Bakıda dəhşətli hadisə – 47 yaşlı qadının meyiti tapıldı
Bakıdan mənzildən qadın meyiti tapılıb.
ARANTV.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Orada aşkarlanan 1972-ci il təvəllüdlü Zülfüqarova Səlfinaz Hilal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.Publika.az

