Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ağsuda torpaq saxtakarlığı

By Vüsal Rafiqoğlu
29.11.2025 3 Min Read

Rayonun Bozavand kəndində əkin sahələrinin xəritəsi qanunsuz şəkildə dəyişdirilib; camaat istintaq komissiyası tələb edir

Ağsu rayonunun Bozavand kəndində aylardır davam edən torpaq qalmaqalı yeni mərhələyə daxil olub. Kənd sakinləri 30 ilə yaxındır əkib-becərdikləri hektarlarla pay torpağının saxta xəritə tərtib edilərək əllərindən alınmasından narazıdırlar.

Sakinlərin haqlı etirazlarından sonra ortaya “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş bir cavab çıxıb. Kəndin 30 şikayətçisi var. Kənd sakinləri Mütəllimov Dilqəm, Mütəllimov Seyran, Hüseynov Bəhlul, Əliyev Sakit, Əliyev Eyyub, Əliyeva Nailə, Mütəllimova Pərvanə, Əliyeva Elnarə, Zeynalov Daşqın, Hüseynov Əfqan, Hüseynov Rövşən və digərləri “Yeni Müsavat”a müraciət edərək bildiriblər ki, həmin cavab saxta xəritə vasitəsilə onlara məxsus torpaqları ələ keçirmək istəyən şəxslərin maraqları çərçivəsində hazırlanıb.

“Qanuni pay torpaqlarımızı əlimizdən almaq istəyirlər”

Bu sözləri deyən Bozavand kənd sakinləri Sakit Əliyev, Seyran Mütəllimov və digərləri iddia edirlər ki, 1998-ci il dövlət aktı ilə verilmiş pay torpaqları son illərdə müxtəlif yollarla başqaları tərəfindən mənimsənilir.

Şikayətçilərin sözlərinə görə, mənimsəmələrə qanuni don geydirmək üçün pay torpaqlarının koordinatları və sərhədləri dəyişdirilir, torpaq bölgüsü ilə bağlı saxta xəritə hazırlanır, bəzi yerli şəxslər “rüşvətlə və rusumla” həmin torpaqları öz adlarına keçirməyə çalışırlar. Sakinlər öz sahələrinə daxil olmaq istədikdə traktorlarla qovulur, onlara torpağa girmək qadağan edilir.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı həm Ağsu Rayon Kadastr və Yerquruluşu İdarəsinə, həm də “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.

Şikayətçilər ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Prezidentin köməkçisi Fuad Ələsgərova, baş prokuror Kamran Əliyevə ünvanladıqları məktublarda açıq şəkildə yazırlar:

“Əgər 28 ildə biz bu torpağı becərmişiksə, necə ola bilər ki, indi xəritə uyğunsuzluğu kimi bir bəhanə ilə bizi əkin sahələrimizdən qovurlar? Bozavand kəndinin əksər evlərini torpaqsız qoymaqla kəndimizi məhv edirlər!

Biz kəndlilər torpağı əkməsək, nə ilə dolanaq?

Bu adamlar xəritə saxtakarlığı ilə möhtərəm cənab Prezidentin kənd təsərrüfatı ilə bağlı islahatlarını sabotaj edirlər. Bizi ac qoyurlar.

Ən pisi budur ki, bu cür saxtakarlığı ölkə başçısının xalqın rifahını yaxşılaşdırmaq üçün verdiyi 07.10.2021 və 07.03.2016-cı il tarixli fərmanlarla ört-basdır etməyə çalışırlar. Məgər cənab Prezident bu adamlara səlahiyyət verib ki, bütöv bir kəndin torpağını əli qabarlı kəndlilərdən alıb harınlamış bir məmura versinlər?”

Sakinlər Prezidentdən xahiş edirlər ki, Ağsunun Bozavand kəndində baş verən xəritə saxtakarlığına və bu yolla torpaqlarının əllərindən alınmasına son qoyulması üçün göstəriş verilsin:

“Bizə şikayət etdiyimiz qurumlardan təmtəraqlı cümlələrlə dolu məktublar yazırlar. Guya Bozavand kəndində də işçi qrup yaradılıb və torpaqların hüquqi-texniki göstəricilərində uyğunsuzluqların aradan qaldırılması məqsədilə ölçmə-düzləndirmə işləri aparırlar. Faktiki isə bu yolla bizim torpaqlarımızı zəbt edirlər.

Xəritə dəqiqləşdirilməsi gedirsə, bu proses niyə bizim iştirakımız olmadan və şəffaf aparılmır? Bozavand kənd sakinləri Xalıqov Fərhad Camalxan oğlu, Xalıqov Xalıq Camalxan oğlu, Xalıqov Xəyal Cilovxan oğlu və onların havadarları rüşvət sayəsində Əliyev Ağakişi Təvəkkül oğlunun əli ilə xəritəni dəyişiblər, saxtakarlığa yol veriblər. Əliyev Ağakişi Dövlət Əmlak Xidmətində şöbə müdiri işləyir. Sakinlər dəfələrlə polisə və yerli icra hakimiyyətinə, həmçinin Şamaxı rayon əmlak xidmətinə şikayət ediblər. Şikayətə gəlib baxılsa da, heç bir irəliləyiş yoxdur.  Danışanda da deyirlər ki, torpaq xəritələrinin dəqiqləşdirilməsi gedir, heç kəsin torpağı özbaşına heç kimə verilmir. Bəs bizim torpağımıza girişimiz niyə məhdudlaşdırılıb? Niyə traktorla bizi torpaqdan qovurlar? Niyə 30 ildir əkib-becərdiyimiz torpaqları əkinə hazırlamağa imkan vermirlər? hektarlarla sahə faktiki olaraq kənddən 6-7 kilometr aralıdadır, amma saxtalaşdırdıqları xəritədə həmin torpaq sahələri başqa ərazilərdə göstərilir”.

Sakinlər xüsusi vurğulayırlar ki, son aylarda torpaq sahələrinə yaxınlaşdıqları zaman əkin aparan traktorlar tərəfindən qovulublar: “Traktorların sürücüləri özbaşına belə addım ata bilməzlər. Onlara göstəriş verənlər var. Biz öz sahəmizdə ağac əkən, torpaq becərən kimi traktorları üstümüzə sürürlər, ”bura sizin deyil” deyərək bizi qovurlar”.

Sakinlərin sözlərinə görə, məsələ ailələr arasında da qarşıdurmaya səbəb olur. Müraciətin sonunda sakinlər yazırlar:

“Möhtərəm cənab Prezident!

30 ildən çox işğal altında qalmış torpaqların azad olunması uğrunda dövlətin apardığı mübarizəni dəstəkləmişik, lakin indi öz kəndimizdə torpaq alverçilərinin girovuna çevrilmişik. Yerli qurumlar bizi eşitmək belə istəmirlər. Xahiş edirik ki, Bozavanda DTX, Baş Prokurorluq və mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşlarından ibarət istintaq komissiyası göndərilsin, qanuni şikayətimiz ciddi şəkildə araşdırılsın, haqsızlığa son qoyulsun. Əhali Xalıqov Fərhadın əlindən təngə gəlib. O, bələdiyyə torpaqlarını mənimsəyib, yenə də bu saxtakarlıqdan əl çəkmir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəngəzur Dəhliz neçə ilə açılacaq – Daha bir tarix

Next

Bu rayonlar LƏĞV EDİLƏ BİLƏR – Hökumətə ÇAĞIRIŞ

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv