Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Mehriban Əliyevanın başlatdığı ifşanın davamı…

By Vüsal Rafiqoğlu
24.07.2026 3 Min Read

Mediada və sosial şəbəkələrdə hələ də müzakirə edilən məsələ Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tural Sadıqlı ilə Berlindəki qısa söhbətidir. Almaniya səfəri zamanı baş tutan bu mükalimə niyə diqqətimizi bu qədər çəkdi? Yalnız Hacıyevin son dərəcə sərrast və peşəkar ifadələrinə görəmi? T.Sadıqlının əsl simasını iki dəqiqənin içində ortaya qoyduğuna, hamıya, hər kəsə göstərdiyinə görəmi?..

Üzbəüz, canlı debatlarda, intellekt və hazırlıq, səmimiyyət və ədalət, fakt və sübut tələb olunan məqamlarda xaricdəki söyüş blogerlərinin son dərəcə piyada, çarəsiz, yazıq olduqları üzə çıxdığınamı görə?

Azərbaycan dövləti və hakimiyyəti illərdir ki, xaricdə məskunlaşan və fəaliyyətini milli maraqlarımız əleyhinə kökləyən bir ovuc şəxsin qarayaxması, heç bir əxlaq və mənəviyyat normalarına sığmayan hücumu ilə üz-üzədir. Heç bir sərhəd, dəyər tanımayan bu şəxslər ağızlarından çıxan üfunətin yaratdığı iyrənc qoxu-mənzərə ilə hər kəsi qaralamağa, ləkələməyə çalışırlar.

Məqsəd: bacardıqca cəmiyyəti bu üfunətdə boğmaq, bu qoxu ilə atmosferi zəhərləmək, cəmiyyəti mümkün olduqca dəyərsiz, hədəfsiz kütləyə çevirmək, düşüncə sahiblərini abrına qısılıb, kənara çəkilməyə məcbur etmək və toplumu gücü çatdıqca səviyyəsizləşdirmək…

Bu adamlar efiri maviləşdirməklə, ən pis, ikrah doğuran, cəmiyyətin genefondunu, əxlaqını dağıdan ayıblarını başları üzərində qaldırıb, onunla fəxr etməklə, insanların içindəki şeytani pisliklərə müraciətlə böyük bir ssenarini həyata keçirirlər.

Öz xəstə kimlikləri, xəstə varlıqları ilə, Sokratın təbirincə desək, “Allahın onları yaratdığı kimi yaşamaqdan” imtina edib, “ORTALIQDA QALANLAR” min illərin sınağından üzüağ çıxan Azərbaycan xalqına, türk kimliyinə – mərdliyə, ləyaqətə, kişiliyə meydan oxumağa cəhd edirlər.

İlk dəfə Mehriban xanım Əliyeva elə məhz Almaniyada, Münhen Təhlükəsizlik Konfransı zamanı onlardan birinə sözləri ilə güzgü tutdu – Azərbaycan dövlətinin rəhbərliyində təmsil olunanlardan 44+1 günlük savaşın və Bakıda mühakimə edilən terrorçuların “qisasını” almağa çalışanların sözlərini bağırmaqla “görəvləndirilən” Emin Hüseynova cavabı ilə: “Qadın paltarında səfirlikdə gizlənən siz idiniz? Sizə can sağlığı arzulayıram…”

Bu cavab sadəcə bir polemika, ani reaksiya deyildi, bütövlükdə o blogerlərin bütün mənəvi və siyasi portretini, mahiyyətini, varlığını ortaya qoyan, ifşa edən gediş idi.

Sual vermək adı altında siyasi şou yaratmağa çalışan Emin Hüseynovun keçmişinə və fəaliyyətinə nəzər saldıqda, verilən cavabın nə qədər dəqiq ünvana çatdığı aydın olur:

* Maliyyə Yeyintiləri və Qaçış: Soros Fondunun və digər mənbələrin vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və külli miqdarda vəsaiti talaması üzə çıxdıqdan sonra E.Hüseynov ölkədən qaçmaq üçün qadın paltarı geyinərək, saçlarını rəngləyərək xarici səfirliklərin birində gizlənmişdi…

* 44 Günlük Vətən Müharibəsi Zamanı Təxribat: 44 günlük savaş zamanı “novarçı” və “sülhpərvər” donuna girərək erməni işğalının davam etməsi üçün açıq təbliğat aparmış, Azərbaycan ordusunun tarixi zəfərinə kölgə salmağa çalışmışdı…

* Erməni Təşkilatları ilə Əməkdaşlıq: “Erməni hüquqlarının müdafiəçisi” kimi tanınan Hüseynov erməni diaspor təşkilatlarının maliyyələşdirdiyi qurumlardan qrantlar alaraq öz antimilli fəaliyyətini maliyyələşdirir…

* Ailə Şəbəkəsi: Mehman Hüseynovun böyük qardaşı olan Emin Hüseynov üçün şəxsi maraqlar və xarici fondların sifarişləri hər zaman dövlət və millət maraqlarından üstün olub. Onun Mehmanla birləşərək Azərbaycanın milli və dövləti dəyərlərini necə ayaqlar altına atdığını son vaxtlar hər birimiz sosial mediadan izləmişik…

Hikmət Hacıyevin Tural Sadıqlı ilə qısa söhbəti, göstərdiyi təmkin o ifşanın məntiqi davamı idi.

Bəli, küçə ritorikasına qarşı siyasi təmkin gördük. Hikmət Hacıyevin göstərdiyi təmkin, ərkan, ərdəm, intellekt və özünəinam qarşısında öz səviyyəsizliyində boğulan “tərəfin” saman çöpündən yapışmaq üçün uğursuz çabaları görünürdü.

Münhen Konfransında oxşar təxribata cəhd edən Emin Hüseynova da Hikmət Hacıyevin “utanmalısınız” deyərək onun Azərbaycanın maraqlarına zidd mövqe sərgilədiyini vurğulaması, dövlət maraqlarının hər bir platformada barışmazlıqla qorunduğunu göstərmişdi…

Birbaşa polemikalar sosial şəbəkələrin mavi ekranları arxasında gizlənərək antiazərbaycan dairələrin sifarişlərini yerinə yetirən, “demokratiya” maskası altında erməni lobbisinin maraqlarına xidmət edən xəyanətkar bloger və şəbəkə üzvləri üçün hər zaman məğlubiyyətlə nəticələnir. Onlar “əxlaqsızlıq müstəvisi”ndə “güclüdür”lər, söyüş söyməkdə pərgardırlar. Söyüş və təhqir isə arqumentsizlik, zəiflik və səviyyəsizliyin nümayişidir…

Avropanın, İranın, Rusiyanın “erməni kartı”ndan istifadə müddəti bitən kimi bu üzdəniraqların, vətənsizlərin istifadə də müddəti bitəcək. Onda…

Onda bu xəyanətkarların, əxlaq və mənəviyyat, şərəf anlayışını unutmuş, arı-namusu boyunardı etmiş bu varlıqların adı nə olacaq? Tarix bağışlamayacaq, aydındır. Xalq bağışlamayacaq, hüquq da bağışlamayacaq…

Vətənə xəyanət – cinayət olmaqla bərabər, yazıqlıqdır.

Çünki Vətən sadəcə coğrafi sərhədlər deyil; Vətən onun uğrunda can verən şəhidlərin əmanəti, xalqın qüruru və şərəfidir. Xarici paytaxtların qapılarında öz dövlətinə qarşı alətə çevrilənlər anlamırlar ki, “layk”lar və ötəri qrantlar bir gün bitəcək, amma Vətənə xəyanət damğası nəsildən-nəslə keçən silinməz bir ləkə kimi qalacaq. Tarix hər kəsi öz adı ilə çağırır. Zəfər yazanları qəhrəman kimi, dövlətinə daş atanları isə tarixin zibilxanasına atılmış unudulmuş kölgələr kimi…

Həqiqətən yazıqsınız…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Külək güclənəcək – XƏBƏRDARLIQ

Next

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Xəbər lenti

  • Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib 24.07.2026
  • Mehriban Əliyevanın başlatdığı ifşanın davamı… 24.07.2026
  • Külək güclənəcək – XƏBƏRDARLIQ 24.07.2026
  • Həkim də XƏBƏRDARLIQ etdi – Həftəsonu… 24.07.2026
  • Bakının ən gənc və ən yaşlı icra başçıları kimlərdir? – 49 yaşdan 66 yaşa qədər… 24.07.2026
  • Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət 24.07.2026
  • Şəhid anası böyrəyini qızına verdi 24.07.2026
  • Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür 24.07.2026
  • Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı fərman imzaladı 24.07.2026
  • İlham Əliyev bu qanunu təsdiqlədi 24.07.2026
  • Prezident bu ölkədəki səfiri geri çağırdı 24.07.2026
  • Qonşudan niyə qoyun-quzu alırıq? – SƏBƏB 24.07.2026
  • Əli Əsədovdan ÖNƏMLİ QƏRAR 24.07.2026
  • Müəllimini güllələyən şagirdlə bağlı qərar verildi 24.07.2026
  • Estetik əməliyyatın ən qorxulu FƏSADI – Xanımların DİQQƏTİNƏ! 24.07.2026
  • Bəzi rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ 24.07.2026
  • “Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı – VİDEO 24.07.2026
  • Xaricdə təhsil hüququ qazananların SİYAHISI AÇIQLANDI 24.07.2026
  • Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ 24.07.2026
  • Onlar sosial şəbəkələrdən uzaqlaşdırılır – Azərbaycan buna hazırdırmı? 24.07.2026
  • XƏBƏRDARLIQ: Ölkəyə “yandırıcı” və “boğucu” istilər gəlir – Avqustun əvvəlindən… 24.07.2026
  • Türkiyədəki yeni səfirimiz kimdir?-DOSYE 24.07.2026
  • İrəvan Teatrının yeni direktoru kimdir? – DOSYE 24.07.2026
  • Prezidentin Özbəkistana səfir təyin etdiyi Rəşad Məmmədov KİMDİR… – DOSYE 24.07.2026
  • Bu ərazilərə yağış yağacaq, dolu düşəcək 24.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv