Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

By Vüsal Rafiqoğlu
25.07.2026 3 Min Read

2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının əsas mərhələsi artıq yekunlaşmaq üzrədir. Minlərlə abituriyent növbəti mərhələdə ixtisas seçiminə hazırlaşarkən, ən çox müzakirə olunan məsələlərdən biri də builki keçid ballarının necə dəyişəcəyidir. İmtahan nəticələri, plan yerlərinin sayı, ixtisaslara maraq və abituriyentlərin seçim tendensiyası builki keçid ballarına birbaşa təsir edəcək əsas amillər hesab olunur.

Bəs bu il hansı ixtisaslarda keçid ballarının artacağı, hansılarda isə enəcəyi gözlənilir? Ən yüksək rəqabət hansı sahələrdə olacaq? Abituriyentlər ixtisas seçimində hansı məqamlara xüsusi diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Musavat.com-a danışıb:

“2026–2027-ci tədris ili üzrə ali məktəblərə qəbul prosesi bir sıra istiqamətlər üzrə əvvəlki illərdən fərqlənir və kifayət qədər maraqlı mənzərə yaradır. Bu fərqlər özünü ilk növbədə keçid ballarında, plan yerlərində, ixtisas seçimi zamanı yaranacaq rəqabətlilikdə göstərəcək və artıq bunun ilkin əlamətləri görünməkdədir”.

photo_309668.jpg (54 KB)

Ekspertin fikrincə, bu ilin ən rəqabətli ixtisas qrupu II ixtisas qrupu olacaq:

“Burada söhbət Azərbaycan bölməsi üzrə müraciət edən abituriyentlərdən gedir. Statistikaya baxdıqda görürük ki, II ixtisas qrupunda qeydiyyatdan keçənlərin sayı ötən illə müqayisədə xeyli artıb. Artım təxminən 4 min nəfərə yaxındır ki, bu da olduqca böyük göstəricidir.

Müqayisə üçün qeyd edim ki, III ixtisas qrupunda bu il qeydiyyatdan keçənlərin sayı ilə ötən ilin göstəricisi arasında cəmi 75 nəfərlik fərq var. Lakin II qrupda vəziyyət tamamilə fərqlidir. Buradakı 4 minlik artım gələcəkdə keçid ballarına və rəqabətə ciddi təsir göstərəcək amillərdən biridir.

Digər mühüm məqam isə imtahanların əvvəlki illərlə müqayisədə daha çətin olmasıdır. Məhz bu səbəbdən bir çox abituriyent həm buraxılış, həm də blok imtahanlarında istədikləri nəticəni əldə edə bilmədilər. Bu amil bəzi ixtisaslarda rəqabəti müəyyən qədər azalda bilsə də, xüsusilə 150 ballıq ixtisaslarda ciddi sıxlıq yaradacaq”.

Elmin Nuri qeyd edib ki, bütün ixtisas qruplarında 150 ballıq ixtisaslarda müəyyən mənada “tıxac” yaranacağı gözlənilir:

“Səbəb ondan ibarətdir ki, blok imtahanında 100 bal həddini keçə bilməyən abituriyentlər sistemin icazə verdiyi məhdud sayda ixtisası seçə biləcəklər. Məsələn, II ixtisas qrupunda bu kateqoriyaya daxil olan ixtisaslar bunlardır: Biznesin idarə edilməsi; Marketinq; Turizm işinin təşkili; Turizm bələdçiliyi. İnanıram ki, məhz bu dörd ixtisas uğrunda II qrup üzrə çox ciddi və gərgin mübarizə gedəcək. I ixtisas qrupunun iki alt qrupu var: Riyaziyyat–İnformatika və Riyaziyyat–Kimya.

Riyaziyyat–Kimya alt qrupu üzrə vəziyyətin bu il də nisbətən stabil qalacağı ehtimal olunur. Lakin bunu Rİ alt qrupu barədə demək mümkün deyil. Çünki Riyaziyyat–İnformatika alt qrupunda qeydiyyatdan keçənlərin sayı ildən-ilə artır. Bunun əsas səbəbi odur ki, abituriyentlər kimya fənni əvəzinə İnformatikadan imtahan verməyi seçirlər. Bu seçim onlara cəmi 9 kompüteryönümlü ixtisası seçmək imkanı versə də, həmin ixtisaslara maraq hər il daha da artır.

Bu il Rİ alt qrupunda müraciət edənlərin sayının həddindən artıq çox olması səbəbindən bu ixtisaslarda ciddi rəqabət gözlənilir: Kompüter mühəndisliyi; İnformasiya təhlükəsizliyi; Kompüter elmləri; İnformasiya texnologiyaları; Robototexnika və mexatronika; Proseslərin avtomatlaşdırılması və digər kompüteryönümlü ixtisaslar”.

E.Nuri bildirib ki, III ixtisas qrupu son illərdə olduğu kimi, bu il də nisbətən stabil qruplardan biri hesab olunur:

“Ənənəvi olaraq ən yüksək rəqabət Hüquqşünaslıq və Beynəlxalq münasibətlər ixtisaslarında müşahidə olunacaq. Bu ixtisaslarda keçid ballarında müəyyən artım ehtimalı var. Lakin ümumilikdə III qrup üzrə ciddi bal sıçrayışı gözlənilmir. Artım olsa belə, bu, yalnız bir neçə bal səviyyəsində olacaq. Hətta bəzi ixtisaslarda keçid ballarında cüzi azalma da mümkündür.

IV ixtisas qrupu isə hər zaman olduğu kimi, öz sabitliyi və yüksək nəticə göstərən abituriyentlərin üstünlük verdiyi qrup olaraq qalır. Bu qrup üzrə imtahan verənlərin təxminən 95 faizi tibb yönümlü ixtisaslarda təhsil almağı planlaşdırır. Buna görə də illərdir formalaşmış tendensiyanın bu il də davam edəcəyi gözlənilir. Doğrudur, imtahanların ötən illərlə müqayisədə daha çətin keçirilməsi nəticələrin də nisbətən aşağı olmasına səbəb olub. Bu isə ixtisas seçimində öz təsirini göstərəcək”.

Ekspertin fikrincə, tibb ixtisası üzrə keçid balı ötən illə müqayisədə bir neçə bal aşağı düşə bilər. Digər ixtisaslarda isə əsasən mövcud sabitliyin qorunacağı gözlənilir.

Elmin Nuri abituriyentlərin ixtisas seçimi zamanı xüsusi diqqət yetirməli olan məsələlərə də toxunub:

“Statistik göstəriciləri diqqətlə araşdırmalı, yalnız dəqiq və etibarlı məlumatlara əsaslanmalıdırlar. İxtisas seçimi prosesində öz qeydlərini aparmalı və seçimlərini planlı şəkildə formalaşdırmalıdırlar. Hər bir ixtisas qrupu üzrə analitik və statistik təhlillərlə yaxından tanış olmalı, qərar verərkən bu məlumatları mütləq nəzərə almalıdırlar. Məhz bu prinsiplərə əməl etmək abituriyentlərin ixtisas seçimində daha düzgün qərar verməsinə və qəbul şanslarını artırmasına kömək edəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq

Next

“90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO

Xəbər lenti

  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026
  • Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi – Əhaliyə TƏCİLİ xəbərdarlıq 25.07.2026
  • Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib 24.07.2026
  • Mehriban Əliyevanın başlatdığı ifşanın davamı… 24.07.2026
  • Külək güclənəcək – XƏBƏRDARLIQ 24.07.2026
  • Həkim də XƏBƏRDARLIQ etdi – Həftəsonu… 24.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv