Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gələcək uşağın yaddaşında başlayır!

By Vüsal Rafiqoğlu
26.07.2026 3 Min Read

1945-ci ilin avqustunda Xirosima və Naqasaki yerlə-yeksan olmuşdu. Şəhərlər yanmış, sənaye iflic vəziyyətinə düşmüş, milyonlarla insan həyatının ən ağır günlərini yaşayırdı. Belə bir vaxtda Yaponiyanın qarşısında taleyüklü seçim dayanmışdı: əvvəl zavodlar tikilməli idi, yoxsa məktəblər açılmalı idi? Seçim məktəblərin xeyrinə edildi. Çünki dağılan şəhərləri yenidən quracaq mühəndisləri, müəllimləri, həkimləri və dövlət xadimlərini yalnız məktəb yetişdirə bilərdi. Həmin qərar iqtisadi siyasətdən daha çox dövlətçilik fəlsəfəsinin təzahürü idi. Yaponiya gələcəyin beton və dəmirdən yox, insan düşüncəsindən başlandığını dərk etmişdi.

Bu qərar tarixdə tək nümunə sayılmır. Qədim Sparta öz təhlükəsizliyini ordusunda yox, uşağın tərbiyəsində görürdü; Afina isə gücünü silahdan çox məktəbdə, elmdə və fəlsəfədə axtarırdı. Fərqli yollar seçən bu iki şəhər-dövlət eyni nəticəyə gəlmişdi: xalqın sabahı uşağın bu gün qazandığı dünyagörüşündən asılıdır.

Roma imperiyası da yüksəlişini təkcə legionlarına borclu deyildi. Onun uzunömürlülüyünü təmin edən əsas amillərdən biri vətəndaşlıq şüuru idi. Roma ailəsi övladına qanuna hörmət etməyi, dövlət qarşısında məsuliyyət daşımağı, ümumi mənafeyi şəxsi maraqdan üstün tutmağı öyrədirdi. Hüquq əvvəlcə insanın xarakterində yaşayır, sonra qanun kitablarında öz əksini tapırdı. Məhz buna görə Roma təkcə torpaqları deyil, hüquq düşüncəsini də əsrlər boyu yaşada bildi.

Tarix başqa həqiqətləri də göstərir. Güclü dövlətlər çox vaxt xarici hücumdan əvvəl daxildə zəifləyiblər. Mənəvi dəyərlər kölgədə qalanda, milli yaddaş zəifləyəndə, tərbiyə ikinci plana keçəndə siyasi və iqtisadi güc də uzunömürlü olmur. İbn Xəldunun dövlətlərin yüksəlişi və süqutu haqqında irəli sürdüyü fikirlər bu qanunauyğunluğu əsrlər əvvəl izah etmişdi. Dövlət əvvəl insanın daxilində möhkəmlənir, sonra sərhədlərdə.

Keçmiş yaddaş yox, istiqamətdir.

Dünyada dövlətini itirib, tarixini qoruyan xalqlar var. Dövlətini qoruyub, tarixini itirənlər də mövcuddur. Birinci halda zaman keçdikcə dövlət yenidən qurulur, ikinci halda isə xəritədə qalan ölkə belə milli ruhunu itirməyə başlayır. Çünki dövləti yaşadan iqtisadiyyat və hərbi güclə yanaşı, nəsildən-nəslə ötürülən mənəvi yaddaşdır. Çin minilliklər boyu müharibələr, işğallar və hakimiyyət dəyişiklikləri yaşasa da, dövlətçilik ənənəsini qoruya bildi. Bunun səbəbi təkcə siyasi idarəçilik yox, eyni zamanda hər yeni nəslə mənsub olduğu sivilizasiyanın dəyərləri, məsuliyyəti və tarixi missiyası öyrədilməsi idi.

XX əsrin ortalarında Almaniya tamam fərqli seçim qarşısında qaldı. Müharibənin dağıntılarından sonra ölkə yalnız şəhərləri bərpa etmədi, həm də öz tarixinə münasibətini yenidən formalaşdırdı. Məktəblərdə keçmiş gizlədilmədi, bütün ağrıları ilə öyrədildi. Bunun nəticəsində yeni nəsil tarixdən kor-təbii qürur duymağı yox, məsuliyyət götürməyi öyrəndi. Bu yanaşma Almaniyanın iqtisadi dirçəlişindən əvvəl mənəvi dirçəlişini təmin etdi.

Qlobal müstəvidən gələn bu tarixi təcrübə təbii olaraq Azərbaycanın dövlətçilik yolunda öz əksini tapır. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iyirmi üç ay yaşasa da, müasir dövlətçilik düşüncəsinin ideya əsaslarını formalaşdırdı. Müstəqillik, parlament ənənəsi, milli ordu, dövlət dili və üçrəngli bayraq sonrakı nəsillərin siyasi yaddaşına çevrildi.

Müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhz bu tarixi varislik üzərində qurdu. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisləriyik” fikri yalnız keçmişə ehtiram ifadə etməklə, həm də müasir Azərbaycanın inkişafını tarixi təməl üzərində qurmağın siyasi və mənəvi konsepsiyası idi. Varislik burada keçmişi mexaniki şəkildə təkrarlamaq yox, onun yaratdığı dəyərləri dövrün tələblərinə uyğun yaşatmaq anlamı daşıyırdı. Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi dövründə ardıcıl şəkildə inkişaf etdirilərək müasir dövlət siyasətinin əsas sütunlarından birinə çevrilib. Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi, milli-mənəvi irsin qorunması və tarixi yaddaşın gücləndirilməsi göstərir ki, inkişaf həm də milli kimliyi gələcəyə daşımaq bacarığıdır.

Bəli, danılmaz faktdır ki, gələcəyi uşaqların yaddaşı qurur.

Hər nəsil öz dövrünün problemlərini həll edir, lakin həqiqi dövlətçilik təkcə bugünün qayğıları ilə məhdudlaşmır. Böyük dövlət hələ doğulmamış nəsillərin də taleyi haqqında düşünə bilən, yollar və şəhərlər tikməklə yanaşı, şüurlu insan yetişdirən dövlətdir. Çünki hər tikilinin ömrü müəyyəndir, yaxşı tərbiyə almış insanın formalaşdırdığı dəyərlər isə nəsildən-nəslə ötrülür, yaşayır.

Müasir dünyanın rəqabəti təbii sərvətlər, coğrafi üstünlüklər iqtisadi inkişafla yanaşı milli kimliyini qoruyaraq dəyişən dünyaya uyğunlaşa bilən cəmiyyətlər arasında gedir. Azərbaycan da inkişaf yolunu məhz bu prinsip üzərində qurur. Güclü iqtisadiyyat, müasir infrastruktur və rəqəmsal transformasiya ölkənin gücünü göstərir, lakin bütün bunların davamlılığı milli düşüncəyə söykənən insan kapitalından asılıdır.

Azərbaycançılıq ideologiyası məhz bu baxımdan gələcəyin mənəvi sütunudur. O, insanları mənşəyinə və ya sosial vəziyyətinə görə ayırmır, hamını eyni dövlətçilik düşüncəsi və tarixi yaddaş ətrafında birləşdirir. Təhsil sistemi klassik mənada yalnız peşə hazırlığı məsələsi ilə yekunlaşmamalıdı, həm də vətəndaş yetişdirmə ocağı olmalıdır. Şagirdə sadəcə məlumat ötürüldükdə savadlı mütəxəssis ola bilər, lakin ona milli yaddaş, tarixi varislik və dövlətçilik məsuliyyəti aşılandıqda o, həqiqi vətəndaşa çevrilir.

Bir xalqın sabahını dəyişmək üçün əvvəlcə onun uşaqlarının yaddaşını zənginləşdirmək lazımdır. Çünki gələcək ilk növbədə məktəb partası arxasında, müəllimin söylədiyi fikirdə və formalaşan milli kimlikdə doğulur. Xalqların taleyini müəyyən edən məhz həmin görünməyən, lakin təməl rolunu oynayan başlanğıcdır.

Gəlin sabahımızın təməlini məhz bu gün uşaqlarımızın yaddaşında ucaldaq!

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO

Next

Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı

Xəbər lenti

  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv