Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?..

By Vüsal Rafiqoğlu
10.07.2026 3 Min Read

Rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi indiki dövrdə uşaqların internet mühitində təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi ön plana çıxır. Xüsusilə sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi və valideyn nəzarətinin gücləndirilməsi ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər uşaqların hüquqlarının qorunması, psixi sağlamlığının möhkəmləndirilməsi və onların zərərli rəqəmsal təsirlərdən müdafiəsi baxımından yeni mərhələnin əsasını qoyur. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma yalnız hüquqi tənzimləmə deyil, eyni zamanda ailə, məktəb və cəmiyyətin birgə məsuliyyətini gücləndirən mühüm preventiv mexanizmdir.

Rəqəmsal təhlükəsizlik uşaqların psixoloji sağlamlığının da qorunması deməkdir

Mövzunu “İki sahil”ə şərh edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirdi ki, Milli Məclisdə qəbul edilən son dəyişikliklər uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir: “Bu dəyişiklik yalnız sosial şəbəkələrdə qeydiyyatın texniki şəkildə tənzimlənməsi deyil, eyni zamanda, uşaqların psixi sağlamlığının, şəxsiyyət inkişafının və informasiya təhlükəsizliyinin qorunmasına yönəlmiş preventiv hüquqi mexanizmdir.

Müasir dövrdə sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, elmi araşdırmalar göstərir ki, erkən yaşlarda nəzarətsiz rəqəmsal mühitə daxil olmaq uşaqlarda diqqət dağınıqlığı, emosional tənzimləmə çətinlikləri, sosial müqayisə, özünəinamın zəifləməsi, kiberbullinq, internet asılılığı və müxtəlif psixoloji risklərin yaranma ehtimalını artırır. Uşaq hələ şəxsiyyət kimi formalaşma mərhələsində olduğu üçün gördüyü, izlədiyi və qəbul etdiyi məlumatlar onun dəyərlərinə, davranış modelinə və dünyagörüşünə birbaşa təsir göstərir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən uşaqların hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Eyni zamanda, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu uşaqların fiziki, psixi və mənəvi inkişafının təmin edilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edir. Bu qanun uşağın zərərli informasiyadan qorunmasını və onun təhlükəsiz inkişaf mühitində böyüməsini təmin etməyi hüquqi öhdəlik kimi təsbit edir.

Bununla yanaşı, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda psixoloji sağlamlığın qorunması, psixoloji risklərin vaxtında müəyyən edilməsi və profilaktik tədbirlərin həyata keçirilməsi mühüm prinsiplərdən biri kimi göstərilir. Rəqəmsal mühitdə yaranan psixoloji risklərin azaldılması da bu yanaşmanın praktik davamı hesab oluna bilər. Çünki psixoloji sağlamlığın qorunması yalnız problem yarandıqdan sonra müdaxilə etmək deyil, eyni zamanda, risk amillərinin qarşısını almaq deməkdir”.

Valideyn nəzarəti qadağa deyil, uşağın təhlükəsizliyinə ortaq məsuliyyətdir

Psixoloq qeyd etdi ki, valideyn razılığı mexanizminin tətbiqi də xüsusi əhəmiyyət daşıyır: “Burada məqsəd uşağın sosial şəbəkəyə daxil olmasının qarşısını almaq deyil, valideynin prosesdə aktiv iştirakını təmin etməkdir. Valideyn övladının hansı platformadan istifadə etdiyini, kimlərlə ünsiyyət qurduğunu, hansı məzmunlarla qarşılaşdığını bildikdə həm psixoloji, həm də hüquqi baxımdan daha təhlükəsiz mühit formalaşır. Bu yanaşma ailədaxili ünsiyyəti gücləndirir və uşağın rəqəmsal davranışlarına nəzarətin sağlam şəkildə qurulmasına imkan yaradır.

Psixoloji baxımdan 16 yaşadək uşaqların qərarvermə, riskləri qiymətləndirmə və uzunmüddətli nəticələri proqnozlaşdırma bacarıqları tam formalaşmır. Beynin xüsusilə impulsların idarə olunmasına və planlaşdırmaya cavabdeh olan ön pay nahiyəsinin inkişafı yeniyetməlik dövründə davam edir. Buna görə də uşaqlar saxta məlumatlara, manipulyativ kontentə, onlayn təzyiqə və təhlükəli çağırışlara böyüklərlə müqayisədə daha həssas olurlar. Məhz bu səbəbdən bir çox ölkələrdə də rəqəmsal platformalarda yaş məhdudiyyətləri və valideyn nəzarəti mexanizmləri tətbiq edilir”.

Maarifləndirmə əsas şərtdir

E. Rüstəmov diqqətə çatdırdı ki, bu qərar sosial şəbəkələrin qadağan olunması kimi qiymətləndirilməməlidir: “Əsas məqsəd uşaqların rəqəmsal savadlılığını artırmaq, təhlükəsiz internet istifadəsini təşviq etmək və valideyn məsuliyyətini gücləndirməkdir. Əgər bu hüquqi mexanizm məktəblərdə rəqəmsal təhlükəsizlik təlimləri, valideyn maarifləndirilməsi və psixoloji dəstək proqramları ilə paralel həyata keçirilərsə, onun effektivliyi daha yüksək olacaq.

Hesab edirəm ki, qəbul edilən dəyişiklik uşaqların hüquqlarının, psixoloji sağlamlığının və təhlükəsiz rəqəmsal inkişafının təmin olunması baxımından müsbət və vaxtında atılmış addımdır. Lakin hüquqi tənzimləmə özlüyündə kifayət etmir. Bu proses ailə, məktəb, psixoloqlar, media və dövlət qurumlarının birgə fəaliyyəti ilə müşayiət olunmalıdır. Uşaqların rəqəmsal dünyada təhlükəsiz böyüməsi yalnız hüquqi məhdudiyyətlərlə deyil, eyni zamanda, sağlam psixoloji mühit, düzgün maarifləndirmə və məsuliyyətli valideyn nəzarəti ilə mümkündür”.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tovuz döyüşləri: Zəfərə açılan cığır

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv