Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Rusiya vaksini halaldır, bəs Çin peyvəndi? – QMİ rəsmisi əhaliyə çağırış etdi

By Vüsal Rafiqoğlu
06.02.2021 4 Min Read

Rusiya Müsəlmanları Ruhani İdarəsi ölkədə istehsal olunan “Sputnik V” vaksinin halallığına əmin olub. Quruma rəsmən bildirilib ki, peyvəndin tərkibində İslama zidd heç bir qatqı, o cümlədən donuz jelatini yoxdur.

ARANTV.AZ  “Yeni Müsavat”a istinadən xəbər verir ki, İdarənin müftisi İldar Alyautdinov peyvəndin tərkibində müsəlmanlar üçün qadağan olunmuş heç bir maddə olmadığını açıqlayıb.

Bir qədər bundan əvvəl müsəlmanlar yeni peyvəndlərin tərkib hissələrinin İslam dininin tələblərinə, yəni halal olub-olmamasına görə narahatlıqlarını ifadə etmişdilər. Dindarlar, xüsusən də preparatın istehsal prosesində donuz jelatinindən istifadəyə görə narahat idilər. Tatarıstan Müftiliyindən bildirilmişdi ki, əgər həqiqətən də peyvəndin hazırlanmasında donuz jelatinindən istifadə edilibsə, peyvənd halal deyil və ilahiyyatçılar bunun müsəlmanlar tərəfindən istifadə edilməsinin məqbul olub-olmadığına qərar verməlidirlər.

“Peyvəndi işləyib hazırlayanlardan cavab gəldi. Onun tərkibində donuz jelatini və ya hər hansı bir insan komponenti yoxdur. İlk baxışdan İslam nöqteyi-nəzərindən qadağan edilmiş bir şeyin olmadığını söyləyə bilərik”, – deyə Alyautdinov bildirib.

Bəs Azərbaycanın, Türkiyənin, bir çox başqa ölkənin istifadə elədiyi və Çin istehsalı olan “SinoVac” (“KoronaVac”) peyvəndi necə, halal sayılırmı? Ümumiyyətlə, peyvəndin tərkibində halallıq axtarmaq nə dərəcədə düzgündür? Bu xəstəlik əleyhinə maddədir və inanclı insanların peyvəndin tərkibinə dini aspektdən yanaşması doğrudurmu?

Vasif İsmayıl:

 Vasif İsmayıl

Həkim Vasif İsmayıl “Yeni Müsavat”a bildirdi ki, İslamda donuzu yemək qadağandır: “Mən bildiyim qədər başqa şəkildə istifadəsinə qadağa yoxdur. Amma Azərbaycana gətirilən vaksinlərin tərkibində nə olduğunu deyə bilmərəm. Sadəcə, Türkiyədə də istifadə olunur və ora da müsəlman ölkəsidir. Yəni, məncə, bu faktın özü kifayət edir. Digər tərəfdən, istifadə olunan dərmanların əksəriyyətində donuz jelatini ola bilər, hətta başağrısına qarşı preparatda”.

Hacı Şahin Həsənli 

“Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi hacı Şahin Həsənli də “Yeni Müsavat”a bildirdi ki, vaksinlərdə haram qatqının olması fikri yanlışdır. Onun sözlərinə görə, vaksinlərdə heç bir haramlıq yoxdur, insanların sağlamlığı üçün istifadə edilə bilər: “Dinimizdə donuz əti yeyilməsi qadağandır və onun dərmanla əlaqəsi yoxdur. Sadəcə, bəzən yanlış olaraq bu məsələlər ortaya atılır. Hesab edirəm ki, həmin fikirlərin hər hansı elmi əsası yoxdur və insanlar rahat, əmin şəkildə vaksindən istifadə edə bilərlər”.

Bu mövzuda mətbuata açıqlama verən hacı Arif İsmayılov deyib ki, əgər həqiqətən bu da digər peyvəndlər kimidirsə, vaksinin öz-özlüyündə şəri və dini hökmdə heç bir maneəsi yoxdur.

İlahiyyatçı-alim Yaşar Qurbanov ile ilgili görsel sonucu

Yaşar Qurbanov

İlahiyyatçı-alim Yaşar Qurbanovun dediyinə görə, peyvəndlərdə halal və haramı müzakirə etmək doğru deyil: “Peyvənd virusa qarşıdırsa, deməli, faydalıdır, hər kəs də buna əməl etməlidir”.

Yeri gəlmişkən, İndoneziya əhalinin sayına görə (270 milyon nəfər) ən böyük müsəlman ölkəsidir. Ölkədə koronavirusla bağlı vaksinə görə ciddi problem yaranıb. Müsəlmanlar deyir ki, vaksin Çindən gəlib və onun tərkibində donuz yağı var. Ona görə də o vaksin haramdır. Müsəlmanlara haram yox, halal vaksin lazımdır. Artıq Çindən 3 milyon ədəd vaksin gətirilib. Bu ərəfədə isə ölkənin Ali Dini Şurası bir araya gəlib. Onlar bu məsələ ilə bağlı fətva verməlidir. 2018-ci ildə İndoneziyanın Ali Dini Şurasının verdiyi fətvaya əsasən, qızılcaya qarşı peyvənd qadağan edilib və bu peyvənddən istifadə haram sayılıb.

ABŞ-ın “Associated Press” agentliyi müsəlmanların bu narahatlığı ilə bağlı araşdırma aparıb. Araşdırmanın müəllifi agentliyin sağlamlıq və elmi məsələlər üzrə reportyoru Viktoriya Milkodur. Vaksinlərin təhlükəsiz, effektli saxlanması və daşınması üçün donuz mənşəli jelatindən stabilizator kimi geniş istifadə olunur. Bəzi şirkətlər illərdir donuzsuz vaksin hazırlamaq üçün iş aparır.

Həmin şirkətlərdən biri – İsveçrənin “Novartis” əczaçılıq şirkəti artıq meningit əleyhinə donuzsuz vaksin istehsal edir. Səudiyyə Ərəbistanı-Malayziya şirkəti olan “AJ Pharma” isə donuzsuz vaksin istehsalı üzərində işi davam etdirir.

Britaniya İslam Tibb Assosiasiyasının baş katibi Salman Vaqar deyir ki, içinə donuz jelatini qatılmayan, saxlama müddəti az olan vaksinlərə tələb yüksəkdir. Ehtimal olunur ki, gələcəkdə bir çox vaksinin hazırlanmasında bu üsuldan istifadə ediləcək.

ABŞ-ın “Pfizer”, “Moderna” şirkətlərinin və Böyük Britaniya – İsveç şirkəti olan “AstraZeneca”nın sözçüləri bildiriblər ki, onların hazırladıqları COVİD-19 vaksinlərinin tərkibində donuz məhsulları yoxdur.

Sidney Universitetinin dosenti Harun ər-Rəşid deyir ki, vaksindən imtina daha böyük ziyana səbəb ola bilər. Ona görə Avstraliyada müzakirələrdən sonra donuz jelatininin vaksinlərdə istifadəsinə icazə verilib.

Yəhudi icmasının dini liderləri də bu məsələdə həmrəylik nümayiş etdirirlər. İsrailin “Tzobar” ravvin təşkilatının sədri David Stav bildirib ki, yəhudi qaydalarına görə, donuz ətinin yeyilməsi qadağandır: “Amma digər yollarla istifadəsinə icazə verilir. Vaksin bədənə yeridilir, ağızdan alınmır. Söhbət xəstəliklərdən gedirsə, o zaman heç bir qadağa və problem yoxdur”.

Belə problemlər isə müsəlman ölkələrində hökumətləri bir sıra tədbirlərə əla atmağa sövq edib. Malayziyada valideynlər vaksinlərin halallığına xüsusi önəm verirlər.

Ona görə də bu ölkədə uşaqların vaksinlənməsinə nəzarəti gücləndirmək üçün sərt qanunlar qəbul edilib. Malayziyada övladının peyvənd olunmasına izin verməyən valideyni nəinki cərimə, hətta həbs cəzası gözləyir.

Dini və siyasi səbəblərdən vaksinə inamın itdiyi Pakistanda övladlarının poliomielit xəstəliyinə qarşı vaksinlənməsini rədd edən valideynlər həbs olunurlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda bankomatın qarşısında insanları ALDADAN şəxs PEYDA OLDU – VİDEO

Next

“İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq” – Türkiyəli səfir

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv