hərəkatın sıravi işçilərin hüquqlarının tapdalanmasına etiraz olduğunu bildirərək qeyd edib: “Bayrunun planı, hər zamankı kimi, sadə işçiləri cəzalandırır. Bunun hesabını həmişə sadə insanlar ödəyir. Artıq bu qədər bəsdir!”.

Təşkilatçıların etirazların başlanması üçün sentyabrın 10-nu seçməsi isə təsadüfi deyil. Bu, məktəblərin açıldığı, işlərin və siyasətin yenidən canlandığı dövrü əhatə edir. Hazırda böyük həmkarlar ittifaqları bu çağırışa ehtiyatlı yanaşır, lakin ölkə miqyasında narazılığın ciddiliyini etiraf edirlər. CGT konfederasiyasının katibi Tomas Vaşeron bildirib: “Hökumət insanlardan istirahət günlərini alır. Bu, haqlı bir qəzəbdir və biz bunu aydın şəkildə hiss edirik”. Ümumiyyətlə, Fransada sosial gərginlik yenidən artır. Əgər 10 sentyabr etirazları geniş miqyas alarsa, bu, “Sarı jiletlilər” hərəkatının ikinci dalğası ola bilər. Belə bir vaxtda maraqlı məqamlardan biri də Fransa prezidenti Emmanuel Makron və daxili işlər naziri Bruno Retayo arasında gərginliyin artmasıdır. “Le Parisien” nəşri mənbələrə istinadən yazır ki, hökumətin son iclasında Makron açıq şəkildə Retayoya ölkənin cənubundakı kriminal vəziyyətlə bağlı sərt suallar verib. Buna səbəb isə nazirin “Valeurs Actuelles” nəşri üçün yazdığı məqalədə “Makronizmin Makronla bitəcəyini” bildirməsi və prezidenti siyasi ikiüzlükdə ittiham edən tənqidi açıqlamaları olub. Məqalədə Retayo prezidentin siyasi kursunu tənqid edərək bildirib ki, sağ və sol gündəmi birləşdirmək cəhdi ancaq hakimiyyətin iflic olmasına gətirib çıxarır.

Müxalifət dəstək verməyəcəyini açıq şəkildə ifadə etdiyi kimi, ictimai rəy də Bayrunun tərəfində deyil. ELABE-nin son sorğusuna görə, fransızların 72 faizi, yəni, dörddə üçə qədəri, hökumətin Milli Assambleyada etimad qazanmasını istəmir. Yalnız 27 faiz respondent deputatların Bayruya dəstək verməsini arzulayır. Bu rəqəmlər hökumətin siyasi və iqtisadi vəziyyətin təcili olduğunu vurğulamasına baxmayaraq, cəmiyyətin dərin narazılığını göstərir. Fransızlar hökumətin süqutundan çəkinmirlər. Sorğuda iştirak edənlərin 51 faizi vəziyyətin artıq çox ciddi olduğunu və daha da pisləşə biləcəyini düşünür. 22 faizi isə hökumətin devrilməsinin problemli olmayacağını bildirir. Fransua Bayrunun istefası halında isə bir çox ssenari mümkündür: yeni Baş nazirin təyin edilməsi (81 faiz), Milli Assambleyanın buraxılması və yeni parlament seçkiləri (69 faiz) və ya hətta Emmanuel Makronun istefası (67 faiz). Dövlət başçısı bir neçə dəfə yeni buraxılma qərarından yayınmaq istədiyini desə də, ədliyyə naziri Jerald Darmanən bu ehtimalı kənara atmamaq lazım olduğunu bildirib. Sosialistlər və ekoloqlar isə Bayru hökumətinin yerinə keçməyə hazır olduqlarını bəyan ediblər. Jan-Lük Melanşon isə daha da irəli gedərək deyib ki, Emmanuel Makron istefa verməlidir. Melanşon bildirir ki, Mişel Barnye və Fransua Bayrudan sonra Makronun üçüncü dəfə eyni siyasəti davam etdirəcək baş nazir təyin etməsinə imkan vermək olmaz. O, həmçinin Prezidentə qarşı yeni bir impiçment təklifi ilə Milli Assambleyaya müraciət edəcəyini açıqlayıb. Solçu partiyalar artıq bütün ssenarilərə hazırlaşırlar. Manuel Bompar isə X platformasında seçici siyahılarına yazılmağa çağırış edib.

Sentyabrın 10-da nə baş verəcəyini demək hələ tezdir. Amma indidən bəllidir ki, Fransada sosial narazılıq təkrar alovlanır. Sarı jiletlilər artıq adla yox, amma ruh və simvol olaraq yenidən gündəmdədir. “Biz, sarı jiletlilər kimi xalqın gündəlik həyatındakı ədalətsizliyə qarşı ayağa qalxırıq. Bu, yeni bir mərhələnin başlanğıcı ola bilər”, – deyə “Indignons-nous!” teleqram qrupu yazıb.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağdama qatarla səfərlərə start verilib

Next

Cənubi Qafqaz regionu, daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv