Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dünyanı “yarımcan” edəcək PANDEMİYA gəlir: Gizli güclərin yeni PLANI

By Vüsal Rafiqoğlu
08.09.2025 2 Min Read

Həkim: “…bu cəhdlər dünyanı böyük fəlakətə sürükləyə bilər” 

Xəbər verdiyimiz kimi, türkiyəli professor Oytun Erbaş ötən gün verdiyi açıqlaması ilə müzakirələrə səbəb olub.

Belə ki, o, xəbərdarlıq edib ki, dünyanı 2-5 il ərzində qorxunc pandemiya gözləyir.

Onun sözlərinə görə, pandemiya nəticəsində dəhşətli ölüm halları baş verəcək: “Dünyanı pis günlər gözləyir. Hər iki nəfərdən biri həyatda qalmayacaq. Çox böyük ölüm faizi müşahidə ediləcək” – Erbaş əlavə edib.

Bundan əvvəl də tanınmış şəxslərin bənzər açıqlamalarının şahidi olmuşduq. Dünya milyarderi Bill Qeyts qorxunc bir pandemiyanın olacağını proqnozlaşdırmışdı.

Bundan sonra isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da təhlükəli bir virusun olacağını və dünya səhiyyəsinin arxayın olmaması üçün xəbərdarlıq etmişdi.

Növbəti pandemiyanın qrip infeksiyasından olacağını deyən həkimlər də var. Bəzi mütəxəssislər isə qeyd edir ki, tez bir zamanda pandemiyanın baş verməsi mümkün deyil. Çünki tarixən pandemiyalar arasında xeyli müddət fərq olub. Yaxın beş ildə növbəti pandemiyanın olması ilə bağlı proqnozlar virusun süni şəkildə yayılacağı ehtimallarını da artırır.

zulfuqar-yusifov-md-fipp-cips-ttt-invaziv-agri-mutexessisi-fleboloq

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a mövzu ilə bağlı belə şərh verib:

“Son vaxtlar bu kimi açıqlamalara tez-tez rast gəlirik. Bu ehtimallar müəyyən əsaslara söykənir. Qloballaşan dünyada mübarizə artıq tamam fərqli bir müstəviyə keçib. Hətta böyük güclər arasında baş verən mübarizələrdə də müxtəlif üsullardan istifadə edilir.  Məsələn, bu gün nüvə silahına malik ölkələrin bir-birinə qalib gəlməsi çətinləşib. Bəzi hallarda isə müharibənin dolayı yollarla davam etdiyini müşahidə edirik. Bu dolayı müharibələrdən biri də bioloji müharibələr ola bilər. Belə müharibələrə cəhdlər mümkündür və bu cəhdlər dünya miqyasında böyük fəsadlara səbəb ola bilər. Hazırkı dövrdə insanların hərəkətliliyi son dərəcə artıb. Belə bir vəziyyətdə yeni pandemiyanın başlanması halında onun yayılma arealı və təsirləri olduqca geniş və ağır ola bilər”.

Həkim qeyd edir ki, bu ehtimalların ortaya çıxmasının digər səbəblərindən biri də böyük iqtisadi maraqlardır: “Bu maraqlar da müəyyən qüvvələri belə prosesləri təhrik etməyə sövq edə bilər. Ümumiyyətlə, bəzi alimlərin qeyd etdiyi kimi, rəqəmsallaşmaya keçidin sistemləşməsi üçün də bu cür cəhdlərə yol verən güclər ola bilər. COVID dövründə bunun şahidi olduq – insanlar evdə oturarkən daha çox onlayn fəaliyyətə başladılar. Bu isə dünyada ümumi nəzarətin həyata keçirilməsi üçün əlavə imkanlar yaratdı. Çünki qlobal nəzarətin təmin olunması yalnız tam rəqəmsallaşmış, mərkəzdən idarə olunan sistemlər vasitəsilə mümkündür. Belə bir pandemiya, insanları evdə qalmağa məcbur etməklə, rəqəmsallaşmaya sürətli keçidi təmin edə və bütün sistemlərin mərkəzləşdirilməsinə zəmin yarada bilər.

İqtisadi maraqlar deyərkən, burada böyük gəlir əldə edən güclər nəzərdə tutulur. Söhbət onlarla milyard dollardan gedir. Pandemiya dövründə tətbiq olunan dərman preparatları və tibbi sənaye bu prosesə cəlb olundu. Əlbəttə, peyvənd biznesini də yaddan çıxarmaq olmaz. Milyardlarla insanın peyvənd olunması – bu prosesin hansı rəqəmlərlə ifadə olunduğunu təsəvvür etmək çətin deyil. Bütün bunlar pandemiya həvəskarlarını belə destruktiv addımlar atmağa sövq edə bilər. Lakin mən düşünürəm ki, bütün bunlar yalnız ehtimallardır. Bu cür niyyətlər dünyanın sonunu gətirə biləcək təhlükəli addımlar olsa da, dünyanı qoruyacaq güclər də mövcuddur. Ayrı-ayrı ölkələrin səhiyyə sistemləri, vicdanlı insanlar və COVİD-dən əldə etdiyimiz təcrübə var. Ancaq destruktiv meyllər hər zaman mövcud olacaq”.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İpotekaya yararlı evlərin qiyməti bahalaşıb – SƏBƏB

Next

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilibFOTO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv