Azərbaycanda yumurtanın qiyməti ucuzlaşdı – 1 qəpiyə satılır

Azərbaycanda yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Bir sıra iri market şəbəkələri alıcıları cəlb etmək məqsədilə yumurtanı rekord dərəcədə aşağı qiymətə satışa çıxarıb.

Musavat.com xəbər verir ki, marketlər tərəfindən yayılan elanlarda yumurtanın qiymətinin 17-19 qəpikdən 1-3 qəpiyə qədər endirildiyi bildirilib.

Məlumata görə, iyunun 21-dək davam edəcək kampaniya çərçivəsində Hacıqabul istehsalı olan iri ağ yumurta 1 qəpiyə, kənd yumurtası isə cəmi 3 qəpiyə təklif olunur.

Bununla yanaşı, bəzi marketlərdə digər ərzaq məhsullarının da qiymətində endirimlər tətbiq edilib. Xüsusilə kartofun satış qiymətinin 49 qəpiyə qədər ucuzlaşdığı qeyd olunur.

Qeyd edək ki, sözügedən kampaniya sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İstehlakçılar yumurtanın simvolik qiymətə satışını müxtəlif səbəblərləəlaqələndiriblər.

 

yumurta.jpg (70 KB)