Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Hicran Hüseynova: Əfsuslar olsun ki, bu gün erkən yaşda nikaha məcbur edilən qızlar var

By Vüsal Rafiqoğlu
09.02.2021 3 Min Read

Son günlər sosial şəbəkədə və saytlarda yayılan görüntülər böyük  səs  küyə  səbəb olub, daha dəqiq desək, az yaşlı qıza nişan mərasiminin təşkil olunması hər kəsin qınağına səbəb olub. Gürcüstanda yaşayan azərbaycanlı ailənin övladları 14  yaşlı Elnaz Məmmədova ilə  xalasıoğlu 17 yaşlı   Əmirxan  Mehrabov nişanlanıblar. Yayılan görüntülərdən də məlum olur ki, nişan mərasimində 14 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.

Onu da qeyd edək ki, baş vermiş  hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi də hərəkətə keçib. Məsələ ilə bağlı Tibilisi şəhəri Yetkinlik yaşına Çatmayanların İşləri üzrə Departamentin sözü gedən ailəni cinayət məsulliyyətinə cəlb edib. İş üzrə araşdırmalara başlanılıb.

Bu və buna oxşar hadisələr  XX əsrin əvvəllərinədək qızların zorla, erkən yaşda ərə verilməsi Şərqdə, o cümlədən, Azərbaycanda geniş yayılmış hal idi. Elə bir dövr idi ki, qızlar çox zaman 12-13 yaşında artıq kəbinli olmaq məcburiyyətində qalırdılar. Lakin sosial medianın xəbər lenti baş verən hadisələrin fonunda mövzunun əslində, hələ də aktual olduğunu diktə edir. Araşdırmalar göstərir ki, azyaşlı qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də Azərbaycanın bir sıra regionlarının acı reallığıdır. Yetkinlik yaşına çatmayan qızların məktəbdən kənarlaşdırılması və zorla ərə verilməsinə dair yetərincə fakt var. Ucqar bölgələrdə vəziyyət daha acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız “evdə qalmış” hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Yetkinlik yaşına çatmayan qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar. Belə hallar əksər vaxtlarda ailələrin dağılması və ya cinayət əməlinin törədilməsi ilə başa çatır. Qızların dini kəbinlə ərə verilməsi, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş həddən aşağı olması və bu faktın gizlədilməsi məhz bu kimi acı sonluqlara gətirib çıxarır. Hüquq müdafiəçiləri azyaşlıların evliliyinin xəstə uşaqların doğulması, məişət zorakılığı, tərəflərin fiziki-psixoloji sarsıntılara məruz qalması hallarına da səbəb olduğunu deyirlər. Onlar erkən nigah qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun əlindən alınmasını da vurğulayır və həyəcan təbili çalırlar.

Mövzu ilə bağlı “İki sahil”in sorğusunu cavablandıran Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova qeyd edib ki, Gürcüstanda Poniçala (Soğanlıq) kəndində  ötən həftə 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatların yayılması çox utanverici bir hadisədir: “Bu, bütün cəmiyyətlər üçün  dərin kök salmış stereotiplərin hələ də qalmasının bariz nümunəsidir.  İki əsrdən çoxdur ki,  erkən nikahların fəsadları, onun qızların gələcək həyatına, şəxsiyyət kimi yetişməsinə, təhsil almasına, ailəsinə, cəmiyyətinə faydalı və layiqli vətəndaş kimi formalaşmasına mənfi təsiri haqqında maarifləndirici işlər aparılır. Dövrümüzün tanınmış ziyalıları, maarifçiləri, hüquq müdafiəçiləri  bu qanunsuz və insanlığa zidd addımın qarşısının alınması  üçün mübarizə aparır. Ancaq yenə də erkən nikahlar baş verir. Baxmayaraq ki, ötən illərlə müqayisədə azalma müşahidə olunur. Ancaq bir faktın özü belə bizim üçün mühümdür. Çünki biz həmişə deyirik ki, təhsilli qadın, təhsilli nəsil, sağlam cəmiyyət deməkdir.  Ancaq, əfsuslar olsun ki, bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar  var. Bizim hamımız qızların oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına maraqlı olmalıyıq.  Həm təhsil müəssisələri,  həm də müvafiq dövlət qurumları davamlı olaraq bu məsələni gündəmdə saxlamalıdır.”

H.Hüseynova təəssüf hissi ilə bildirib ki, Gürcüstanda kompakt yaşayan azərbaycanlı kəndlərində belə hallara tez-tez rast gəlinir: “Burada bir neçə məsələyə toxunmaq istərdim: birincisi, yanlış adət-ənənələr, təsəvvürlər bu gün bir çox insanların inkişaf etməsinə maneə yaradır. İkincisi,  gender stereotipləri hələ də qalmaqda davam edir. Qadına, qıza münasibətin hələ də dəyişməməsi, onun ailədə, cəmiyyətdəki yeri və rolunun nəzərə alınmaması mövcud ayrı-seçkiliyi daha da dərinləşdirir. Üçüncüsü isə, bu kimi mənfi halların dini inanclara  istinad etməklə, icmaya düzgün olmayan məlumatların ötürülməsidir. Bir müqayisə etməklə vəziyyəti daha aydın görmək olar.  Hələ XIX əsrin sonu XX əsrin əvvəllərində Tbilisidə yaşayan azərbaycanlı qadınlar cəhalətə, savadsızlığa qarşı mübarizə aparır, müxtəlif təşkilatlar yaradır, ictimai fəaliyyət göstərir, millət vəkili seçilirdilər. XXI əsrdə isə erkən yaşda nikah məcbur edilirlər. Biz bu boşluğu aradan qaldırmalıyıq. Gürcüstanda yaşayan ziyalılarla, fəaliyyət göstərən ictimai təşkilatlarla, qeyri-hökumət təşkilatları ilə  sıx əməkdaşlıq etməklə, davamlı olaraq maarifləndirici və məlumatlandırıcı layihələr həyata keçirməliyik. Orada yaşayan azərbaycanlıların, xüsusilə də gənclərimizin Gürcüstanın ictimai-siyasi həyatında iştirak etməsinə çalışmalıyıq. İki ölkənin müvafiq qurumları bu və digər məsələlərlə bağlı  birgə tədbirlər keçirilməsi də öz müsbət təsirini göstərə bilər.”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Güzəştli kreditlərin maksimum həddi 10 milyon manatdır – RƏSMİ

Next

Ordumuzun daha 5 hərbi qulluqçusu minaya düşüb

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv