Bu emojiləri yazsanız, şərhiniz silinəcək
Feysbuk və İnstaqram yeni cəmiyyət standartlarını nəzərə alaraq bir neçə yenilik etməyə hazırlaşır.
ARANTV.AZ xəbər verir ki, onlardan biri də cinsi mənada istifadə edildiyi iddia olunan bəzi emojilərin yasaqlanmasıdır.
Belə ki, tezliklə rəy bölməsində badımcan, şaftalı və su damcılarını əks etdirən emojiləri yazsanız, şərhiniz avtomatik bloklanacaq və silinəcək.

Axşam.az

