Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan üçün SU-25 qaçırmışdı – Bu gün Milli Qəhrəman adı verildi

By Vüsal Rafiqoğlu
07.11.2025 2 Min Read

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Vaqif Qurbanov kimdir?

Milli Qəhrəmanın dosyesini təqdim edirik:

Vaqif Bəxtiyar oğlu Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir.

1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və “Su-25” təyyarələri ilə komplektləşdirilmiş Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmət edib. Bunun ardınca o, Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət keçib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib.

Vaqif Qurbanov 80-ci dislokasiya olunmuş aviapolkun yerləşdiyi MDB Hərbi Hava Qüvvələrinə məxsus Sitalçay hərbi aerodromundan Su-25 təyyarəsini qaçırması ilə yadda qalıb. Hadisə 8 aprel 1992-ci ildə baş verib. Təyyarəçi baş leytenant V.Qurbanov Su-25 təyyarəsini qaçıraraq Azərbaycan Hərbi Hava Qüvvələrinə gətirib.

Hadisədən dərhal sonra Su-25 təyyarəsi axtarılıb. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, istəyinə nail olmayıb.

Vaqif Qurbanov ilk döyüş tapşırığına Su-25 təyayrəsinin gizlədildiyi Şəkidən qalxıb: 8 may 1992-ci il tarixindən Şuşa üzərində hərbi uçuşlara başlayır. Qurbanov çox aşağı məsafədən uçduğundan təyyarədən atılan mərminin qəlpəsi təyyarənin mühərrikini zədələyib.
Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində Qarabağdakı erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürülüb, 120 nəfər yaralanıb.

9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan Yak-40 erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş edib.

12 iyunda Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Goranboy istiqamətində düşmənin müdafiə xəttini yarıb və nəticədə 20-dək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilib.

Qurbanov həmçinin Xocavənd və Əsgəran istiqamətində döyüşlərdə iştirak edib. Nəticədə düşmən tərəf ağır itkilər verib.

13 iyun 1992-ci ildə Vaqif Qurbanov Goranboy–Ağdərə istiqamətində üç döyüş uçuşu keçirib. Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Əsgəran yaxınlığında “Şilka” deyilən qurğu ilə vurulub. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilib, lakin düşmən onu yerdən atəşlə vurub. Onun paraşütü düşmənin nəzarət etdiyi əraziyə düşüb.

Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılanıb. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirib.

Vaqif Qurbanovun yaralı halda ermənilərin əlinəkeçdiyi barədə müxtəlif xəbərlər yayılıb. Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsi Vaqif Qurbanovla bağlı araşdırma aparılıb. Amma araşdırmalar nəticə verməyib.

1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə V.Qurbanov ölmüş elan edilib.

V.Qurbanov 20 aprel 1991-ci ildə Nəzakət adlı xanımla ailə həyatı qurmuşdu. Onun Sevinc adlı bir qızı yadigar qalıb. Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. O, Bakı Dövlət Universitetini bitirib.

2014-cü ildə Vaqif Qurbanovun döyüş yolundan bəhs edən “Mən evə qayıdıram” filmi çəkilib.

7 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra Vaqif Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib./Modern.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Cənubi Qafqazda sülh gündəliyi: Gürcüstandan Azərbaycan-Ermənistan dialoquna REAKSİYA

Next

Təranə Səmədova azadığa çıxır?

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv