Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Ermənistan çıxılmazlıq sindromunda

By Vüsal Rafiqoğlu
27.01.2021 3 Min Read

Ermənistan iqtisadi və siyasi cəhətdən çökür. Artıq bir ildən çoxdur ki, davam edən COVID-19 pandemiyası onsuz da sürətlə borclanmaya gedən düşmən ölkəni daha da çıxılmaz vəziyyətə saldı. Üstəlik, 44 günlük müharibə  Ermənistanı geri dönüşü olmayan bir uçuruma yuvarladı. Müharibədəki məğlubiyyət və pandemiya fonunda əhalinin maddi rifahının pisləşməsi, iqtisadiyyatın tənəzzülü Ermənistana sonu görünməyən ağır günlər vəd edir. Proseslərin gedişatı göstərir ki, bu dövlətin üzləşdiyi problemlərdən xilas ola bilməsi mümkünsüzdür.

Bu günlərdə Ermənistan Maliyyə Nazirliyi 2020-ci ilin hesabatını açıqlayıb. Məlum olub ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 7,5 faiz kiçilib. Eyni zamanda, ötən il iqtisadi aktivlik göstəricisi 2019-cu illə müqayisədə 10,3 faiz azalıb. Bu fonda Mərkəzi Bankın bütün müdaxilələrinə baxmayaraq, milli valyuta 10 faizdən çox dəyərdən düşüb. Göründüyü kimi, 44 günlük müharibədə Ermənistan təkcə ağır hərbi məğlubiyyətlə üzləşməyib, həm də güclü iqtisadi zərbəyə məruz qalıb. Bunun da nəticələrini aradan qaldırmaq asan olmayacaq.

Ermənistanda iki aydan çoxdur ki, davam edən siyasi böhran gündən-günə daha da kəskinləşir. 10 noyabr kapitulyasiyasından sonra müxalifət partiyaları baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşsələr də hələ ki, heç bir nəticəyə nail ola bilməyiblər. Erməni politoloqlarının fikrincə, bu, ondan xəbər verir ki, hələlik Ermənistanda baş naziri istefaya məcbur edə biləcək qüvvə mövcud deyil. Paşinyan hakimiyyətdən getmək fikrində olmasa da, etiraz aksiyalarından sonra 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib. Müxalifət isə seçkilərin ancaq Paşinyanın istefasından sonra mümkün ola biləcəyini deyir.

Yerevandakı Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İsgəndəryan mətbuata açıqlamasında deyib ki, növbədənkənar seçkilər məsələsində müxalifət daxilində kəskin fikir ayrılıqları mövcuddur və bu da təəccüblü deyil: “Çünki ölkədə siyasi böhran müxalifət partiyaları arasındakı münasibətlərə də təsir edir. Müxalif siyasi partiyalar vahid proqram ətrafında yox, Paşinyana qarşı birləşiblər. Ona görə də müxalifət koalisiyasının daxilində Ermənistan üçün tipik olan rəqabət meydana çıxır. Serj Sarkisyan Nikol Paşinyana parlaq konstitusiya və seçkilər haqqında qanun qoyub gedib. Bu konstitusiya və qanun hakim qüvvənin maraqlarına xidmət edir. Əgər hansısa qüvvə hansısa formada hakimiyyətə gəlirsə və parlamentdə çoxluğa malik olarsa, o zaman hüquqi yollarla onu hakimiyyətdən kənarlaşdırmaq mümkün deyil. Müxalifət başa düşür ki, növbədənkənar seçkilərdə qalib gəlməsi sual altındadır. Hətta seçkiləri udsalar belə, müxalifət partiyaları birləşə bilməyəcəklər. Ona görə də küçə etirazlarını belə təşkil edə bilməyən zəif müxalifət hakimiyyətə növbədənkənar seçkilərin qeyri-mümkünlüyü barədə mesajlar verir.”

Bu arada qarşıdakı dövr ərzində Ermənistanda iqtisadi vəziyyətin daha da pisləşməsi gözlənilir ki, bunun da digər problemlərə səbəb olacağı, o cümlədən iqtisadi cinayətlərin miqyasının artacağına gətirib çıxaracağı istisna edilmir. Ermənistanda, ilk növbədə, mülkiyyətlə bağlı cinayətlərin sayının daha da artacağı gözlənilir. Artıq erməni sosioloqları tərəfindən səsləndirilir ki, belə cinayətlərə maddi vəziyyəti ağır olan xeyli sayda insanın cəlb olunma ehtimalının kifayət qədər böyük olacaq.

“İravnuk” qəzeti yazır ki, Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Beynəlxalq təşkilatların hesabatlarında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən iki ildə də azalmayıb, əksinə artıb. Korrupsiya ilə bağlı mübarizə tədbirləri heç vaxt kağız üzərindən əməli işə keçməyib. Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər küllü miqdarda rüşvət ödədiklərini deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı fakt var.

Göründüyü kimi, Ermənistanda problemlərin miqyası kifayət qədər genişdir və cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Bu vəziyyəti düzgün dəyərləndirən ekspertlər bildirirlər ki, buna səbəb yalnız Ermənistanın işğalçılıq siyasətinin qurbanı olması, ölkənin uzun müddət hərbi xunta tərəfindən idarə edilməsidir. Beləliklə, Ermənistan işğalçı siyasətin miras qoyduğu problemlərlə baş-başa qalıb və bundan qurtulması çox müşkül məsələdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Böyük təhlükə EVİMİZİN İÇİNDƏ: Onlar da peyvənd edilməlidir

Next

Ərdoğan bu gün Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv