Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Sosial şəbəkələri tənzimləmək üçün presedent formalaşdı

By Vüsal Rafiqoğlu
02.02.2021 3 Min Read

Rusiyada sosial şəbəkələrdə “uyğunsuz  məzmunun bloklanması”nı ehtiva edən qanun qüvvəyə minib.  Fevralın 1-dən qüvvəyə minən bu qanun, əslində , “İnformasiyanın Mühafizəsi Qanunu”nun yeniləmiş, əlavələr edilmiş versiyasından ibarətdir. Amma məzmununda sosial şəbəkələrin tənzimlənməsinə yönəlik  əlavə və dəyişikliklər o qədər əhatəli, çoxçeşidlidir ki, onu sosial şəbəkələrin tənzimlənməsi barədə yeni qanun kimi də təqdim edirlər.

Yeni qanun sosial şəbəkələrin Rusiya seqmenti üçün standartları müəyyən edir, onların fəaliyyət çərçivəsini cızır. Oncə  sosial şəbəkələrdə “uyğunsuz  məzmun” anlayışına aydınlıq gətirilir. Buraya narkotik maddələrin istehsalını və istifadəsini, uşaq pornoqrafiyasını, intihara çağırışları təşviq edən,  cəmiyyətə və dövlətə qarşı hörmətsizlik, üsyana çağırış və sair tipli xəbərləri ehtiva edən statuslar aid edilir.

Paralel olaraq, qanunda sosial şəbəkələrin strukturu müəyyən edilir. Qeyd olunur ki, auditoriyası 500 nəfərdən artıq olan insanı əhatə edən platformlar sosial şəbəkə hesab olunurlar və qanunla tənzimlənən platformalar çevrəsinə daxil edilirlər. Bu standartlara daxil olan sosial şəbəkə platformaları üzərlərindən yayılan məzmuna görə məsuliyyət daşıyırlar. Onlarqanunsuz materialları özləri yığışdırmağa borcludurlar. Resurs rəhbərliyi məzmunun qanunsuzluğundan əmin deyilsə, aydınlaşdırmaq üçün dövlət tərəfindən məsul edilmiş “Rospotrebnadzor”la əlaqə qurmalıdır. Şərtlərə uyğun gəlməyən məzmunun bloklanmasına icazə verilir. Bloklanma ilə razılaşmayan istifadəçilər qərara etiraz üçün departamentə müraciət edə bilərlər.

Şərtləri pozanlar üçün nəzərdə tutulan cəzanın növü təkcə bloklanmaqdan ibarət deyil.

Məlumat vaxtında çıxarılmasa, həm istifadəçilər, həm də şəbəkə resursları ciddi cərimələrlə üzləşə bilərlər. Cərimələrin məbləği fiziki şəxslər üçün 200 min rubla qədər, vəzifəli şəxslər üçün 800 min rubla qədər, hüquqi şəxslər üçün 8 milyona qədərdir. Təkrar pozuntular halında cərimələrin miqdarı  artırılır.

Qeyd edək ki, sosial şəbəkələrin tənzimlənməsi üçün dünyanın əksər ölkələrində çoxsaylı təkliflər irəli sürülüb, modellər təqdim edilib. Lakin modern dünya üçün uyğun olacaq vahid model formalaşmayıb. Belə ki, ayrı-ayrı ölkələrdə, xüsusilən, Çin, İran və digərlərində tətbiq edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlib ki, bu da mütərəqqi dünya tərəfindən məqbul sayılmayıb. Tənzimləməni demokratik prinsiplər çərçivəsində ehtiva edən təşəbbüslər Almaniyadan gəlib. Amma “alman modelinin” özü də yarımçıq qalıb, sosial şəbəkələr üçün xarakterik olan problemləri tam əhatə etməyib: struktur, yayım çevrəsi, məsuliyyət standartları barədə tam  təsəvvür formalaşdırmayıb. Türkiyədə 2020-ci ildə qəbul edilən qanun daha əhatəlidir, həm də mütərəqqidir. Türk modeli sosial şəbəkəlirin məhdudlaşdırılmasına deyil, standartların müəyyənləşdirilməsinə yönəlib. 9 maddədən ibarət olan bu qanunun əsas tələbi budur ki, xaricdən idarə olunan hər hansı sosial şəbəkənin ölkə üzrə istifadəçilərinin sayı 1 milyon nəfərdən artıq insanı əhatə edirsə, Türkiyədə yerli təmsilçisi təyin edilməli, həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və ya neqativ paylaşımlara görə məsuliyyət daşımalıdır. Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq oluna bilər. Əvvəlcə 10 milyon türk lirəsindən başlayan cərimələr 30 milyona qədər arta bilər, sonda sosial şəbəkənin Türkiyə seqmentinin  fəaliyyəti məhdudlaşdırıla bilər. Amma Türkiyə modeli də tam deyil, sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə etmir. Göründüyü kimi, burada sosial şəbəkə admininin məsuliyyəti müəyyən edilsə də, fərdi istifadəçilərin məsuliyətinə az yer verilir, bütün problemlər əhatə edilmir. Rusiyada fevralın birindən qüvvəyə minən qanun bu baxımdan daha əhatəlidir, ən  müxtəlif  məqamları əhatə edir. Demək olar ki, dünya ölkələrinə sosial şəbəkələrin tənzimlənməsi üçün yeni model təqdim edilib, yeni presedent formalaşırılıb. Ehtimal edilir ki, əksər ölkələr bu modeli nümunə olaraq götürməklə, üzərində təkmilləşdirmələr aparacaq, yeni milli qanunlar qəbul edəcəklər.

Təkmilləşdirmə və tamamlanmaya isə ciddi ehtiyac var. Belə ki, ayrı-ayrı ölkələrdə qəbul edilən qanunlar sosial şəbəkələrin məzmun baxımından tənzimlənməsini ehtiva etsələr də, digər məqamlara aydınlıq gətirilmir. Məsələn, “Keyfiyyətli Jurnalistika Uğrunda Qlobal Platforma” bəyan edir ki, mövcud sosial şəbəkə platformalarının, həmçinin, texnologiya nəhənglərinin, xüsusilə ən məşhur olan GAFAM -ın (Google, Apple, Facebook, Amazon, Microsoft) ayrı-ayrı ölkələrdə əldə etdikləri gəlirlərin üzərinə vergi tətbiq edilməlidir: “Bu şirkətlər dünyada 900 milyard dollar dəyərində gəlir əldə etsələr də, gəlir əldə etdikləri ölkələrin əksəriyyətində vergi ödəmirlər. Bu gəlirlərin üzərinə 6% səviyyəsində vergi verilməsi öhdəliyi qoyulmalı, əldə edilən vəsait peşəkar medianın inkişafına yönəldilməlidir. Əldə ediləcək gəlirin məbləği 54 milyard dollar bərabər ola bilər”.

Digər bir problem isə ABŞ-da qabardıldı. Tvitter, Facebook və instaqram ABŞ-ın keçmiş  prezidenti Donald Trampı  cəzalandıraraq onun hesablarını dondurdular. Səbəb olaraq, yanvarın 6-da Tramp tərəfdarlarının qiyam etməsini, Konqressə basqın etmələrini göstərsələr də, ortada maraq və qərəzlərinin olduğunu tam  gizlədə bilmədilər. Sosial şəbəkə nəhəngləri o qədər imkan əldə ediblər ki, artıq siyasi gündəmə müdaxilə edir, situasiyanı müəyyənləşdirməyə cəhd göstərirlər. Bu təhlükəni öncədən görən Tramp hələ  2020-ci ilin may ayında “Onlayn senzuradan müdafiə haqqında” sərəncam imzalamışdı.

Güman etmək olar ki, yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə edən yeni qanunvericilik təşəbbüsləri ortaya çıxacaq, sosial şəbəkələrin tənzimlənməsi  dünyanın trend mövzusuna çevriləcək.

 

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vaşinqton Bakını itirmək istəmirsə…

Next

İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavinini qəbul etdi

Xəbər lenti

  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026
  • Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi – Əhaliyə TƏCİLİ xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026
  • Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi – Əhaliyə TƏCİLİ xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv