Yeni il və Həmrəylik gününüz mübarək!
Əziz həmvətənlər!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını Vətən sevgisi, milli birlik və həmrəylik ruhu birləşdirir.
Qoy bu əlamətdar günlər qəlblərimizə ümid, evlərimizə sevinc, ölkəmizə isə davamlı sülh və inkişaf gətirsin. Yeni il hər ailəyə firavanlıq, sağlamlıq, uğur və xoş xəbərlər bəxş etsin.
Birliyimiz daim möhkəm, dövlətimiz qüdrətli, bayrağımız uca olsun!
Hörmətlə,
Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
Vüsal Bayramov

