Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda çörək ucuzlaşacaq? – Diqqətçəkən proqnoz

By Vüsal Rafiqoğlu
23.07.2026 2 Min Read

Azərbaycanda taxıl məhsuldarlığının artırılması istiqamətində görülən tədbirlər fonunda çörəyin qiymətinin ucuzlaşıb-ucuzlaşmayacağı məsələsi yenidən gündəmə gəlib.

Bəs məhsuldarlığın artması həqiqətən də çörəyin qiymətinə təsir göstərə bilərmi?

KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, taxıl məhsuldarlığındakı artım prinsip etibarilə çörəyin qiymətinə aşağı istiqamətdə təsir göstərə bilər. Lakin onun sözlərinə görə, bu təsir birbaşa və avtomatik şəkildə baş vermir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”

Ekspert qeyd edib ki, məhsuldarlıq artdıqda eyni əkin sahəsindən daha çox buğda əldə olunur, bu isə yerli istehsalın həcmini artıraraq ölkənin idxaldan asılılığını azalda bilər:

“Azərbaycan hazırda buğda tələbatının yalnız bir hissəsini yerli istehsal hesabına ödəyir, qalan hissəsini isə idxal edir. İdxal qiymətləri dünya bazarındakı dəyişikliklərdən, quraqlıq, gübrə qiymətləri və regional münaqişələr kimi amillərdən birbaşa asılıdır. Yerli məhsuldarlıq əhəmiyyətli dərəcədə artarsa və idxaldan asılılıq azalarsa, bu, ölkəni xarici qiymət şoklarına qarşı daha dayanıqlı edər və çörək qiymətlərinin sabitliyinə müsbət təsir göstərə bilər.”

Akif Nəsirli vurğulayıb ki, çörəyin son satış qiyməti yalnız buğdanın qiyməti ilə müəyyənləşmir.

“Üyütmə, nəqliyyat, enerji, əməkhaqqı və pərakəndə satış xərcləri də qiymətə ciddi təsir edən amillərdəndir.

Ucuzlaşsa belə, digər istehsal və logistika xərcləri artarsa, çörəyin qiyməti dəyişməyə və ya hətta yüksəlməyə davam edə bilər”.

Ekspert əlavə edib ki, Azərbaycanda un və çörək bazarı strateji əhəmiyyət daşıdığı üçün dövlət tərəfindən müəyyən nəzarət mexanizmləri tətbiq olunur. Strateji taxıl ehtiyatları və bazara müdaxilə alətləri qısamüddətli qiymət dəyişikliklərinin istehlakçıya birbaşa ötürülməsinin qarşısını qismən alır:

“Bu səbəbdən məhsuldarlığın artması dərhal çörəyin ucuzlaşması ilə nəticələnməyə bilər. Daha çox idxal xərclərinin azalması və dövlət büdcəsinə düşən yükün yüngülləşməsi kimi təsirlər müşahidə olunacaq.

Məhsuldarlıq artımının təsiri onun miqyasından da asılıdır. Kiçik artımlar bazarda nəzərə çarpmaya bilər. Lakin ölkə taxıl üzrə özünütəminetmə səviyyəsinə yaxınlaşacaq həcmdə istehsal artımına nail olarsa, bu, uzunmüddətli perspektivdə həm ərzaq təhlükəsizliyini gücləndirəcək, həm də çörək qiymətlərinin qlobal bazardakı dalğalanmalardan asılılığını azaldacaq”.

Beləliklə, ekspert hesab edir ki, taxıl məhsuldarlığının artması çörəyin qiymətinə aşağı istiqamətdə təzyiq yarada bilər. Ancaq bunun real qiymət azalmasına çevrilməsi məhsuldarlığın miqyasından, digər istehsal xərclərinin dinamikasından və dövlətin bazara tənzimləyici müdaxilə siyasətindən asılı olacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK

Next

Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk

Xəbər lenti

  • Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk 23.07.2026
  • Azərbaycanda çörək ucuzlaşacaq? – Diqqətçəkən proqnoz 23.07.2026
  • Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK 23.07.2026
  • Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK 23.07.2026
  • İlk dəfə “amansız isti gün” xəbərdarlığı verildi 23.07.2026
  • Bu sürücüləri 100 manat cərimə gözləyir – Səbəb açıqlandı 23.07.2026
  • Moped sürücüləri üçün yeni tələblər: rüsum məlum oldu 23.07.2026
  • Azərbaycan Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi qeyd olundu-FOTOLAR 23.07.2026
  • SON DƏQİQƏ: Moskvada dəhşətli təyyarə QƏZASI 23.07.2026
  • Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” ÜZR İSTƏDİ – VİDEO 23.07.2026
  • Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq 23.07.2026
  • Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır 23.07.2026
  • Çimərliklərdə hava necə olacaq? 23.07.2026
  • Prezident məcburi köçkünlərin statusu ilə bağlı dəyişikliyi TƏSDİQLƏDİ 23.07.2026
  • Azərbaycanda yeni dövlət qurumu yaradılır 23.07.2026
  • Məcburi köçkünlərlə bağlı bu məsələlər dəyişdi – YENİ QAYDALAR 23.07.2026
  • Arzumu həbsdən buraxan hakim kimdir? – DOSYE 23.07.2026
  • Prezident fərman imzaladı 17.07.2026
  • Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək 17.07.2026
  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv