Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsinin yaradılması istiqamətində hazırlıq işləri aparılır.
Ölkə.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yaradılacaq peşə təhsili müəssisəsində ilkin mərhələdə 5 ixtisas üzrə tədris təşkil olunacaq.
İlqar Bayramlı bildirib ki, hazırda layihə üzrə hazırlıq işləri davam etdirilir.