Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Hərbçilərimiz müharibədə nə yeyirdi? – Aşpaz Ağa Aşurovla MÜSAHİBƏ + FOTO/VİDEO

By Vüsal Rafiqoğlu
06.02.2021 3 Min Read

Azərbaycanın təkcə Vətən müharibəsində qalib gələn güclü ordusu ilə deyil, həm də hərbçilərlə birlikdə ön cəbhədə olan aşpazlarla fəxr etməyə haqqı var. Aşpazlar qrupuna Azərbaycan Milli Kulinariya Birliyinin fəxri üzvü və İdarə Heyətinin üzvü Ağa Aşurov rəhbərlik edib.

Media.Az-a verdiyi müsahibədə o, hərbçilərimizin nə yediklərindən, hərbi şəraitdə işləməyin nə qədər çətin olduğundan və başqa bir çox məsələlərdən danışıb.

– Cəbhəyə nə vaxt getdiniz?

– Oktyabrın 3-də, Silahlı Qüvvələrin şəxsi heyəti ilə birlikdə. Müharibə başlayanda cəbhəyə yollanmaq fürsəti yaranan kimi mən ilk sıralarda oldum.

– Sizinlə birlikdə neçə aşpaz cəbhəyə getdi?

– İlk vaxtlar mənimlə birlikdə 10 aşpaz cəbhə bölgəsinə getdi. Tədricən digər həmkarlarımız da bizə qoşuldu, sonda təxminən 60 nəfər idik.

– Hansı istiqamətlərdə olmusunuz?

– Ərazilər azad edildikcə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrində olduq. Xidmətimizi Şuşada başa vurduq, orada hərbi əməliyyatlar bitdikdən sonra da bir aya yaxın yemək hazırladıq. Şuşada olarkən azanın səsini eşitdiyim zaman keçirdiyim hissləri sizə çatdıra bilmirəm.

– Daim ön cəbhədə oldunuz?

– Müharibənin əvvəlində arxada idik, ancaq ordumuz irəlilədikcə ön cəbhəyə keçdik. Orada səhra mətbəxləri təşkil olunurdu. 2000 – 2500 nəfərdən ibarət olan bir hərbi hissədə dörd aşpaz vardı. Kömək üçün hər birimizə 10-15 əsgər ayrılırdı.

– Ən çox nəyi xatırlayırsınız?

– Ən pis şey hər gün hərbçilərdən birini itirə biləcəyimiz idi. Təəssüf ki, döyüşlər zamanı Azərbaycan Milli Kulinariya Dərnəyinin üzvləri olan iki aşpazımızı itirdik. Bir dəfə Hadruta getməli idim, həmkarlarım isə Cəbrayıl bölgəsinin Daşkəsən kəndində qaldı. Birdən düşmənin bu ərazini havadan bombaladığını öyrəndim. Həmin vaxt bir əsgərimiz itkin düşdü. Onun ölə biləcəyi hissi məni tərk etmədi, qorxu hissi bütün şüurumu tutdu. Xoşbəxtlikdən, səhərə yaxın o tapıldı, amma həmin vaxta kimi yaşadıqlarımızı sözlə ifadə etmək olmur.

– Əsgərlər üçün nələr hazırlayırdınız?

– Əla ərzaq təminatımız var idi, buna uyğun menyu hazırlayırdıq. Səhər sıyıq, duzlu pendir, kərə yağı və şirin çay verirdik. Günorta məsələn, bozbaş, axşam isə daha yaxşı həzm olunduğu üçün borş hazırlayırdıq. Şəhidlərin xatirəsini yad etmək üçün Qubadlı rayonunun Xanlıq kəndində halva bişirdik. Yeməkləri elə hazırlamağa çalışırdıq ki, hərbçilərimiz özlərini evlərindəki kimi hiss etsinlər.

– Bütün hərbçilər üçün vahid menyu idi?

– Bəli, əsasən əsgərlər üçün yemək bişirirdik.

– Gündə neçə porsiya bişirirdiniz?

– Təsəvvür edin ki, 60 aşpaz (köməkçi əsgərlərlə birlikdə) 60 min nəfərlik heyəti yedizdirdi. Bilirsiniz, bu cür şəraitdə yorğunluq hiss etmirsiniz, bunu Vətən və xalq naminə edirsiniz.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gömrükçülər avtomobillərdə siqaret keçirilməsinin qarşısını alıb

Next

Ötən ay Azərbaycanda intihar edən şəxslərin sayı açıqlanıb

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv