Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

By Vüsal Rafiqoğlu
25.07.2026 2 Min Read
Boşanmaların sayının durmadan artdığı bir dövrdə cəmiyyətdə ən aktual müzakirə mövzularından biri alimentdir. Hətta bəziləri deyir ki, qadınlar alimentə görə boşanırlar. Nəzərə alaq ki, qanunvericiliyə görə uşağın qaldığı tərəfə digər valideyn aliment ödəyir. Hər uşaq üçün isə alimentin miqdarı minimum 260 manatdır. Əgər dağılan ailədə 2 uşaq varsa o zaman digər valideyn 520, 3 uşaq varsa 780 manat hər ay aliment ödəməlidir. İstər 520, istərsə də 780 manat indiki vaxtda kifayət qədər ciddi məbləğdir. Hələ onu demirik ki, indiki şəraitdə bəzi valideynlər kifayət qədər yüksək əmək haqqı alırlar. Bu zaman alimentin miqdarı kifayət qədər yüksək olur. Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır. Belə vəziyyətdə sərəncamına aliment daxil olan valideyn vəsaiti tam olaraq təyinatı üzrə xərcləmir, onun bir hissəsini müxtəlif məqsədlər üçün, o cümlədən öz mənafeyi üçün xərcləyir. Ona görə də çoxları belə hesab edir ki, aliment valideynə yox, uşağa ödənilməlidir. Bəs qanun nə deyir? Qeyd edək ki, bu məsələ Ailə Məcəlləsinin 55.3-cü maddəsiylə tənzimlənir. Həmin maddədə qeyd olunub ki, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Ona görə də aliment ödəyən valideyndə vəsaitin təyinatı üzrə ödənilməməsinə dair hər hansı bir şübhə yaranarsa, o zaman AM-nin bu maddəsinə istinad etmək olar. Çünki heç bir hal digər valideynin aliment öhdəliyinin azaldılmasına əsas vermir. Ona görə ki, aliment uşağa məxsusdur, uşağın öz valideynindən bəlli məbləğdə aliment almaq hüququ var. Valideynlərdən birinin alimenti təyinatı üzrə xərcləməməsi digər valideynin uşağın qarşısında olan öhdəliyinin azaldılmasına əsas vermir. Odur ki, belə mübahisələr yarandığı zaman sərəncamına aliment daxil olan valideyn alimenti təyinatı üzrə xərclədiyini sübut etmə vəzifəsi daşıyır. Əgər sərəncamına aliment daxil olan valideyn belə sübutlar təqdim edə bilmirsə, deməli, aliment tam olaraq təyinatı üzrə xərclənmir. Bu halda məhkəmə uşağın mənafeyini müdafiə etməli və alimentin 50 faizdən çox olmayan məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarmalıdır. Bank hesabına daxil olan vəsait uşağa məxsus olur və uşaq yetkinlik yaşına çatdıqda həmin vəsait üzərində sərəncam vermək hüququ əldə edir. Bəzi hallarda uşaq 14 yaşına çatdıqda belə hüququ yarana bilər. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 12-ci maddəsinin axırıncı hissəsinə görə uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Ona görə də bu maddədə göstərilən əsaslar olduqda 14 yaşına çatmış uşaq bank hesabındakı aliment üzərində sərəncam vermək hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər.

Nəzərə alınmalıdır ki, MM-in 30.2.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan uşaqların ixtiyarı var ki, valideynlərinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin.

Nəzərə alaq ki, bank hesabında olan aliment də “digər gəlir” hesab olunur.(Bizim.Media)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var

Xəbər lenti

  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026
  • Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi – Əhaliyə TƏCİLİ xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv