Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? – AÇIQLAMA

By Vüsal Rafiqoğlu
27.01.2021 2 Min Read

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb. Təkcə yanvarın 25-nə olan statistik məlumata görə, ölkədə 57 yeni yoluxma faktı aşkar olunub, 11 nəfər isə virusdan dünyasını dəyişib. Bununla belə, bəzi mütəxəssislər qeyd edir ki, ölkədə yanvarın 25-dən etibarən sərt karantin rejimində edilən yumşalmalar gündəlik yoluxma sayını yenidən artırmış olacaq.

Hətta iddialar səslənir ki, fevralın sonu və yaxud aprelin əvvəlində yenidən ölkədə sərt karantin rejimi tətbiq oluna bilər. Bəs bu iddialar nə dərəcədə özünü doğrulda bilər? Daha bir məsələ, məlum olduğu kimi, ölkədə yanvarın 18-dən etibarən vaksinasiya prosesi başladılıb. Lakin bu günə qədər vaksinasiya prosesinin gedişatı, vaksin olunanların sayı nədənsə açıqlanmır. Halbuki  digər ölkələrdə, o cümlədən yanvarın 13-dən vaksinasiya prosesinə başlayan qardaş Türkiyədə bu məsələ şəffaf şəkildə təqdim olunur. Məsələn, ötən həftə Türkiyə rəsmiləri ölkədə 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulduğunu açıqlamışdı.

Bəs Azərbaycanda bu məsələ niyə şəffaf deyil? Tibb elmləri doktoru, professor Adil Qeybulla bu və digər suallarla bağlı bağlı danışıb:

“Bəli, yoluxanların sayı xeyli azalıb. Rəqəmlər statistik olsa da deyə bilərəm ki, apardığımız müşahidələr də onu göstərir ki, xəstəlik kəskin azalıb. Belə ki, kompüter tomoqrafiyaya müraciət edənlərin sayı kəskin azalıb”.

Professor “fevralın sonu və yaxud aprelin əvvəlində sərt karantin rejimi yenidən qayıda bilər” iddialarına isə bu cür şərh bildirdi:

“Bu o halda ola bilər ki, yoluxma sayında yenidən hər hansı bir artım olsun. Lakin unutmayaq ki, vaksinasiya da davam edir. Vaksinasiya aktiv həyata keçirilərsə, yoluxmalar daha da azalar. Fevralın sonuna qədər sosial sahələrin hamısında yumşalmalar mümkün deyil. Hər halda, karantin rejimi qalacaq, yəni karantin davranışlarına əməl etmək qaydaları davam edəcək. Ola bilər ki, böyük ticarət mərkəzlərinin də fəaliyyətləri bərpa olunsun, lakin karantin davranışlarına riayət etmək şərti ilə. Bununla da aprelin əvvəlinə sərt karantin rejimi olacağını proqnozlaşdırmıram.  Əlbəttə ki, sabotaj olarsa, hər bir şey baş verə bilər”.

Adil Qeybulla qeyd etdi ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da vaksinasiyalarla bağlı statistika şəffaf olmalıdır:

“Periodik rəqəmlər mütəmadi olaraq açıqlanmalıdır. Dünya xəstəliklərinə nəzarət və profilaktika mərkəzləri bu məsələni diqqətlə izləyir, vaksinasiyadan sonrakı bütün problemləri qeydə alırlar. Ona görə də vaksinasiya prosesinin statistikası, gedişat prosesi tamamilə şəffaf olmalıdır”.

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da qeyd etdi ki, karantin rejimində yumşalmalar olsa da, karantin qaydalarına mütəmadi əməl etmək vacibdir:

“Hər halda, virus bizimlə davam edirsə, bütün tədbirlər öz aktuallığını saxlayır. Əvvəlki kimi yenə maska taxmaq, sosial məsafə saxlamaq, əllərin dezinfeksiyası, gigiyena məsələlərinə əməl etməliyik. Son rəqəmlər xeyli ürəkaçan, sevindiricidir. Karantin rejimi başlayanda, SMS icazəsi tətbiq olunanda da qeyd edirdik ki, zaman-zaman yoluxma sayları enəcək. Hər halda, görülən tədbirlər, insanların məsələyə daha anlayışlı, məsuliyyətli yanaşması, tələblərə əhəmiyyətli dərəcədə əməl etməsi bu nəticəni ortaya qoyub. Lakin qeyd etdiyim kimi, virus hələ də bizimlədir. Dünyada virusun daha fərqli, daha öldürücü ştamlarının yayılmasından danışılır. Bu da onu göstərir ki, biz bundan sonra əldə olunan nəticələri qorumaq üçün xüsusi fəaliyyət göstərməliyik. Bu baxımdan hər bir vətəndaşdan daha da məsuliyyətli olmaq tələb olunur.

İnsanların psixoloji gərginliyi, iqtisadi problemləri, cəmiyyətin əvvəlki normal həyata qayıtmaq arzuları yönündə atılan addımlara görə ünsiyyət çoxalacaq. Məlum olduğu kimi, fevralın 1-dən kafe və restoanlar açılır, yəni ünsiyyət xeyli artacaq və bu da yoluxma ehtimalını da artırır. Əgər yoluxma artasa, aidiyyəti strukturlar yenidən sərt tədbirlər görmək məcburiyyətində qalacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda övladını qoruyan atanı avtomobil vurdu

Next

ABŞ daha 200 milyon doza koronavirus peyvəndi alacaq

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv