Komitə sədrindən qəbristanlıqlarla bağlı təklif
Milli Məclisin plenar iclasında parlamentin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında məsələ müzakirə olunub.
Musavat.com-un məlumatına görə, Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov çıxışı zamanı deyib ki, Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var: “Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır”. Komitə sədri qeyd edib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.
Qəbristanlıqlarla bağlı digər bir sıra deputatlar da iclasda fikir və təkliflərini səsləndiriblər.