Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Vaksinasiya xilasımız üçün böyük şansdır

By Vüsal Rafiqoğlu
09.02.2021 3 Min Read

Artıq bir ildir ki, yeni növ koronavirus Yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir nömrəli probleminə çevrilib. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunandan bəri bütün ölkələr bu virusla mübarizəyə qalxıb və savaş aparır. Dünya tibbi, müxtəlif ölkələrin elm adamları insanlıq üçün yeni olan bu bəlanı “susdurmaq” naminə səfərbər olublar. Tibb mütəxəssislərinin fikrincə, dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus özü-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, ya da ən effektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun özünü məhv edəcək dərəcədə mutasiyası hələlik mümkün deyil. Araşdırmalara əsasən, bəzi mutasiyalar yoluxmanın daha sürətlə artmasına və şaxələnməsinə səbəb olur. Nəticədə infeksiyanın yayılmasının qarşısını almaq çətinləşir, səhiyyə sistemi dərin böhranla üz-üzə qalır. İndiki durumda ən perspektivli variant vaksinasiya hesab olunur. Vaksinasiya süni yolla immunitetin yaranmasını sürətləndirir. Bununla koronavirusa yoluxma zənciri qırılır, infeksiyanın kütləvi yayılma prosesi səngiyir.

Artıq bir çox ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesinə başlanılıb. Ölkəmizdə yanvarın 18-dən etibarən koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsinə start verilib. Peyvəndləmə dövlət hesabına könüllü aparılır. İndiyədək 50 mindən çox vətəndaşa vaksin vurulub. Qeyd edək ki, ilkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi həyata keçirilir. Belə ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşların koronavirusa qarşı vaksinasiya üçün qeydiyyatına başlanılıb. Fevralın 8-dən birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi prosesi həyata keçirilir. Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 min vətəndaş var.

Peyvəndin tətbiqinə başlayan ilk ölkələr arasında yer alan Azərbaycanda Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunur. Türkiyə daxil olmaqla bir çox dövlətlərin üstünlük verdiyi “CoronaVac” vaksini 91.25 faiz effektivdir. “CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən uğurla keçib. İndiyədək bu vaksinin ciddi fəsadlara səbəb ola biləcək yan təsirlərinə rast gəlinməyib. Sözügedən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Mütəxəssislər qeyd edirlər ki, peyvəndlərin tətbiqi zamanı insanlar müəyyən narahatlıq – hərarətin artması, baş və əzələ ağrıları kimi hallarla qarşılaşa bilərlər. Lakin bunlar tamamilə təbii reaksiyalardır və ciddi narahatlığa qətiyyən əsas vermir.

Hazırda ölkəmizdə epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olar. Növbəti mərhələdə tətbiq olunan bir aydan çox sərt karantin rejimi yoluxma hallarının kifayət qədər azalmasına, koronavirusdan ölüm faktlarının minimallaşmasına səbəb oldu. Əldə edilən müsbət tendensiya sərt karantin rejiminin yumlaşdılmasına, bəzi məhdudiyyətlərin aradan qaldırılmasına zəmin yaratdı. Lakin indiki nailiyyətlər yumşalmalar fonunda bizi arxayın etməməlidir və hamılıqla razılaşmalıyıq ki, yoluxmaların nisbətən azalması ölkəmizdə pandemiyanın başa çatması demək deyil. Təəssüflər olsun ki, virus ölməyib, gözlənilməz anda infeksiyaya yoluxa, öz yaxınlarımızı da pandemiyanın qurbanına çevirə bilərik. Gözəgörünməz düşmən dünyada indiyədək 2 milyondan çox insanın həyatına son qoyub. İnfeksiyanın qarşısı alınmasa, ölüm sayının daha çox olacağı istisna edilmir. Hətta pandemiya qurbanlarının 5 milyona yaxınlaşacağı barədə qonxunc iddialara da rast gəlmək olar.

Son vaxtlar bir çox ölkələrdə koronavirusun yeni ştammlarının sürətlə yayılması həkimləri həyəcan təbili çalmağa vadar edir. ÜST-ün məlumatına görə, ilk dəfə Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış yeni variant artıq dünyanın 70-dən çox ölkəsində yayılıb. Bundan əlavə, ilk dəfə Cənubi Afrika Respublikasında aşkar edilən ştammın da yayılma arealı kifayət qədər genişdir. Bir həftə ərzində bu ştammın aşkarlandığı ölkələrin siyahısına daha səkkiz ölkə əlavə olunub və ümumi say 31-ə çatıb. Braziliyada rast gəlinən ştamm isə indiyədək 10-a yaxın ölkədə təsdiqlənib. 70 faiz yoluxucu olduğu müəyyənləşən “Britaniya ştammı”nın qonşu Türkiyəyə ayaq açıb yayılması təhlükənin bir addımlığımızda olmasından xəbər verir.

Vətəndaşların həyatını bütün maraqlardan üstün tutan dövlətimizin bir çox inkişaf etmiş ölkələrin arzusunda olduğu vaksinasiya prosesinə ilklər sırasında başlaması dünyanı cənginə alan bəladan qurtulmağımız üçün böyük şansdır. Peyvəndləmənin könüllü olmasına baxmayaraq, vətəndaşların prosesdə aktiv iştirakı ən qısa zamanda, hətta cəmi bir neçə ay ərzində normal həyata qayıtmağımızın təminatı ola bilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda evdə yanğın: Ölən var

Next

Azərbaycanda yeni su anbarları inşa ediləcək – RƏSMİ

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv